Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-417/2025 27.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Abdullayev Fərman Firidun oğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı X5, Cavabdeh “X8”nin nümayəndəsi X10 iştirakı ilə , İddiaçı X5 cavabdeh X2rşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdeh X2rşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsassız olaraq yazılmış 927,60 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, X4 əməkdaşları onun vəfat etmiş atası X3 adına olan sayğacla bağlı əsası olmayan 927.60 (doqquz yüz iyirmi iki manat altmış qəpik) manat cərimə yazmışdırlar. Cavabdeh qurum bundan əvvəl də, bu ilin aprel ayında onlara əsası olmayan şəkildə 777.60 manat məbləğində borc hesablamışdır. Lakin həmin borc sonra onun şikayətləri əsasında silinmişdir. xx.xx.2024-cü il tarixdə onlara göndərilmiş qaz borcuna dair bildirşdə aydın şəkildə yazılmışdır ki, “sizin borcunuz yoxdur”. xx.xx.2024-cü il tarixli təqdim edilmiş bildirişdə isə (yəni cəmi 29 gün sonra keçdikdən sonra) onlara 922.60 manat borc yazılır. Cavabdeh qurum bu anlaşılmazlığı və əsassızlığı onların əvvəlki smart sayğacın nasazlığı ilə izah etməyə çalışırlar. Bütün hallarda göründüyü kimi cavabdeh qurum bu gün onlara qarşı irəli sürdüyü 927.60 manat borcun əsaslılığını mötəbər sübutlarla təsdiq edə bilmir. Həmçinin, borc yazılmış sayğacın quraşdırıldığı evdə uzun illədir ki, yaşayış yoxdur. Cavabdeh qurum 12 fevral 2023-cü il tarixli ******* tarixli aktda bundan əvvəlki smart sayğaca baxış zamanı aşkarladıqları fakt olaraq sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında sərfiyyat fərqini qeyd ediblər. Bunu mübahisləndirdikdən sonra yazılmış 777.60 manat borc silinmişdir. “X8”nə müraciət edərək bu vəziyyəti dəfələrlə həll etməyə çalışmışdır. Lakin məsələ həll olunmamışdır. Hesab edir ki, cərimə əsasızdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, həmin evdə yaşayış olmamışdır. Ata və anasının yas mərasimlərində təbii qazdan istifadə olunmuşdur. Həmin evə quraşdırılmış smart tipli sayğacdır. Ödəniş edib sonra təbii qazadan istifadə etmişdirlər. Həmin borc qazdan sızıntı nəticəsində yarana bilər. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X8”nin nümayəndəsi X15 bildirdi ki, iddia tələbi əsassızdır. Borc təbii qazdan istifadə nəticəsində yaranmışdır. Cavabdeh X4 nümayəndəsi X11 məhkəməyə etiraz ərizəsi göndərək, bildirmişdir ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Çünki iddiaçı ilə "Azəriqaz” İstehsalat Birliyi arasında "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu İstifadəsi arasında qazın alqısatqısı barədə Müqavilə"nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı yaşadığı mənzilin qaz təsərrüfatı X3 adına qeydiyyata alınaraq "Azəriqaz” X7 X17 İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********00050 nömrəli hesabla qeydiyyatdadır. X3 **********00050 saylı qaz hesabında 927.60 ( doqquz yüz iyirmi yeddi manat, altmış qəpik )manat məbləği istifadə etdiyi təbii qaza görə borcdur, İddiaçının tərəfindən ödəniləcək məbləğdir. İddiaçı təbii qazdan istifadə etdiyi müddət ərzində istifadə etdiyi qazın borcunun vaxtlı-vaxtında ödəniş etməmişdir, nəticədə 2018-ci ilin noyabr ayına 995.10 manat debitor borcu olmuşdur. İstehlakçıya dəfələrlə borcunun ödənilməsilə bağlı xəbərdarlıqlar edilsədə, ödəniş etməmişdir. "Azəriqaz” İstehsalat Birliyi ödəniş etməyən abonentlər barəsində müvafiq tədbirlər görülür ki, bunlardan biri samrt sayğacların quraşdırılması və müəyyən faiz ödədiyi puldan çıxmaqla borcunun ödənilməsini həyata keçirir. X3 fərdi evinə Smart sayğacı quraşdıraraq ödədiyi məbləğdən bir qismini borcuna bir qisminin isə təbii qazdan istifadə üçün çıxılması ilə bağlı tədbirlər görülmüşdür. 2023-cü ilin iyul ayında G-4 **********4 nömrəli mexaniki sayğacla əvəz edilmiş, sonradan smart tipli sayğada olan 927.60 manat borc Y.Quliyevinın hesabına vurulmuşdur. Belə ki, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan İddiaçı (abonent kodu **********00050) mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 1802AZ**********60 nömrəli smart G-4 İtiron tipli qaz sayğacına baxış keçirilərkən sayğacın klapını işlək olmadığı və mənfiyə işlədiyi aşkarlanmışdır. Bu səbəbdən 1802AZ**********60 nömrəli smart G-4 İtiron tipli sayğac abonentin iştirakı ilə imza edilərək akt tərtib olunaraq açılıb dövlət yoxlamasına göndərilmişdir. Smart G-4 İtiron tiplilər əvvəlcədən ödənişli qaz sayağaclarının işləmə prinsipi abonent əvvəlcədən ödəniş edir edilmiş ödənişə əsasən sayğacın 1 bölməsində ödənişə uyğun qaz m3 görsənir. Abonent qazdan istifadə etdikcə 1 bölməsində olan həmin qaz azalalmağa doğru gedir. 1 bölməsindəki qaz 0 m3 olanda klapan bağlanır və sayğac qazı buraxmır ve bu zaman abonent-yenidən ödəniş edir, klapan açılır. Lakin İddiaçı istifadə etdiyi smart tipli sayğacda yüklənmiş pul bitsə də, klapan texniki səbəbdən klapan bağlanmamış, açıq qalmış, abonent bundan fürsət bilərək uzun müddət pul yükləmədən qazdan istifadə etmişdir. İddiaçının iddia etdiyi 927.60 manat məbləğin Samart sayğacında yaranan problemlə heç bir əlaqəsi yoxdur, 927.60 manat məbləğ abonent tərəfindən ödənilməlidir. İstehlakçı, onunla bağlanmış "Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi"nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda İddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Bundan başqa cavabdeh X4 nümayəndəsi X11 məhkəməyə etiraz ərizəsinə əlavə göndərək, bildirmişdir ki, mülki işə əlavə edilmiş abonentin saldosundan da görünür ki, abonent təbii qazdan istifadə etmiş, lakin ödəniş etməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA №0376121 nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, X9 xx.xx.1975-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №5090874 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********00050 olan abonent X5 adına olan qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********00050 olan abonent X5 adına olan Bərdə rayon Qaradağlı kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2024-cü il üçün 927,60 manat qalıq cərimə borc yazılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil, məhz istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bildirmişdir ki, borc qaz sızıntısına görə yarnamışdır. Lakin qaz sızıntısının olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə biməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 3.2.1-ci bəndinə əsasən Qazdan İstifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrədə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, Əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndinə əsasən İstehlakçının vəzifələri: 2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək; 2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək; 2.3.4. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; 2.3.5. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq; 2.3.5-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq; 2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 2.3.7. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X12 oğlunun cavabdeh “X6” qarşı “qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X5 cavabdeh X2rşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-417/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-417/2025
27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver