Məhkəmə qərarları › İş №2(021)-424/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-424/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-424/2025 10.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Azəriqaz ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “X3” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 1762,56 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Samux kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Mavi qazdan istifadə edir, istifadə olunmuş qazın pulu vaxtında ödəyir. Cavabdeh İB-nin X15 idarəsinin Bərdə rayon filialının əməkdaşları xx.xx.2022-ci ildə sayğaca baxış keçirilmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, abonentə məxsus smart tipli qaz sayğacı açılaraq tərsinə qoşulmuş , təbii qazdan istifadə olunmuşdur. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır, Sayğacın dəyəri və dəymiş ziyan 1762.56 manat abonent tərəfindən ödənilməlidir. Qaz sayğacına heç bir müdaxilə etməmişdir. Odur ki, yuxarıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azəriqaz ASC-nin nümayəndəsi X12 məhkəməyə saldo təqdim edərək bildirdi ki, saldodan görünür ki, iddiaçı 2022-ci ilin sentyabr ayından 2023cü ilin fevral ayına qədər ödəniş etməmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın tərsinə bağlandığı aşkar olunmuş, tərəflərindən akt tərtib edilmiş və cərimə hesablanmışdır. Həmçinin cavabdeh Azəriqaz ASC-nin nümayəndəsi X12 məhkəməyə etiraz ərizəsi verərək bildirmişdir ki. İddiaçı X4 Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. X9 Cavabdehnə qarşı iddia tələbi təmin edilməməli, əksinə tərəfimizdən verilmiş etiraz ərizəsi isə təmin edilməlidir. Çünki, İddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X10”nın tələblərinə əməl etmək) və “X10”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanuns uz qoşulma) tələblərini pozaraq, sayğacı tərsinə qoşaraq istifadə edərək təbii qazı talamışdır. X9 “Azəriqaz’lstehsalat X8 Qaz İstismari İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********03770 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı X4 **********03770 saylı qaz hesabında 1762.56 ( bir min yeddi yüz altmış iki manat, əlli aıtı qəpik )) manat 20 dekabr 2022-cü il tarixli, ******* nömrəli təbii X10nın pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin X15 İstismar İdarəsinin mütəxəssislər tərəfindən Bərdə rayonu, Samux küçəsində yaşayan X5 məxsus fərdi evinə quraşdırılmış smart markalı **********9 nömrəli qaz sayğacına xx.xx.2022-cü il tarixdə baxış keçirilən zamanı iddiaçının qaz xəttinin üzərindəki qaz sayğacını şəbəkəyə tərs quraşdıraraq təbii qazdan qeyri-qanuni istifadə etməsi halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Regionun işçiləri tərəfindən “Təbii X10n pozulması haqqında” akt tərtib edilmişdir. Video çəklişlə smart qaz sayğacını şəbəkəyə tərs qoşaraq qeyri-qanuni qazdan istifadə edərək talaması tam aşkar olunaraq görüntülənmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “X10”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X10”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X10”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №4471281 saylı xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan X6 tərəfindən tərtib edilmiş “təbii X10nın pozulması haqqında” №0356927 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən Komissiyanın üzvlərinin iştirakı ilə ərazidə reyd keçirilərkən Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan smart tipli sayğaca baxış keçirilən zaman sayğacın açılaraq tərsinə qoşulduğu və təbii qazdan oğurluq istifadə olunduğu aşkar olunmuşdur. Qaz sayğacı normativə uyğun quraşdırılaraq blomlanmalı, itirilimiş qazın hesablanaraq dəyərinin abonent tərəfindən ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan X6 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 14688 m3 kimi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2022-ci il üçün qalıq və aktlar üzrə borc 1762,56 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon Samux kəndində ünvanında yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İBnin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək iddiaçının sayğacı tərs çevirdiyini və təbii qazı taladığını bildirsə də məhkəməyə bunu sübut edəcək dəlil təqdim edə bilməmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X10 ilə tənzimlənir.” «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X10"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X10 "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X10 "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən Bərdə rayon Samux kəndində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********03770 olan abonent İddiaçı əsassız yazılmış 1762,56 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********03770) hesablanmış 1762,56 manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar