Məhkəmə qərarları › İş №2(021)-4297/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4297/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4297/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “hərracın və tərtib edilmiş ipoteka predmetinin və ipoteka saxlayan tərəfindən əldə olunması, protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyəti olmaqla ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və onun üzərində tikilmiş 154,6 hv metr ümumi sahədən ibarət yaşayış evinin cavabdeh Bərdə rayon İcra bə Probasiya Şöbəsinin 21.082023-cü il tarixli, 131738/10 saylı sifarişi əsasında açıq hərracda hərracın təşkilatçısı olan cavabdeh Azərbaycan Respublikası X1nın "xxxx" MMC tərəfindən satılması üçün keçirilmiş hərracın və ipoteka predmetinin ipoteka saxlayan cavabdeh "xxxx" ASC tərəfindən əldə edilməsinə dair X3 barədə 255/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolunun etibarsız hesab edilməsinə və hazırki iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manatın cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, tərəflər məhkəmə iclasının vaxtı barədə bildirişi qəbul edilmişlər. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı Bərdə rayon məhkəməsinə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “hərracın və tərtib edilmiş ipoteka predmetinin və ipoteka saxlayan tərəfindən əldə olunması, protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalı, ərizə, ona əlavə edilmiş sənədlər və ərizəyə baxılması üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “hərracın və tərtib edilmiş ipoteka predmetinin və ipoteka saxlayan tərəfindən əldə olunması, protokolun etibarsız hesab edilməsi”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissədə qərardadın icrası Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bərdə Rayon Vergilər Şöbəsinə və Bərdə rayon Maliyyə İdarəsinə həvalə edilsin. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar