Məhkəmə qərarları › İş №2(021)-4338/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4338/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4338/2025 25.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar qızı Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı Cavabdeh qarşı “cərimənin silinməsi ” tələbinə dair mülki işə 25 noyabr 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, bildirir ki, onun ünvan 1 ünvanında xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onunda qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. O uzun illərdir ki, həmin evdə yaşamır. Hazırda evdə yaşamaq üçün evə gəldiyi zaman sayğacın üzərində 2398 manat borcu olduğun bildirir. Halbuki o həmin sayğac üzrə olan evdə illərdir ki, yaşamayıb və borcun hansı əsasla ona yazılmasını bilmir. Qaz idarəsinin əməkdaşları həmin borcun sayğacın çıxış plasmas borusundan sızma olduğunu bildirirlər. Sayğacın çıxış plasmas borusundan sızmanın olduğundan nə onun nə də ailə üzvlərinin xəbəri olmamışdır. Onun qazdan az istifadə etməmisinə baxmayaraq ona qanunsuz olaraq borc yazırlar və həmin borcu ondan tələb edirlər. Onun həmin borcu məbləğini ödəməyə imkanı yoxdur. O müharibə veteranıdır. Belə bir borc yazılması və aktın tərtib olunması heç bir əsas olmadan tərtib edilmişdir. Bunun üçün də qanunsuz yazılmış 2398 manat məbləğində olan borcun silinməsini istəyir. Çünki həmin borc qanunsuz olaraq qaz idarəsinin əməkdaşlarıınn səhvi hərəkəti nəticəsində yarandığını qeyd edir və 2398 manat borcun silinməsinə dair qətnamə çıxarılmağını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh “cərimənin borcun silinməsi” tələbinə dair mülki işə barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar