Məhkəmə qərarları › İş №2(021)-436/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-436/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-436/2023 03.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16, Ərizəçi1 iştirakları ilə, Ərizəçi1 və Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 və Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızıərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 208 A, KOD 61010018 saylı şəhadətnamənin ona məxsus olması fktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 və Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızı ərizəni onunla əsaslandırmışlar ki, onların və digər ailə üzvlərinin Bərdə Rayonu Kətərparaq kəndində 021 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaqa mülkiyyət hüququna dair JN 208 A KOD 61010018 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 və X1 münasibətdə soyad texniki səhv olaraq “İbrahimov” kimi qeyd edilmişdir. Qeyd edilən sənədlərdə düzəliş edilməsi barədə DƏDRX-nin 7saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır, sənədlərdə uyğunsuzluğu başqa cür həl edə bilmirlər. Hazırda həmin torpaq sahələrinə mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin sənədlərdə uyğunduzluğu olduğundan mümkün olmamaışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə muraciət etməli olmuşlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərmişdir ki, ərizəçinin qohumudur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, ərizəçi ilə qonşuluqda yaşamaqla, qohumdurlar. Onlara verilmiş torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-208A KOD 61010018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakinləri X2, X8, X3, X6, X4 mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1980-ci ildə Bərdə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 24 yanvar 1988-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 14257643 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 06 dekabr 1988-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 14474662 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 20 sentyabr 1978-ci ildə İmişli şəhərində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 01519229 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 05 may 1953-cü ildə Ermənistanın Masis rayonunda doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1001 nömrəli, 27 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağın mülkiyyət hüququna dair JN 208A KOD 61010018 nömrəli şəhadətnamədə qeyd edilmiş X12, X10 ilə Ərizəçi1, Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızı eyni şəxsdir. İş materiallarına əlavə olunmuş Vİ-JQ 450314 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx xxxx 1980-ci ildə doğulmuşdur, atası X13, anası X14r. İş materiallarına əlavə ounmuş XİV-JQ 318945 nömrəli doğum haqqında şəhdətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1989-cu ildə doğulmuşdur, atası X13, anası X14r. İş materiallarına əlavə olunmuş AZ-291372 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 və X17 18 may 1973-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 113131 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X24 ilə X11 16 dekabr 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 036447 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 30 oktyabr 2019-cu ildə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinin **********71 nömrəli 28 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 və Ərizəçi2 JN 208A nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X31 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-208A KOD 61010018 olan şəhadətnamənin X7, X15, X5, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-208A KOD 61010018 olan şəhadətnamənin X7, X15, X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar