Məhkəmə qərarları › İş №2(021)-437/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-437/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-437/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN 143, KOD 61001018 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 9 saylı qərarı ilə onlara Bərdə rayon Alpoud kəndində verilmiş 1.55 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN 143, KOD 61001018 saylı dövlət aktı da verilmişdir. Həmin dövlət aktında ona münasibətdə ad texniki səhv olaraq “Tərlan” kimi qeyd edilmişdir. Dövlət aktında səhvlik bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1976-cıildə Bərdə şəhərində anadan olmuş və Bərdə rayonunun Alpoud kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nn Bərdə rayon Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 752 saylı, 02 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, mərhum X3 vəfat edənə kimi Bərdə rayon Alpoud kəndində yaşayıb, vəfatında sonra təsərrüfatında onunla birgə yaşayan X4 və Ərizəçi onunla birgə qalmışlar. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, İV-YQ431903 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bərdə rayonun Alpoud kəndində anadan olmuşdur. X1, anası X2r. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nn Bərdə rayon Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 765 saylı, 04 noyabr 2021-ci il tarixli arayışda qeyd olunur ki, JN 143 saylı dövlət aktında texniki səhv olaraq Əslində Ərizəçi əvəzinə X5 yazılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, X7 17 dekabr 2020-ci il tarixdə Bərdə rayon Alpout kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, X3 01 iyul 2008-ci il tarixdə Bərdə rayon Alpout kəndində vəfat etmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin **********92 nömrəli, 26 noyabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi JN 143, KOD 61001018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında ona münasibətdə ad texniki səhv olaraq “Tərlan” kimi səhv qeyd edilməsi, həmin səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş 08.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN 143, KOD 61001018 saylı Dövlət Aktında yanlışlıq olaraq mülkiyyətçi Ərizəçi adı “Qasımov “Tərlan” Qasım oğlu” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 143, KOD 61001018 saylı Dövlət Aktında “Qasımov “Tərlan” Qasım oğlu” yazısının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN 143, KOD 61001018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN 143, KOD 61001018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş mülkiyyətçi “Qasımov “Tərlan” Qasım oğlu” yazısının “Ərizəçi”na məxsus olması müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar