Məhkəmə qərarları › İş №2(021)-4502/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4502/2025

06.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4502/2025 06.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Bərdə regional “ASAN” xidmət notariat ofisinə qarşı “mirasın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-107 nömrəli Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və miras qoyan X6 (cəmi 5 nəfərin) birgə mülkiyyəti olmaqla Bərdə rayonu Güloğlular kəndində yerləşən 2.00 ha torpaq sahəsindən xx.xx.2025-ci ildə vəfat etmiş miras qoyan X6 payının müəyyən olunmasına və həmin paydan onun qanun üzrə vərəsələri kimi onun və uşaqları X2 və X3 miras paylarının bölünüb müəyyən edilməsinə, həmçinin iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 100 (yüz) manatın cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun keçmiş qaynatası və qaynanasıdırlar. Cavabdehlərin oğlu olan X11 ilə nikahları Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 376 nömrə ilə qeyd edilməklə evlənib ailə qurublar və onunla evlilikdən 2 (iki) uşaqları vardır. xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10. Həyat yoldaşı X11 23 mart 2023-cü il tarixdə beyindaxili qansızmadan qəflətən vəfat etmişdir. Onun vəfatının "40" adlanan yas mərasimi qurtaran kimi cavabdehlər onu evdən çıxarıb valideyinlərinin yanına, onların Bərdə rayonu Alpoud kəndində yerləşən evinə qayıtmağa məcbur etmişlər. Odur ki, 3 may 2025-ci ildən indiyədək uşaqları Aylin və Elşənlə birlikdə Alpoud kəndində valideynlərinə məxsus olan evdə yaşamağa məcbur olublar. O cavabdehlərin oğlu Cavid Əliyevlə 2019-cu ildə evlənib ailə qurarkən onun valideynlərinin (hazırkı cavabdehlərin) Bərdə rayonu Güloğlular kəndində yerləşən evinə gəlin olaraq gedib, cehiz əşyalarını da həmin evə gətirilib, uşaqları Aylin və Elşən həmin evdə yaşayarkən anadan olmuş və 2025-ci ilin may ayınadək bu evdə yaşayıblar. Cavabdehlərlə birlikdə yaşadıqları 2019-2025-ci illərdə onlarla birlikdə ümumi (birgə) təsərrüfat idarə ediblər. İri və xırda buynuzlu mal-qara, toyuq-cücə və s. ev quşları saxlayıb çoxaltmış, ailənin 2 ha pay torpağını birlikdə əkib-becəriblər. Traktor, mala, səpin aqreqatı və s. kimi kənd təsərrüfat texnika və alətləri alıblar. Bütün bu işlərdən əldə etdikləri gəlir (qazanc) ailənin vahid büdcəsini təşkil etmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbləri aşağıdakılardır.1998-2000-ci illərdə aparılmış aqrar islahat zamanı həyat yoldaşı X11 da daxil olmaqla onların 5 nəfərdən ibarət olan ailəsinə Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Bərdə rayonu Güloğlular kəndi ərazisindən kənd təssərrüfat təyinatlı 2.00 ha torpaq sahəsi ayrılıb verilmişdir. Sözügedən 2.00 ha torpaq sahəsi 5 nəfərin ümumi (birgə) mülkiyyəti olmaqla hər birinin payı 0,40 ha-dır. Hazırkı iddia ərizəsinin hazırlanması ilə əlaqədar Bərdə Rayon Vəkil Bürosu tərəfindən verilmiş Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda göstərilir ki, "Sorğuda qeyd olunan Cavabdeh1, Cavabdeh2 və X6 adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Güloğlular kəndində yerləşən JN-107 nömrəli torpağı mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.00 ha kənd təsərrüfatı təyinatin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir". Yuxarıda qeyd etdiyi kimi həyat yoldaşı Cavid Əliyevin sağlığında və onun vəfatından sonra 03 may 2025ci il tarixədək sözügedən 2.00 ha pay torpağını cavabdehlərlə birlikdə istifadə edirdilər, lakin həyat yoldaşının vəfatından cəmi 40 gün sonra cavabdehlər onu və uşaqlarını evdən çıxmağa məcbur etdilər. Cavabdehlərin onu və uşaqlarını özlərinin dözülməz hərəkətləri ilə evdən çıxmağa məcbur etməkdə məqsədləri sözügedən 2.00 ha torpaqdan həyat yoldaşının mirası olan 0.40 ha hissəsini ələ keçirməklə özləri istifadə etmək, həmçinin həyat yoldaşının mirası olan traktoru, səpin aqreqatını, malanı, kotanı, iri və xırda buynuzlu mal-qaranı ələ keçirmək olmuşdur. Sözügedən 2.00 ha torpaq sahəsinin 1/5 hissəsi, yəni 0,40 ha-sı mərhum həyat yoldaşı Cavid Əliyevin mirasıdır, odur ki, onun Qanun üzrə vərəsələri kimi ona və onun yetim qalmış 7 və 5 yaşları olan uşaqları Aylin və Elşənə çatan qanuni miras payıdır. Cavabdehlər onu və bu yetim uşaqları evdən çıxartsalar da, o Cavabdehlərə imkan verməz ki, yetim payını ələ keçirib mənimsəsinlər. Odur ki, mərhum həyat yoldaşının daşınar və daşınmaz əmlak miraslarından hələlik yalnız sözügedən 0,40 ha miras torpaq sahəsinə dair hüquqi prosedur başladıb. Mərhum həyat yoldaşı Cavid Əliyevin digər miras əmlakları (traktor, səpin aqreqatı, mala. Kotan, iri və xırdabuynuzlu mal-qaralar, tikililər və s.) barəsində də ayrıca iddia tələbləri ilə məhkəməyə müraciət edəcək. Mərhum həyat yoldaşı X4 miras qalmış Torpağın mülkiyyətə verilməsinə dair JN-107 nömrəli Dövlət Aktına əsasən onun və cavabdehlərin ümumi (birgə) mülkiyyəti olan 2.00 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsin 1/5 hissəsinə (0,40 ha) Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün o 24 sentyabr 2025-ci il tarixdə ərizə ilə Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət edib. Müraciətinə Notariat Ofisi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 3127/2025 saylı cavabla ona bildirilib ki, "Təqdim olunan sənədlərə baxış keçirilərkən mərhum əriniz X6 vəfatından sonra irs qalmış mirası faktiki qəbul etmiş digər vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu məlum olmuşdur. Belə olan halda qanun üzrə vərəsələr mirasdan bərabər hissədə pay almalıdırlar. Lakin, siz digər vərəsələrlə aranızda mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaf olduğunu bildirirsiniz. Həmin ərizənizə cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaf olduqda məhkəmə qaydasında baxılır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır". Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı və qanuni hesab edir. Belə ki, Notariat Ofisinin verdiyi cavabda göstərilir ki, "Mərhum əriniz X6 vəfatından sonra irs qalmış mirası faktiki qəbul etmiş digər vərəsələrinin Cavabdeh1 və X7 olduğu məlum olmuşdur". Lakin bu cavab həqiqəti əks etdirmir. Çünki, o həyat yoldaşı Cavid Əliyevin vəfat etdiyi xx.xx.2025-ci il tarixdən Cavabdehlər tərəfindən evdən çıxmağa məcbur edildi 03 may 2025-ci il tarixinədək cavabdehlərlə bir evdə yaşayıb və birgə təsərrüfat, o cümlədən də ümumi (birgə) mülkiyyət olan 2.00 ha torpaq sahəsini və onun tərkib hissəsi olan miras 0,40 ha cavabdehlərlə birlikdə miras olaraq faktiki qəbul etmiş və idarə edib. Cavabdehlər onu uşaqları ilə birlikdə 03 may 2025-ci il tarixdə evdən çıxmağa məcbur etmiş və həmin səbəbdən bu günədək valideynlərinin yanında -Alpoud kəndində yaşasa da o, mərhum həyat yoldaşının hər hansı bir mirasını, o cümlədən də sözügedən 0,40 ha torpaq sahəsini miras payı kimi qəbul etməkdən imtina etməyib. Əksinə o 24 sentyabr 2025-ci il tarixdə notariat orqanına Vərəsəlik Şəhadətnaməsi almaq üçün yazılı ərizə ilə müraciət etməklə mərhum həyat yoldaşının cavabdehlərlə ümumi (birgə) mülkiyyəti olmuş 2.00 ha torpaq sahəsinin 0,40 ha hissəsini miras payı kimi qəbul etdiyini də nümayiş etdirib.Bundan başqa miras qoyan X11 26 dekabr 2023-cü il tarixdən sonra, yəni xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Odur ki, hazırkı mübahisəyə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 uyğunluğunun dekabr 2023-cü il tarixli Qərarı tətbiq edilməlidir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli 323713 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Vİddiaçı arasında xx.xx.2019-cu il tarixdə Bərdə Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 376 saylı akt qeyd ilə nikah tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli 529010 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. xx.xx.2019-cu il tarixli 301318 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1958-ci il tarixdə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1965-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 147 saylı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun sorğusuna 7 saylı Bərdə Ərazi idarəsinin sorğuya xx.xx.2025 3-21- 3-46/2-3976/25 saylı cavabından görünür ki, Bununla əlaqədar bildiririk ki, sorğuda qeyd olunan Cavabdeh1, Cavabdeh2 və X6 adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yerləşən JN-107 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində aşkar edilmişdir. Cavabdeh1, Cavabdeh2 və X6 adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 475538 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə beyindaxili qansızma nəticəsində ölmüşdür. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 605 saylı Bərdə RİHB-nin Alpoud kənd üzrə i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı övladları xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 ilə birlikdə Bərdə rayonu Alpoud kəndində atası X5 fərdi yaşayış evində yaşayır. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi İş üzrə müəyyən olunur ki, mərhum X6 qanun üzrə vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh2, X9 və X8r. Bu səbəbdən Bərdə rayonu Güloğlular kəndində yerləşən JN 107 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,40 ha hissəsinə münasibətdə İddiaçı 1/5 hissədə (0,08), Cavabdeh1 1/5 hissədə (0,08), Cavabdeh2 1/5 hissədə (0,08), X3 1/5 hissədə (0,08), X2 1/5 hissədə (0,08) payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X12 və Cavabdeh2 tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bərdə rayonu Güloğlular kəndində yerləşən JN 107 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,40 ha hissəsinə münasibətdə İddiaçı 1/5 hissədə (0,08), Cavabdeh1 1/5 hissədə (0,08), Cavabdeh2 1/5 hissədə (0,08), X3 1/5 hissədə (0,08), X2 1/5 hissədə (0,08) payları müəyyən edilsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X12 və Cavabdeh2 tutulub İddiaçı xeyrinə ödənilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar