Məhkəmə qərarları › İş №2(021)-4617/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4617/2023

13.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4617/2023 13.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə xx.xx.2012ci il tarixli, 2(021)-909/2012 nömrəli Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Bərdə rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(021)-909/2012 nömrəli qətnaməsi ilə birgə nikahlarından olan övladları cavabdeh Maraqlı şəxs himayəsində saxlanılmışdır. Qeyd edir ki, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladı artıq 12 ildir ki, onun yanında qalır. xx.xx.2023-cü il tarixdə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etdilər. Mediasiya prosesində birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəldilər. Bu səbəbdən barışıq sazişini imzaladılar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək oğlunun onunla yaşadığını, qızının isə maraqlı şəxsdə olduğunu bildirmiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X13 ərizəni qəbul edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 05589276 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1956-cı il tarixdə Ağdam rayonu, Göytəpə kəndində anadan olmuşdur. Xankəndi şəhərində qeydiyyatdadır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1812 nömrəli arayışdan görünür ki, İmanova X11 rayon məcburi köçkünüdür. Hazırda Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi bina 10, mənzil 18 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1813 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs Xankəndi rayon məcburi köçkünüdür. Hazırda Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi bina 10, mənzil 18 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 237657 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 arasında olan nikah pozulmuşdur. Nikah ləğv edildikdən sonra kişiyə İsmayılov, qadına isə İsmayılova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 204 nömrə ilə qeydə alınmışdır. Xocalı RİHB-nin Cəmilli kənd Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 390223 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə X4r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 03 nömrə ilə qeydə alınmışdır. Xocalı RİHB-nın Cəmilli kənd Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ- İİ 007440 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarix, 37 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Məhkəməsinin 11 iyul 2012-ci il tarixli 2(021)-909/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, X2 X3 nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, X7 ilə X9 arasında bağlanmış 07 dekabr 2006-cı il tarixli 20 saylı nikah qeydinin pozulması, azyaşlı xx.xx.2007-ci ildə doğulmuş Qumru İsmayılova və xx.xx.2010-cu ildə doğulmuş Qəhrəman İsmayıllının iddiaçı X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan 2367 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və mediator X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞG/MT032/2023-01651 nömrəli Barışıq Sazişindən görünür ki, Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə xx.xx.2012-ci il tarixli, 2(021)- 909/2012 nömrəli Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Birgə nikahda olan zaman xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. xx.xx.2012-ci il tarixli, 2(021)- 909/2012 nömrəli Bərdə rayon məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 ikinci tərəfin himayəsində saxlanılmışdır. Nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X6 birinci tərəfin himayəsində qalmışdır. Birinci tərəf mediasiyaya müraciət edərək bildirdi ki, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsinin rəsmiləşdirilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və etibarnamə üzrə nümayəndəsi mediasiya prossesində iştirak edərək bildirdi ki, birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur. X14 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, tərəflərin birgə nikah dövründə doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 ərizəçi (anası) Ərizəçi himayəsində (yanında) saxlanılsın. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Bundan başqa məhkəməyə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan 100 manat dövlət rüsumu Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 ərizəçi (anası) Ərizəçi himayəsində (yanında) saxlanılsın. Ödənilmiş 60 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Ərizəçi 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar