Məhkəmə qərarları › İş №2(021)-4640/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4640/2025

05.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4640/2025 05.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı oğunun cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka varəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: vərəsəlik, şəhadətnamə, etibarsızlıq Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı oğunun. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı oğunun cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı oğunun cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə və üçüncü şəxs X8 qarşı iddia qaldıraraq, 28 avqust 2025-ci il tarixində tərtib edilmiş və onun adı ilə verilmiş miras payından imtina ərizəsinin etibarsız hesab edilməsi, həmin ərizə əsasında verilmiş xx.xx.2025-ci il tarixli, 2V- 1177 reyestrdə qeydə alınmış vərəsəlik şəhadətnaməsinin və onun əsasında tərtib olunmuş bütün qeydiyyat sənədlərinin xüsusən də xx.xx.2025 tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakın - ünvan 1 ünvanında yerləşən 0.0522 ha torpaq sahəsindəki 232.30 kv.m-lik fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi paylı mülkiyyət kimi tanınmasına və mənim həmin mülkiyyətdə vərəsəlik pay hüququnun bərpa edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar ailədə iki bacı və bir qardaş olmuşdurlar. X1 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, X13 hal-hazırda yaşayır. Həm atası, həm də anası uzun illər öncə vəfat ediblər. X2 vəfat etdikdən sonra onun adına olan və paylı mülkiyyətdə ona da aid pay düşən ünvan 1 ünvanında yerləşən, 0.0522 hektar torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 232.30 kv.m olan fərdi yaşayış evi və 0.0522 hektar torpaq sahəsi miras əmlak kimi qalmışdır. Lakin 28 avqust 2025-ci il tarixində 2V-1177 nömrəli reyestr qeydiyyatı əsasında həmin əmlak qanunsuz şəkildə X6 adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı onun adı ilə verilmiş miras payından imtina ərizəsinə əsaslanılmış və nəticədə mülkiyyət hüququ tam şəkildə Tamaranın adına keçirilmişdir. Burada əsas məsələ ondan ibarətdir ki, həmin imtina ərizəsi onun iradəsinə zidd şəkildə, yanlış və hüquqi nəticələri barədə məlumatı olmadan imzalanmışdır. Belə ki, o, 28 avqust 2025-ci il tarixində Asan Xidmət mərkəzinə müraciət etdiyi zaman uzun növbə, yorğunluq və əsəblilik vəziyyətində olmuşdur. Sənədlərin məzmununu diqqətlə oxumadan, sırf "sənəd imzalamaq lazımdır” deyə təqdim olunan vərəqi imzalamışdır. Daha sonradan məlum olmuşdur ki, həmin sənəd miras payından könüllü imtina ərizəsi kimi tərtib olunub və onun iradəsilə heç bir əlaqəsi yoxdur. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən iradənin qüsurlu ifadəsi hesab olunur. Yəni, şəxs sənədin mahiyyətini anlamadan və ya onu düzgün dərk etmədən imza atıbsa, bu, hüquqi nəticə doğurmamalıdır. Həmçinin Mülki Məcəllənin 149.1-ci maddəsinə görə, əməliyyat şəxs tərəfindən onun iradəsinə uyğun ifadə olunmalıdır. Onun vəziyyətimdə isə bu prinsip kobud şəkildə pozulmuşdur. Hal-hazırda həmin imtina ərizəsi və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsi nəticəsində bacısı X13 öz adına çıxarış almışdır. xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmi qeydiyyatdan keçmişdir. Bu açıq şəkildə onun vərəsəlik hüquqularının pozulmasıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-4640/2025 xx.xx.2026-cı il tarixdli qərardadı ilə İddiaçı oğunun cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 qarşı “ərizənin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlaklara vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə miras payından imtina ərizəsinin etibarsız hesab edilməsi hissəsində xitam verilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı oğu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Əlizadə Bənövşə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X13 bildirdi ki, iddia ərizəsinə etiraz edir. İddiaçı özü notariusa gedib öz payından imtina edib. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. İ-ИЕ № 142923 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1956-cı ildə anadan olmuşdur. X3, anası X4r. ИЖ № 202758 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1954-cü ildə anadan olmuşdur. X3, anası X4r. İİİ- ЖГ № 254932 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1958-ci ildə anadan olmuşdur. X3, anası X4r. AZ-İ №190418 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X7 vərəsəsi bacısı-X13 olduğu və onun miras əmlakdan tam hissədə pay almalı olduğu müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2025 tarixdə X9 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi sahəsi 232.3 kv/m olan fərdi yaşayış evinin X9 maxsus olan 116.15 kv/m fərdi yaşayış evindən və -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2025 tarixdə X9 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa Əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0522 ha torpaq sahəsinin X9 məxsus olan 0.0261 ha olan torpaq sahəsidən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41- 10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0522 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 tam mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazrliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********41-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X10r. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X16 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X18 xx.xx.2006-cı ildə vəfat etmiş bacısı – X7 vəfatından sonra paylı mülkiyyətində irs qalmış miras əmlak ünvan 5 ünvanında 0.0522 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.30 kv/m olan fərdi yaşayış evinə və 0.0522 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 19 oktyabr 2025-ci il tarixdə ərizə ilə həmin orqana müraciət etmiş, lakin o, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, eyni zamanda yuxarıda göstərilmiş miras əmlaka dair 28 avqust 2025-ci il tarixində, 2V-1177 reyestrdə qeyd edilmiş qanun üzrə (miras əmlakı faktiki qəbul etmiş şəxsə X8 onun həmin əmlakda ümumi paylı mülkiyyətdə payı olduğu nəzərə alınaraq) və həmçinin vərəsəlik işi üzrə sizin 28 avqust 2025-ci il tarixli ərizəsi ilə miras paydan imtinası (qeydiyyatınızın həmin ünvan olmadığı) nəzərə alınaraq ona pay verilmədiyi qeyd olunmuşdur. Odur ki, mirasın qəbul edilməsi, miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin ləğv edilərək yenidən verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X7 vəfatından sonra paylı mülkiyyətində irs qalmış miras əmlaka- ünvan 5 ünvanında 0.0522 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.30 kv/m olan fərdi yaşayış evinə və 0.0522 ha torpaq sahəsinə dair miras əmlakı faktiki qəbul etmiş şəxsə X8 onun həmin əmlakda ümumi paylı mülkiyyətdə payı olduğu və həmçinin vərəsəlik işi üzrə X15 28 avqust 2025-ci il tarixli ərizəsi ilə miras paydan imtinası nəzərə alınaraq 28 avqust 2025-ci il tarixində, 2V-1177 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı həmin vərəsəlik hüququq haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və X5 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli, 2V- 1177 reyestrdə qeydə alınmış vərəsəlik hüququq haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı X18 həmin vərəsəlik hüququq haqqında Şəhadətnamənin etibarsız hesab edilməsin sübut edəcək məhkəməyə hər hansı dəlil təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, 2V- 1177 reyestrdə qeydə alınmış vərəsəlik hüququq haqqında Şəhadətnamə etibarsız hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Həmin qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən digər hissələrdə də təmin oluna bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı oğunun cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar