Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-473/2024 22.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Bayramov Orxan Elşən oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış 132 manat cərimə məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Bərdə rayon Hacılar kənd sakinidir. Yaşadıqları Bərdə rayon Hacılar kəndində hamı kimi onların da evlərinə işıq sayğacı quraşdırılmış, istehlak etdikləri enerjinin pulunu mütamadi ödəmişlər. Sayğac evindən aralıda, küçədə quraşdırılmışdır. Sayğac quraşdırılandan sonra ASC-nin əməkdaşları mütamadi sayğaca nəzarət etmişlər. Cavabdeh-nin sayğac quraşdırma və uçot nəzarət idarəsinin əməkdaşları S.Bayramzadə, M.Hüseynov,O.Tağıyev adlı şəxslər xx.xx.2023-cü ildə evimə qoyulmuş elektrik sayğacına baxış keçirmiş, 310188 saylı akt tərtib edilmiş, həmin sayğacın başqası ilə əvəz edilməsi qərara alınmışdır. Beləliklə, köhnə sayğac dəyişdirilmiş, yenisi ilə əvəz edilmişdir. Yeni sayğac qoyulandan sonra məlum olmuşdur ki, köhnə sayğaca görə ona 132,00 manat cərimə yazılmışdır. Göstərilənləri nəzərə alaraq idiiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehlə barışıq sazişi bağladıqlarını, sazişə əsasən "xxxx" ASC tərəfindən yazılmış 132 manat borc məbləğinin azaldılaraq 66 manat məbləğində müəyyən edilir, həmin məbləği ödəməyi öhdəsinə götürür, cavabdeh isə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X2 barışıq sazişini məhkəməyə təqdim edərək, iddiaçı ilə barışıq sazişi bağlayaraq, razılığa gəldiklərini bildirdi. Məhkəmə tərəfləri dinlədikdən sonra onların təqdim etdikləri barışıq sazişinə dair ərizələrini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, bu razılığın qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişini təsdiq etməklə rəsmiləşdirdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: -İddiaçı, iddia tələbini dəyişərək cavabdeh tərəfindən "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixində Akt R No310188 saylı Akta əsasən hesablanan 132,00 manat məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 66 (altmış altı) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. -Cavabdeh "Azərişıq” ASC-nin səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli Akt R 310188 No-li akta Əsasən hesablanmış 132,00 (bir yüz otuz iki) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 66 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-473/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-473/2024
22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver