Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4800/2025 18.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X34 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə onlara verilmiş kənd təsərrüfatı təyinatlı 4,89 ha torpaq sahəsinə dair JN 0085, kod: 61021018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona-Rüstəmova (Zülfiqarova) Şahnaz Mürşüd qızına aid olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı Qərarı ilə onlara verilmiş kənd təsərrüfatlı təyinatlı 4.89 ha torpaq sahəsinə dair JN 0085, kod:61021018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı X11 əvəzinə X17 olaraq yazılmışdır. Haqqında söz edilən torpaq şəhadətnaməsində yol verilmiş yanlışlıqlara düzəliş edilməsi üçün Azərbaycan Respublikası DƏDRX-nin 7 saylı ərazi idarəsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə rəsmi müraciəti olmuşdur. Adı çəkilən idarədən ona verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-R- 0019-8/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, sənəddə düzəlişin edilməsi onların səlahiyyətinə aid deyil və Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən bu səbəbdən məktublarında onların məhkəməyə müraciət etmələri töfsiyə etmişlər. Belə olduqda onlar, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı Qərarı ilə onlara verilmiş kənd təsərrüfatlı təyinatlı 4.89 ha torpaq sahəsinə dair JN 0085, kod:61021018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan yanlışlıqların aradan qaldırılmasını başqa qaydada əldə edə bilmirlər. Hüquq müəyyən edici sənədlər, şəxsin və ya hüquqi şəxsin müəyyən hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan, hüquqların yaranmasını, dəyişməsini və ya xitamını təsdiq edən rəsmi sənədlərdir. Bu sənədlərə, məsələn, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, torpaq sahəsinə dair hüququ təsdiq edən sənədlərdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildiyini təsdiq edən rəsmi sənəddir. Bu akt torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsini və dövlət qeydiyyatına alınmasını təsdiqləyir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas sənədlərdən biri hesab olunur. Torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair dövlət aktı Azərbaycan Respublikasının Konstitusiyası, “Torpaq Məcəlləsi” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən hüquq müəyyən edici sənəd hesab olunur. Dövlət aktı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını, həcmini və məzmununu təsdiq edən ilkin və əsas sənəd funksiyasını daşıyır. Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması məhz hüquq müəyyən edici sənədlər əsasında həyata keçirilir. Bu baxımdan, torpağa dair dövlət aktının mövcudluğu və etibarlılığı həmin torpaq sahəsinə mülkiyyət hüququnun rəsmən tanınması və qeydiyyata alınması üçün hüquqi əsas yaradır. Dövlət aktı mülkiyyət hüququnun legitimliyinin sübutu kimi hüquqi qüvvəyə malikdir və mübahisəli münasibətlərdə sahibkarın hüquqi mövqeyini təsdiq edən əsas sənəd hesab olunur. Hüquq müəyyən edici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adma verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı Qərarı ilə onlara verilmiş kənd təsərrüfatlı təyinatlı 4.89 ha torpaq sahəsinə dair JN 0085, kod:61021018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının ona- Rüstəmova (Zülfiqarova) Şahnaz Mürşüd qızına aid olması faktının müəyəyn edilməsi barədə qətnamə çıxarılması zəruridir. Bu faktın müəyyən edilməsi ona torpaq alqı-satqısı, vərəslik kimi işlər üzrə zəruri sənədlərin əldə edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 göstərdi ki, ərizəçi qızıdır. X36 01 may 2025-ci ildə ölmüşdür. Ərinin ölümündən sonra torpaq sahələrinə çıxarış almaq istəmişlər. X12 adı Şərif Rüstəmova kimi qeyd edildiyindən çıxarış ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, Ərizəçi bacısıdır. Mərhum ataları öləndən sonra kənd təsərrüfatı təyinatlı torpaq sahələrini sənədləşdirmək istəmişlər. Sənədləşmə aparılarkən Dövlət Aktında bacısının adının Şərif kimi qeyd edildiyini görmüşlər. Əslində isə bacısının adı Şahnazdır. Alilələrində Şərif adlı şəxs olmamışdır. Ailədə 4 uşaq olmuşlar. X1, anaları X15 olmuşdur. Özü Yevlax rayonunda, bacısı Ərizəçi isə Bərdə rayonunda yaşayır. Anası və qardaşı isə Bərdə rayonunun Çələbilər kəndində yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, Bərdə rayonu Çələbilər kəndində yaşayır, iki övladı var. Ərizəçi bacısıdır. Ailədə 3 bacı, 1 qardaş olmuşlar. Ailələrində Şərif adlı şəxs olmamışdır. Ailədə böyük uşaq Şahnaz olmuş, sonra Səbinə, Rəvanə və Cavanşir doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, Ərizəçi bacısıdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini sənədləşdirərkən Dövlət Aktında bacısının adının səhvən Şərif kimi yazıldığını görmüşlər. Ailələrində Şərif adlı şəxs olmamışdır. Ailədə 4 uşaq olmuşlar. Şahnaz evin böyük uşağı, o isə kiçik uşağı olmuşdur. Şahnazın torpaq sahəsini ayıraraq özünə vermişlər. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Bərdə rayonu Çələbilər kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. Bərdə Mənzil Təmir-İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 450 nömrəli arayışından görünür ki, Ərizəçi Bərdə şəhəri H.Əliyev prospekti 115/25-də yaşayır. Bərdə rayonu Otuzikilər kənd Sovetliyi tərəfindən verilmiş 22 yanvar 1987-ci il tarixli Xİİ- ЖГ 277354 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxx 1987-ci ildə Bərdə rayonu Çələbilər kəndində anadan olmuşdur. “Ata” qrafasında atası kimi X18, “ana” qrafasında anası kimi X15 qeyd edilmişdir. Bərdə rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 280159 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X11 xx.xx.2005-ci ildə 772 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Zülfiqarova soyadı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0085, Kd: 61021018 saylı Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Bərdə rayonu Çələbilər kənd sakini X9, X7, X5, X10, X2 və X3 mülkiyyətinə 4,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 178 nömrəli Arayışından görünür ki, Torpağa mülkiyyət hüququna dair 1997-ci ilin islahat vaxtı verilmiş JN: 0085 kod- 61021018 saylı Dövlət aktında texniki səhv olaraq X11 əvəzinə, X20 yazılmışdır. Adı yazılan X20 adlı şəxs hazırda ərazidə yaşamır və payçı X9 X20 adlı övladı yoxdur. Dövlət Aktında qeyd olunası Rüstəmova (Zülfiqarova) Şahnaz Mürşüd qızı hazırda ailəlidir, Bərdə şəhərində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin 14 oktyabr 2025-ci il tarixli, 3-21-3-46/2-R-0019-8/2025 nömrəli məktubundan görünür ki, X8 JN-0085 saylı Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0085, Kod 61021018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması iş materiallarında olan sənədlərlə, o cümlədən şahidlərin izahatları ilə təsdiq edilir. İşin gerçək halları ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0085, Kod 61021018 saylı Dövlət Aktında Ərizəçi soyadı və adı səhvən X4 yazılmışdır. Qeyd edilən sənəddə ərizəçinin ad və soyadının səhv yazılması onun hüquqlarının pozulması olmaqla yanaşı, həm də ərizəçinin həmin sənəddən qanunauyğun qaydada istifadə etməsinə maneə törədir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X9, X7, X5, X10, X6 və X3 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0085, Kod 61021018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X9, X7, X5, X10, X6 və X3 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN- 0085, Kod 61021018 saylı X24 (Zülfiqarova) Şahnaz Mürşüd qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4800/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4800/2025
18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver