Məhkəmə qərarları › İş №2(021)-482/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-482/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-482/2023 24.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 27dekabr 1997-ci il tarixli 13 saylı qərarı əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş JN213 nömrəli 61020028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi4, X15, X8 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizəni onunla əsaslandırmışlar ki, Qazaxlar kəndində anadan olmuşlar, hazırda da həmin kənddə yaşayırlar. X25 isə 24 oktyabr 2012-ci ildə vəfat etmişdir. Onların adı, ata adı və soyadı ilə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi də almışdır, həmçinin nikah haqqında şəhadətnamdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və X25 yazılmışdır. Bərdə rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə Ərizəçi1, X9, X27, Ərizəçi4, X25, Ərizəçi2, Ərizəçi3 və X5 ibarət ailə üzvlərinə Bərdə rayonuu, Qazaxlar kəndində yerləşən 4.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən onlara JN 213 nömrəli 61020028 KOD-lu torpağın mülkiyyət hüquuquna dair Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktının 2-ci vərəqəsində onlar səhvən X21, Ərizəçi2 Şahmalı oğlu, X30, X1 yazılmışdır. Hazırda hər biri paylarını müəyyə etmək və hər biri həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış almaq istəyirlər. Ancaq torpağa mülkiyyət hüququna dair JN 213 nömrəli 61020028 KOD-lu Dövlət aktında adlarının, ata adlarının, soyadlarının düzgün qeyd edilməməsi onlar üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Ona görə də Torpağa mülkiyyət hüququna dair Dövlət aktında adın, ata adının, soyadının səhv yazılması nəticəsində hüquqları pozulmuşdur və məcbuur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X37 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahatında göstərmişdir ki, ərizəçinin qohumdur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-213 KOD 61020028 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən Bərdə rayonu Qazaxlar kənd sakinləri Ərizəçi1, X2, X16, X6, X7, Ərizəçi2 Şahmalı oğlunun, X17 və X10 mülkiyyətinə 4.64 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 oğllu xx xxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X25 28 oktyabr 1974-cü ildə Bərdə rayonunun Qazxalar kəndində doğulmuşdur, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1972-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1972-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Cəlal oğlu xx xxxx 1943-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 08561719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 01 mart 1957-ci ildə doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 503 nömrəli, 11 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayon, Qazaxlar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 504 nömrəli, 10 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayon, Qazaxlar kəndində yaşayır və ailə üzvləri Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X11 ibarətdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 652 nömrəli, 14 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X18 ilə X9 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 502 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 ilə Ərizəçi4 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 501 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X25 ilə X22 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 500 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X28 ilə Ərizəçi3 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 499 nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X19 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan Vİ-JQ 347021 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 ilə Ərizəçi4 10 avqust 1993-cü ildə rəsmi nikah qeydyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Hümbətova soyadı verilmişdir. İş materiallarında olan XVİİİ-JQ 365296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1994-cü ildə doğulmuşdur, atası Ərizəçi2, anası X12r. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan İİİ-JQ 322335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 28 oktyabr 1974-cü ildə doğulmuşdur, atası Ərizəçi1 Cəlal oğlu, anası X3r. İş materiallarında olan AZ-İ 581017 nömrəli ölüm haqqında şəhdətnamənin surətindən müəyyən olunur ki, X25 24 oktyabr 2012-ci ildə ölmüşdür. İş materiallarında olan İ-JQ 318214 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1972-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası X3r. İş materiallarında olan İ-JQ 284907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 3 iyun 1972-ci ildə doğulmuşdur, atası Şahmar Mansur oğlu, anası X13r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X37 7 saylı Bərdə Ərazi İdarəsinin **********42 nömrəli 10 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 Cəlal oğlu JN 213 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X37 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-213 KOD ******* olan dövlət aktının Ərizəçi1 Cəlal oğluna, X4, X24, Ərizəçi4, X15, Ərizəçi2, Ərizəçi3 və X20 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0011 KOD 61021018 olan dövlət aktının JN-213 KOD ******* olan dövlət aktının Ərizəçi1 Cəlal oğluna, X4, X24, Ərizəçi4, X15, Ərizəçi2, Ərizəçi3 və X20 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar