Məhkəmə qərarları › İş №2(021)-487/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-487/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-487/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X29 oğlunun, Ərizəçilər Ərizəçi1, İsmayıllı Humay Fazil qızının və Ərizəçi3 Fazil oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1, İsmayıllı Humay Fazil qızının və Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, X13 və Ərizəçi3 Fazil oğlu ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-013B KOD 61022028 olan şəhadətnamənin onlara - X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, İsmayıllı Humay Fazil qızına və Ərizəçi3 Fazil oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, İsmayıllı Humay Fazil qızı, Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 saylı qərarına əsasən onlara X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, İsmayıllı Humay Fazil qızına və Ərizəçi3 Fazil oğluna Bərdə rayonu, 2-ci Nazırlı kəndində 0.17 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-013B, KOD 61022028 olan şəhadətnamədə almışlar. Həmin dövlət aktında payçılardan Ərizəçi1 ata adı səhvən “Məhəmməd” kimi, X1 və adı səhvən “Quliyeva Günay” kimi, Ərizəçi3 soyadı səhvən “Quliyev” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən qeyd edilən torpaq üzərində sahiblik və istifadə hüququnu həyata keçirsələr də sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-013B, KOD 61022028 olan şəhadətnamədə onlara X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, İsmayıllı Humay Fazil qızına və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, İsmayıllı Humay Fazil qızı və Ərizəçi3 Fazil oğlu ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində pay torpaq sahəsi verilmişdir, torpağın sənədində adları, ata adları, soyadları səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, ərizəçi ilə qonşu olmaqla həmkəndlidirlər. Pay torpağının verilməsi barədə Dövlət aktında səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-013B, KOD 61022028 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu 2-ci Nazırlı kənd sakinləri X2 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi1, İsmayıllı Humay Fazil qızının, Ərizəçi3 Fazil oğlunun mülkiyyətinə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZ-İ 159401 saylı, 19 may 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 ilə İsmayılova Hümay Fazil qızı arasında bağlanmış nikah 19 may 2005-ci il tarixdə 13 saylı akt qeydi ilə qeydiyyata alınmışdır, nikahdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 810833 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 12 fevral 2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş XVİİİ-JQ 327392 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx xxxx 1984-cü ildə doğulmuşdur, atası X15, anası Ərizəçi1 Məhəmmədəli qızıdır. İş materiallarına əlavə edilmiş XVİİİ-JQ 327393 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxx 1986-cı ildə doğulmuşdur, atası X15, anası Ərizəçi1 Məhəmmədəli qızıdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 Fazil oğlu xx xxxxx 1986-cı ildə doğulmudur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Məhəmmədəli qızı xx xxxx 1958-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15540601 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 14 oktyabr 1964-cü ildə Bərdə şəhərində doğulmuş, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09294869 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 13 avqust 1974-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ İ-230743 nömrəli arayışdan müəyyən olunur ki, X17 21 mart 2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 554 nömrəli, 21 oktyabr 2021-ci il tarixli arayışdan məlum olur ki, Quliyev Fazil İsmayıl oğlu vəfat edənə qədər Bərdə rayonu, 2-ci Nazırlı kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan ailə üzvüləri arvadı Ərizəçi1, Ərizəçi2 və oğlu İsmayıllı Bəhruz Fazil oğlu qalmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********22 nömrəli 22 noyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 013 B nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-013B, KOD 61022028 şəhadətnamənin X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, İsmayıllı Humay Fazil qızına, Ərizəçi3 Fazil oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X2, Quliyev Fazil İsmayıl oğlu, Ərizəçi1 Məhəmməd qızının, Quliyeva Günay Fazil qızının və X10 adına verilmiş JN-013B, KOD 61022028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, X8 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X12, X15, Ərizəçi1 Məhəmməd qızı, Quliyeva Günay Fazil qızı və X10 adına verilmiş JN- 013B, KOD 61022028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 (ölmüşdür), X7 (ölmüşdür), Ərizəçi1, X8 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar