Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4993/2025 24.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB-nə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 24 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "Azəriqaz" İB tərəfindən yol verilən, onun istehlakçı hüquqlarının pozulması ilə nəticələnən qanunsuz hərəkətlərinə son qoyulmasına və onun adında əsassız olaraq saxladığı 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat akt üzrə cərimə məbləğinin məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh idarənin müəyyən etdiyi müddəalara və rəhbər prinsiplərə riayət etməyin vacibliyini başa düşür və həmişə məsuliyyətli və qanuna tabe vətəndaş olmağa çalışmışdır.Təssüf ki, cavabdeh Azəriqaz İB onun təqsiri olmayan bir məsələ barədə onu zərər vuran kimi göstərməklə, qaz sayğacına müdaxilə adı altında ona 777, 60 manat akt əsaslı cərimə borc yazmışlar. Cavabdeh qurum tərəfindən tərtib edilmiş ******* saylı 2023 cü il 29 noyabr tarixli aktda sayğacın plastik qapağın alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilərək, məsuliyyətin ona aid olduğu bildirilmişdir. Müəyyən edilmiş cərimənin heç bir əsası yoxdur. Bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyildir. Sayğaca nəzarəti də qaz idarəsi əməkdaşları həyata keçirdirlər, qiymətləndirmədə özlərinə aiddir. İkincisi, qaz sayğacı həyətdən çöldə onun evindən məsafəcə də uzaqda quraşdırılmışdır və gecə saatlarında yaxud da gündüz vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil və ümumiyyətlə vətəndaşın borcuda deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayğacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdi ki, həmin sayğaca nəzarət barəsində məsuliyyətin tamamilə onların üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsul tutulsun. Amma hesab edir ki, Azəriqaz İb özlərinin əsası olmayan və qanunilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfə də, vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha məqsədə uyğun hesab etmişlər. Onların nə marağı var sayğaca müdaxilə etsinlər? Azəriqaz İB hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın, bu cür haqqsız bir öhdəliyin hüquqi məsuliyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Olmalı olmayan öhdəlik üzərinə hüquqi məsuliyyət qurmağın adı vətəndaşı qanun adına soymağın mədəni formasıdır. Azəriqaz şirkətinə müraciət edərək bu vəziyyəti dəfələrlə həll etməyə çalışmışdır. Lakin xahişləri nəzərdən keçirilməmiş və məsələ həll olunmamışdır. Buna görə də bu məsələni sizin məhkəmənizin istəyinə qoymalı idi. Hesab edir ki, cavabdeh qurum qanunu pozmaqla ondan tələb etdiyi qanunsuz borc məbləği müqabilində əsassız varlanmaya nail olmaq niyyəti güdür. Cavabdeh qurum ona sənədlərin "əsli ilə düzdür” əl yazılı surətlərini təqdim etmişdir. Azəriqaz İb onun təqsirinə dair təkzibedilməz dəlillərin olmadığına baxmayraq, təqsirziliyi üzərindən ona hüquqi əsası olmayan öhdəlik yaratmaq istəyi ilə, əsassız borc yazırlar. Bu səbəbdən, Azəriqaz şirkətinin ona təqdim etdiyi qaz borcunu o qəbul etmir və bu məsələnin adilli və hüquqi olaraq ləğv edilməsini tələb edir. Çünki Azəriqaz şirkəti ilə bağlı gecikməli ödəmələr adında tutulmamış və daima ödənişlərini vaxtında yerinə yetirmişdir. Cərimənin həcminə uyğunsuzluq, hesab edir ki, cərimənin miqdarı onun aşkarlanmış və onun iradəsindən və nəzarətindən kənarda baş vermiş pozuntunun xarakterinə uyğun deyil. Mövcud qanunvericiliyə əsasən, cərimənin miqdarı pozulma dərəcəsinə mütənasib olmalıdır. Bu halda qanun pozuntusunun ağırlığını qiymətləndirməklə razılaşmır və hesab edir ki, cərimə əsassız və həddən artıq yüksəkdir. Qaz İdarəsinin qanunsuz hərəkəti, hesab edir ki, Qaz İdarəsi cərimə ilə bağlı qərarın çıxarılması prosedurunu pozmuşdur. Ona müdaxilənin baş verməsi haqqında tam və obyektiv sübutları verilməmiş və onun maraqlarını adekvat qorumaq imkanı yoxdur. Bununla əlaqədar hesab edir ki, cərimə tətbiqi barədə qərar qanunsuz qəbul edilmiş və vətəndaş kimi onun hüquqları pozulmuşdur. Bundan əlavə, qeyd etmək istərdi ki, o qaz departamentinin illərdir sadiq müştərisi idi və ilk dəfə belə bir problemlə üzləşmişdir. O, həmişə hesablarını tezliklə ödəmiş və şöbəyə lazım olan istənilən yoxlama və ya təmir işləri ilə əməkdaşlıq etmişdir. Onda təmiz hesabat var və keçmişdə qazla bağlı heç bir qanun pozuntusunda və ya hadisədə iştirak etməmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı, o evdə olmadıqda sayğacı söküb apardıqlarını və ona təxminən 800 manat civarında cərimə yazdıqlarını qeyd edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 kubmetr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x12x90=6480 kubmetr xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Qaz sayğacının üst hissəsi deşilmişdir. xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-12219/Q001 saylı aktdan görünür ki, Bərd rayonunda yerləşən ******* saylı sayğaca ümumi baxış keçirildiyi, sayğacən hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, MSK-14-2-2/3-5-12219/Q001 saylı akta əsasən sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi və istismara yararsız olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, 10.2025-ci il tarixinə abonentin 1610.14 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli ******* saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qullar kəndində yaşayır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Tətbiq edilən hüquq İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. İstinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Qətetdi:
İddia təmin edilsin. Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən İddiaçı yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev