Məhkəmə qərarları › İş №2(021)-501/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-501/2024

10.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-501/2024 10.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X5 ona miras qalmış Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 18, ev 8-də yerləşən evə Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoru tərəfindən qardaşı Cavabdeh2una verilmiş vərəsəliik şəhadətnaməsinin və onun əsasınd verilmiş çıxarışın etibarsız hesab olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X14 08 mart 2022-ci ildə vəfat etmişdir. X8 yeganə vərəsəsi qardaşı Cavabdeh2 və odur. Mərhum anası X5 onlara Bərdə şəhər Həzi Aslanov küçəsi 8-də yerləşən ev miras qalmışdır. O, savadsız olduğundan ansı vəfat etdikdən sonra vaxtında vərəsəlik şəhadətnaməsi almamışdır. Onuun anasından qalmış miras evə ögey qardaşının hüquuqu və haqqı çatmır ki, həmin evi öz adına rəsmiləşdirsin. Beləə ki, həmin miras ev mərhum atalığından əvvəl anasının mülkiyyətində olmuşdur. Qardaşı Şəhriyar isə sonradan mərhum atalığı gəldikdən sonra doğulmuşdur. Mərhum anası vəfat etdikdən sora o, vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət edən zaman ona məlum lmuşdur ki, ögey qardaşı qanunsuz olaraq evi adına rəsmiləşdirmişdir. Həmin vərəsəlik şəhadətnaməsi qanunsuz və etibarsızdır. Bir övlad kimi onun da həmin evdə miras pay hüququu vardır. Ona görə də X34 Ximdət Mərkəzinin Notariat kontoru tərəfindən qardaşı Cavabdeh2una verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab oluunmalı, miras əmlakda paylar müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X8 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 0.0243 ha torpaq sahəsi və onun üzərində 85.50 kv.m-dən ibarət olan iki otaqlı ev qeydiyyata alınmışdır. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli, 1549-05/69 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 28 aprel 2022-ci ildə ölmüşdür. İş materiallarında olan İX-JQ 410720 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx xxxxxxxx 1983-cü ildə doğulmuşdur, atası X11, anası X6r. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2069 nömrəli, 20 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Gərənə kəndində yaşayır. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X18 ilə X17 14 iyun 1988-ci ildı 44 nömrəli akt qeydi ilə evlənmişlər. İş materiallarında olan Bərdə regional “Asan Xidmət” Mərkəzinə Cavabdeh2 tərəfindən verilmiş ərizədə X8 vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi açılmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X8 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 85.50 kv.m ev qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 Bərdə şəhəri, H.Aslanov küçəsi ev 8 –də qeydiyyatdadır. İş materiallarında olan “X7” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X15 02 yanvar 1960-cı ildə doğulmuşdur. İş materiallarında olan “X7” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X19 12 avqust 1964-cü ildə doğulmuuşdur. İş materiallarında olan “X7” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki,Cavabdeh2 xx xxxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan “X7” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X15 08 mart 2022-ci ildə ölmüşdür, son yaşayış yeri Bərdə şəhəri, H.Aslanov küçəsi ev 8 olmuşdur. İş materiallarında olan “X7” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X19 ilə X17 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 3-21-3-46/2- 1540/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 1 ilə ünvan 2 ünvandır. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3309/2022 saylı, 27dekabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X8 birinci növbədə vərəsəsi Cavabdeh2dur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 3-21-3-46/2- 1540/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə xx.xx.2023-cü il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və hazırda həmin əmlak Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 06.06. 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Reyestrdə 2V-61 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 16 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 vərəsəsi Cavabdeh2dur. X8 miras əmlak Bərdə şəhəri H.Aslanov küçəsində 18 nömrəli döngədə 0.0243 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.5 kv.m, yaşayış sahəsi 39.6 kv.m, yardımçı sahəsi 45.9 kv.m, 2 otaqlı olan fərdi yaşayış evidir. İş materiallarında olan 24 oktyabr 1981-ci il tarixli, 207 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X18 ilə X17 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan 10 oktyabr 1993-cü il tarixli, 268 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X20 ilə X12 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan X34 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən veilmiş- İddiaçı ünvanlanmış 2924/2022 saylı, 22 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-562/2023 saylı, 02 may 2023cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinı və vərəsəlik hüququnun tanınması barədə iddiası təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1823/22023 saylı, 02 avqust2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-562/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmmədən saxlanılması qət edilmişdir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı və Cavabdeh2 mərhumə X8 övladları olmaqla onun qanun üzrə birinci növbəli vərəsəsidir. X2 isə xüsusi mülkiyyətində ünvan 5 ünvanında fərdi yaşayış evi qalmışdır. Beləliklə, həm iddiaçı, həm də cavabdeh miras qalmış evə bərabər paylar üzrə vərəsəlik hüququna malikdirlər. Lakin, Cavabdeh2 mərhumə anası X5 miras qalmış əmlakda iddiaçının payını gizlətməklə onun vərəsəlik hüququnu pozmuş və iddiaçının vərəsəlik payından məhrum edilmə ilə nəticələnmişdir. Mülkiyyət hüququnun müdafiəsi haqqında iddialara kəsici və iddia müddətləri şamil edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddia qismən təmin edilməklə cavabdehə notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməli və miras əmlakda paylar tanınmalıdır. Məhkəmə payların tanınması hissəsində konkret göstərməyərək qeyd edir ki, həmin funksiya notariusun səlahiyyətindədir. Buna görə məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi notarius tərəfindən miras əmlaka dair yenidən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas təşkil edir. Göstərilənərə əsasən də məhkəmə iddianın qismən təmin edilməsini məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Mcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X3 miras qalmış Bərdə şəhəri H.Aslanov küçəsi döngə 18, ev 8-də yerləşən evə Cavabdeh2 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilsin. Hazırki qətnamə miras qalmış əmlaka dair qanunvericiliyə uyğun olaraq paylar tanınmaqla yenidən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar