Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-507/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş müqavilə üzrə alınmış pul vəsaitinin və çəkilmiş xərclərin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəli **********7 olan çıxarışın və A 923857 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verildikləri xx.xx.2023-cü ildən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o 1997-ci ildən yəni 27 ildir ki, ömürlük İİ dərəcə əlil olan qadındır. Diaqnozu Sol tərəfi nefroektomaniya, sağ tərəfli tez-tez residivləşən xr. Pielonefrit XBÇ İİ dərəcə, kəllə-beyin travmasının qalıq əlamətləridir. Ailəli olmuşdur, həyat yoldaşı uzun illərdi Bərdə şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Hazırda isə ünvan 2n evində müvəqqəti olaraq ona sığınıb yaşamışdır. 2022-ci ilin əvvəllərində tanışlarından biri eşitmişdir ki, ünvan 3ində 9000 manata bir ev satılır. Kirayələrdə yaşamaqdan bezdiyinə görə fikirləşmişdir ki, həmin evi alsın və kənd yeri olsa da, ömrünün qalan hissəsini orada yaşasın. Odur ki, bu barədə cavabdehlərdən biri olan Böük Qəcər kəndində yaşayan və doğma xalası qızının oğlu olan Cavabdeh5 demiş və ondan xahiş etmişdir ki, həmin evlə maraqlansın, satılıb– satılmadığını öyrənsin, satılmayıbsa onu alsın və qohum kimi yaxınlıqlarında yaşasın. Səttara demişdir ki, evi onun adına alacaqdır. Bir gün sonra Səttar ona demişdir ki, həmin ev artıq satılıb və behi alınıb, ancaq onun qonşusu eyni zamanda bacısının qaynı olan Cavabdeh1 boş torpaq sahəsindən ibarət olan məhləsini satır, məhlədə Etibarın ata evi də olub, ev köhnə olduğu üçün uçurublar, ancaq darvazası, qaz sayğacı və məhlədə bir neçə ağac var. Həmin məhləni alsın, onlar da köməklik edib kiçik ev tikər və yaşayar, torpaqla birlikdə 60 sota yaxındır. Səttarın oğlu Babəklə gedib məhləyə baxmışdır. Məhlə təxminən 60 ha torpaq sahəsindən ibarət olmuşdur. Ətraflı baxdıqdan sonra Cavabdeh1 evinə getmişlər, onun uşaqlarını görmüşlər və Ehtibar ona mülkün onun və ailə üzvlərinin adında olduğunu, 60 sotun hamısını ona 6000 satmağa razı olduğunu bildirmişdir. Səttar ona fikirləşməyə imkan verməyərək, elə səhəri günü yük maşını ilə fəhlə gətirib onun Bərdə şəhərində bacısı Südabənin həyətində olan 1200 ədəd daşını və xeyli-taxtasını yüklədib aparıb Cavabdeh1 60 sot adı ilə ona satmaq istədiyi torpaq sahəsinə tökmüşdür. Bundan bir neçə gün sonra Cavabdeh1 ailə üzvləri ilə X6 Xidmət mərkəzindəki Notariat ofisinə gedərək, sözügedən 0.60 torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ona satılmasını rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.08 ha hissəsi JN:040A, KOD 61023078 nömrəli şəhadətnamə ilə Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, oğulları Cavabdeh3 və Cavabdeh4dir. Qalan hissəsinin kimə məxsus olması bəlli deyildir. Səttar və Cavabdeh1 qalan torpaq sahəsinin zəbt olunduğunu və atasına məxsus olmasını bildirərək, alqı-atqı müqaviləsinin 5000 manata satıldığının qeyd edilməsini xahiş etdilər. Onların dediyinə inanaraq xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsini bağlamışlar. Müqavilə 4 Ə-931 nömrə ilə reyestrdə qeydə alınmışdır. Müqavilədə göstərilmiş 120 manat vergi məbləği Cavabdeh1 və ailə üzvləri tərəfindən, notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş 161 manat haqqın isə 150 manatı onun tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli AN- 10484421 nömrəli alqı-satqı müqaviləsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsinə təqdim edərək sözügedən 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair qeydiyyat tarixi xx.xx.2023-cü il qeydiyyat nömrəsi ********** olan **********87 reyestr nömrəli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Bu zaman çıxarışı və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb ona verilməsinə görə 7 saylı Bərdə Ərazi İdarəsinin bank hesabına 186.2 manat pul ödənilmişdir. Lakin 2023-cü ilin noyabr ayından başlayaraq Cavabdeh1 ona bildirmişdir ki, onlar yalnız müqavildə nəzərdə tutulmuş 0.08 ha sahəsini satmışıq, qalan 0.52 ha torpaq sahəsini atası adına olan 0.17 ha hissəsi ilə birlikdə məhrum atasınındır. 0.08 ha torpaq sahəsində başqa artıq torpaqdan istifadə edə bilməz, razı deyilsə 6000 manat pulunu qaytarsın və tikdiyi tikililəri sökərək aparsın. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədə iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh5 bildirmişdir ki, iddiaçının söylədikləri həqiqətə uyğun deyildir. Belə ki, ona yalnız 0,08 ha torpaq sahəsi satılmışdır. 0,08 ha torpaq sahəsi daxilində yerləşən digər torpaq sahələri sənədsiz torpaq sahələridir. Və heç vaxt onlara məsus olmamışdır. İddiaçı ümumiyyətlə kənd camaatı ilə yola getmir, hamı ilə dava-dalaş yaradır. İddianın təmin edilməməsini xahiş etdilər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəməiclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/1394 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh3 Etibar oğlu, Cavabdeh2, Cavabdeh4 Etibar oğlu, X3 qəbz imzalayaraq bildirmişlər ki, İddiaçı 8 sot həyətyanı torpaq sahəsini 6000 manata satmışlar. Torpağın içərisində zəbt torpaq olsa gələcəkdə heç biri onu tələb etməyəcəkdir. Belə ki atalarından qalan məhləni ümumilikdə satmışlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, İddiaçı 0.08 ha yaşayış məntəqələrinin torpaqları ünvan 3ində yerləşməklə xüsusi mülkiyyətindədir. Hüquqi sahibi İddiaçı olmaqla tam payı ilə ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-923857 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddə torpaq sahəsinin ölçüləri qeyd edilmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilədən görünür ki, İddiaçı ilə müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli KARABAKH CONSULTİNG GROUP MMC nin müətəxəssi rəyindən görünür ki, Bərdə rayon Böyük qəcər kəndində İddiaçı məxsus 0.08 ha torpaq sahəsidə yerləşən fərdi yaşayış evinin tikilməsi üçün təxminən çəkilmiş xərc- 11000 manat, ünvan 3ində İddiaçı məxsus digər tikililərin ( qeyri yaşayış binası olan 1 ədəd ölçüsü 24 kv.m olan toyuq damı, 1 ədəd ölçüsü 22 kv.m olan digər toyuq damı və 1 ədəd yanları açıq formada olan üstü bağlı çardaq) tikilməsi üçün çəkilmiş xərc 3000 manat, Bərdə rayon Böyük Qəcər kəndində İddiaçı məxsus 0.089 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və digər yardımçı tikililərin tikilməsi üçün təxminən çəkilmiş xərc 14000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 alıcı İddiaçı satıcı ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin birgə mülkiyyəti üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə vermişdir. Satıcılar daşınmaz əmlakı 5000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 81 də yaşayır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 154 AZN ödəmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-nin 646.2-ci maddəsinə istinadən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2006-cı il tarixli qərarına əsasən göstərilir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka, o cümlədən daşınmaz əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir Notariat hərəkətlərin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. MM-nin 337.1-ci maddəsi ilə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarında olan sadə yazılı qəbzə əsasən tərəflər arasında 0,08 ha torpaq sahəsinin satılması barədə razılıq müəyyən olunur. Digər torpaq sahələrinin zəbt torpaq sahəsi olduğu göstərilir. Zəbt torpaq sahəsinin tələb edilməyəcəyi bildirilir. Hal-hazırda da belə bir tələb müəyyən olunmur. Məhkəmə əlavə olaraq bildirir ki, 0,60 ha həyətyanı torpaq sahəsinin cəmi 6000 (altı min) manata satılması real bazar dəyəri baxımından ağlabatan olmamaqla həqiqəti əks etdirmir. Məhkəmə göstərir ki, İddiaçı tərəfindən daşınmaz əmlakın əldə edilməsinə dair daşınmaz əmlakın alqı-satqısı və dövlət reyestrində qeydə alınmasına dair icraat qanunauyğundur, iddiaçı tələb etdiyi pul məbləğlərinin ödənilməsi barədə tələb irəli sürsə də, çıxarışın və torpaq sahəsinin plan, ölçüsünün etibarsız hesab edilməsinin əsaslarını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia təmin edilməsin.
2. İddiaçı tərəfindən ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumu onun özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev