Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-51/2023 21.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab ediləsinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1942-ci il təvəllüdlü X1 sol orta beyin arteriyası hövzəsinin trombotik insult, sağ tərəfli hemiplogiya, motor afaziya, dissirkulyator ensefalopatiya İİİ dərəcə, konqitiv pozulmalarla, şəkərli diabet diaqnozu ilə xəstəsidir. Yataq rejimindədir. Onu dəfələrlə həkimə aparmışlar, ancaq heç bir nəticəsi olmayıbdır. Müstəqil surətdə özünü idarə edə bilmir. Deyilən sözləri anlamır və danışa bilmir. Anasına o baxır, onun qulluğunda durur. Belə ki, özünü dərk edib, idarə edə bilmir. O, yemək yeyəndə doymasını, yuxusu gələndə yatmaq lazım olduğunu başa düşmür. Hərəkətlərinin mənasını anlaya bilmir. Onu həkimə aparıb, müalicə olunması üçün həkimə müraciət etsələr də həkim onun müalicəsinin mümkün olmamasını bildirdi. X1 ilə bağlı sosial məsələlərin həll edilməsi üçün onun fəaliyyət qabliyyətsiz olması barədə məhkəmə qətnaməsinə ehtiyacı var. İş üzrə Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Kommisiyasına və ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizəçi gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilən şəxs öldüyündən, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.1942-ci il tarixdə Bərdə rayonunda doğulmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261 və 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair 2(021)- 51/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-51/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-51/2023
21.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver