Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-519/2025 03.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ilə verilən ********** saylı sözügedən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdeh onun baldızıdır. X2 ilə 2005-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 1 övladları anadan olmuşdur. 2022-ci il tarixdə rəsmi boşanmışlar. Ondan sonra aldıqları 10 sot torpağ sahəsinin onun məlumatı olmadan ev tikilən yerin 1 sotunun cavabdehin adına qeyri-qanuni sənədləşdiriblər. Lakin həmin ev rəsmi onların adına olmasa da, qonşular da bilir ki qardaşı ilə birgə tikilmişdir. İşıq, qaz sayğacı və internet onların adına olmuşdur. Həmin evdə də hazırda o yaşayır. 10 sot həyətyanı torpaqdır. Lakin onların işi məhkəmədə olarkən gedib özünə dolayı yolla xx.xx.2022-ci il tarixdə 0.1 ha torpaq sahəsinə və 47.2 km. sahəsi olan evə **********30-10301 saylı daşınmaz əmlakın reyestrindən çıxarış almaqla qeydiyyat nömrəsi ********** saylı çıxarışla qeydiyyatdan keçirməklə sənəd düzəltdirmişdir. Halbuki, həmin torpaq sahəsi 10 sotdur. Sənəd saxtadır, ev yüklü olmuşdur, hazırda özü yaşayır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, bütün kənd bilir ki həmin ev ona məxsusdur. O, ailə qurduqdan sonra daimi həmin ünvanda yaşamışdır. İddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı olmadığından və Rusiyada yaşadığına görə evi gec sənədləşdirmişdir. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. Həmin əmlak həmişə onun olmuşdur. O, qardaşının ailə qurmasını nəzərə alaraq, həmin evi müvvəqəti onun istifadəsinə vermişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX çıxarışından görünür ki, Cavabdeh adına Bərdə rayonu Mollaisalar kəndində 47.2 ha fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Əmlakın hüquqi sahib Cavabdeh olmaqla, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 101 AZN ödəmişdir. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Bərdə rayonu Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayonu Mollaisalar kəndində yaşayır. xx.xx.2024-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 819/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi 2(021)-89/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan texniki pasportdan görünür ki, fərdi yaşayış evinin tikinti göstəriciləri, tikililərin mərtəbələri üzrə planı sənəddə göstərilmişdir. AN 811158 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, torpaq sahəsinin ölçüləri sənəddə qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Bərdə rayon Kolayır kənd inzibati ƏD Mollaisalar kənd sakini X9 vəsiyyət etmişdir ki, ona mənsub olan 0.10 ha torpağı ona maddi və mənəvi tərəfdən həddindən çox kömək etdiyinə görə X5 həmişəlik bağışlayır. İstədiyi zaman həmin torpaq sahəsində ev tikə bilər. O vəfat etdikdən sonra, onun ailə üzvlərindən, yəni həyat yoldaşı, oğlu və qızı iddia qaldıra bilməz. Vəsiyyətnamə imzalarla təsdiq edilmişdir. İş materialarına əlavə olunmuş ərizələrədən görünür ki, X3 Raqif Qaraş oğlu öz hissələrinə düşən pay torpaq sahəsini Cavabdeh yarı-ayrılıqda 2000 AZN məbləğinə satmışlar. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcılar X10 və X11 alıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə olunmuş 21.10.22-c il tarixli Bərdə rayonu Mollaisalar kəndində yaşayan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında bildirmişdir ki, Bərdə rayonu Mollaisalar kəndində yerləşən mülkiyyətində olan 0.10 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 548 saylı arayışdan görünür ki, Xıdırova X1 yaşayır, X6 ilə bir təsərrüfatda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinə Mülki kollegiyasının qərarından görünür ki, kasassiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bundan başqa, mülki iş materiallarına məhkəmə iclasında Cavabdeh tərəfindən çıxarışın əldə edilməsinə əsas olmuş sənədlər toplusu əlavə edilmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-nin 646.2-ci maddəsinə istinadən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2006-cı il tarixli qərarına əsasən göstərilir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka, o cümlədən daşınmaz əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir Notariat hərəkətlərin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. MM-nin 337.1-ci maddəsi ilə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə göstərir ki, Cavabdeh tərəfindən daşınmaz əmlakın əldə edilməsinə dair daşınmaz əmlakın alqı-satqısı və dövlət reyestrində qeydə alınmasına dair icraat qanunauyğundur. Mülki iş əlavə olunmuş materiallara əsasən əqdin və onun əsasında əldə edilmiş çıxarışın etibarsızlığı müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsinin və fərdi yaşayış evinin ona məxsus olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia təmin edilməsin.
2. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumu onun özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev