Məhkəmə qərarları › İş №2(021)-542/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-542/2021

13.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-542/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “pəncərələrin bağlanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana bitişik inşa edilən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilə qonşuluqda yerləşən qanunsuz tikilini aparan şəxs Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti qanunvericiliyində nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı qaydada zidd tikinti işlərinin aparılması və nəticədə sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnun pozulmasıdır. Mülkiyyətində olan ünvan 2 ünvanda olan fərdi yaşayış evinin qonşuluğunda yerləşən cavabdehin faktiki mülkiyyətində olan torpaq sahəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara zidd olaraq və ara məsafəsi saxlanılmadan hazırda qanunsuz tikinti işləri aparılır. Cavabdeh qanunsuz tikilini inşa etdirərkən ara məsafəni 8 sm saxlamış və tikilinin pəncərəsini qonşuların həyətinə tərəf inşa etdirmişdir. Eyni zamanda həyətinə gələn yük maşın onun həyətinin divarına çırpılaraq divarı yararsız hala salmaqla, ziyan vurmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanına bitişik torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin onun fərdi yaşayış evinə və həyətinə tərəf baxan 2 pəncərəsinin və evin qarşı tərəfində olan balkonun onu həyətinə baxan 1 pəncərəsinin cavabdehin öz hesaına hörülüb bağlanmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 iddianı tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5199 saylı 09.12.2020-ci i tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AN-İ № ******* saylı 18.12.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri Elçin Əsədov küçəsi ev 23 ünvanında yerləşən ümumi sahəsi 0.06 olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.021 ha hissəsini Cavabdeh satmışdır. İş materiallarına əlavə olunmuş 18.12.2018-ci il tarixli Əmlak Bölgüsünə dair Sazişdən görünür ki, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun 18.12.2018-ci il tarixli 4Ə-2032 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və ƏMDKY DƏDRX- NİN 7 sayli Ərazi İdarəsi tərəfində tərtib olunmuş Bölgü Planına əsasən Bərdə şəhəri Elçin Əsədov küçəsi 23 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən 0.0210 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, yerdə qalan 0.390 ha torpaq sahəsi isə mülkiyyətçilərin öz mülkiyyətinə qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********36-10301 olan Daşınmaz Əmlakın Texniki Pasportunnun surətindən görünür ki, Bərdə şəhəri Elçin Əsədov küçəsi 23 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X4r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.01.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36-10301 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0482 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 337.2 kv.m olan daşınmaz əmlak X3 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.07.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-10301 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0210 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 163.20 kv.m olan daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********15-10301 olan Daşınmaz Əmlakın Texniki Pasportunnun surətindən görünür ki, Bərdə şəhəri Elçin Əsədov küçəsi 23 A ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 10/3076 saylı ekspert rəyindən görünür ki, X3 mülkiyyətində olan Bərdə şəhəri Şəhriyar küçəsi 4 saylı ünvanda fərdi yaşayış evinin pəncərələrinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş (fərdi yaşayış evi) tikililər arasında ara məsafə 2.40 m (8.0 0.3) əvəzinə 1.5 m saxlanıldığndan dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilir; Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin dəhliz tikilisinə quraşdırılan iki ədəd pəncərə, iddiaçının Bərdə şəhəri Şəhriyar küçəsi 4 saylı ünvanında yerləşən boş torpaq sahəsindən sərbəst istifadə edilməsinə maneə yaratdığını və eləcə də həmin pəncərələrin fərdi yaşayış evinin dəhliz tikilisində yerləşdiyini nəzərə alaraq pəncərələrin bağlanması ümumi yaşayış qaydalarına uyğun olduğu müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 100 manat). İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, tərəflər qonşudurlar. İddiaçının yaşadığı ev onun atasına məxsusdur və cavabdehin evi ilə yanyana istiqamətdə yerləşir. İddiaçının iddia etdiyi və onun həyətinə və evinə istiqamətdə 2 pəncərə movcuddur. Həmin pəncərələr fərdi yaşayış evinin dəhliz tikilisində yerləşir. Lakin həmin iki pəncərə açılmayan (açılması mümkün deyil), görüntülü olmayan (yəni nə evin içərisindən qonşu olan iddiaçının həyəti, nə də ki, iddiaçı tərəfindən cavabdehin evinin içi görsənməyən), həmçinin evin içərsində olan hündürlüyü 2 metrdən yuxarıda yerləşən pəncərələrdir. Məqsəd isə fərdi yaşayış evinin dəhlizinin işıqlandırılmasından ibarətdir. Həmçinin yerli baxış protokolundan görünür ki, evin qarşı tərəfində olan balkonun onu həyətinə baxan 1 pəncərəsi mövcud deyil. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin iddiaçının həyətinə və evinə istiqamətdə iki pəncərənin bağlanması tələbinə münasibətdə qeyd edir ki, həmin pəncərələr fərdi yaşayış evinin dəhliz tikilisində yerləşir. Lakin həmin iki pəncərə açılmayan (açılması mümkün deyil), görüntülü olmayan (yəni nə evin içərisindən qonşu olan iddiaçının həyəti, nədə ki, iddiaçı tərəfindən cavabdehin evinin içi görsənməyən), həmçinin evin içərsində olan hündürlüyü 2 metrdən yuxarıda yerləşən pəncərələrdir. Məqsəd isə fərdi yaşayış evinin dəhlizinin isıqlandırılmasından ibarətdir. Məhkəmə iki pəncərəyə münasibətdə ekspert rəyinə qiymət verərək bildirir ki, ekspert qeyd etsə də ki, pəncərələrin bağlanması ümumi yaşayış qaydalarına uyğundur, lakin ekspert pəncərənin şüşələri qoyulmamışdan qabaq rəy vermişdir. Yəni evin hazırkı vəziyyətini müəyyən etməmişdir.Ona görə də məhkəmə ekspert rəyinin mötəbərliyini evin hazırkı vəziyyətinə münasibətdə əsaslı saymır. Məhkəmə həmçinin qeyd edir ki, evin qarşı tərəfində olan balkonun onu həyətinə baxan 1 pəncərəsi mövcud deyil. Bu məsələyə ilə bağlı yerli baxış zamanı iddiaçı bildirmişdir ki, bolkonda pəncərə olmasa da evin qarşı tərəfində pəncərə vardır ki, onun yaşadığı həyətə baxır. Məhz həmin pəncərənin bağlanmasını istəyir. Bununla bağlı məhkəmə yerli baxış zamanı müəyyən etdi ki, qeyd edilən bir pəncərə ikinci mərtəbədə yerləşən mətbəxin pəncərəsidir ki, ondan başqa bir pəncərə yoxdur ki, mətbəxi işıqlandırsın. Düzdür mətbəxin pəncərəsinin bağlanmasına dair iddiaçı dəqiqləşmə ərizəsi də verməmişdir. Ona görə də iddia tələbi mövcüd olmayan predmetə münasibətdə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, yerli baxış zamanı müəyyən olundu ki, eyni vəziyyət iddiaçının yaşadığı mənzildədə mövcuddur. Yəni iddiaçının evində cavabdehin evinə və həyətinə baxan pəncərələr var. Bu məsələyə dair məhkəmə iddiaçıya sual verdikdə iddiaçı bildirmişdir ki, əvvəl o, ev tikmişdir. Onun buna haqqı çatır ki, cavabdehin evinin pəncərələrini bağlatdırsın. Məhkəmə hazırk mülki hüquqi mübahisəyə qiymət verərək aşağıdakı maddi hüquq normalarının tətbiqini zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum iddiaçıya aid edilməlidir. İş üzrə ekspertiza məhkəmə tərəfindən təyin edildiyindən tədqiqatının dəyəri 100 manat müştərək qaydada 50 manat iddiaçı İddiaçı və 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pəncərələrin bağlanması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Eekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı İddiaçı və 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar