Məhkəmə qərarları › İş №2(021)-544/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-544/2022

03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-544/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Cavanşir qızının, Ərizəçi4 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Cavanşir qızı, Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 6100000** JN *** saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki,Bərdə Rayon Aqrar istehsalat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 saylı qərarına əsasən onlara, Ərizəçi1 və X9 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3 və X3 Bərdə rayonu Mustafağalı kəndində 4.00 ha, pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-009 saylı Kod: 61000078 olan Dövlət aktı da alıblar. Həmin dövlət aktında onlar payçılardan X6 adı səhvən “Fərizə” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən qeyd edilən torpaq üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirsələr də sərəncam hüquqlarını həyata keçirdə bilmirlər. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-109 saylı Kod: 61000078 olan Dövlət aktının onlara Ərizəçi1 Məmməd oğluna, Ərizəçi2, Ərizəçi3 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacları var. Qeyd edilənlər kənd icra nümayəndəliyinin arayışnda, doğum və ölüm haqqında şəhadətnamələrdə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Ərizəçi3 və Ərizəçi4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, torpağa mülkiyyət hüququna dair JN 109 KOD 61000078 dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən Ərizəçi1, X7, X4, Ərizəçi2, Ərizəçi3 və X2 mülkiyyətinə Bərdə rayonu, Mustafaağalı kəndində 4.00 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Mustafaağalı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 443 nömrəli, 13 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X11 vəfat edənədək, Bərdə rayonu, Mustafaağalı kəndində yaşamaqla, ailə üzvüləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Cavanşir qızı və X1 ibarət olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Mustafaağalı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 444 nömrəli, 13 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 vəfat edənədək Mustafağalı kəndində yaşamışdır, ailə üzvüləro Ərizəçi1 oğlundan ibarətdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Məhəmməd oğlu xx xxxx 1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Həsənov Zaur Cavanşir oğlu xx xxxxxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxx 1989-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli, 1608-05/69 nömrəli arayışdan görünür ki, X11 22 noyabr 2001-ci ildə ölmüşdür. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli, 1609-05/69 nömrəli arayışdan görünür ki, X10 23 yanvar 2001-ci ildə ölmüşdür. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, 1682-05/69 nömrəli arayışdana görünür ki, X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 23 yanvar 2001-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyətləri aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 109 KOD 61000078 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi1 Məmməd oğluna, Ərizəçi2, Ərizəçi3 və X3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7 (ölmüşdür), X4 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3 və X2 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 109 KOD 61000078 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının Cavanşir Məmməd oğluna, Ərizəçi2, Ərizəçi3 və X3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7 (ölmüşdür), X4 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3 və X2 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 109 KOD 61000078 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının X9 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3 və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar