Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-548/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək JN075A nömrəli KOD 61000048 torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin və ********** və ********** qeydiyyat nömrəli Çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsiinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, onlar Ərizəçi1 və Ərizəçi2 Bərdə rayonu Böyük Qəcər kəndində andan olmuşdurlar. Hazırda da həmin kənddə yaşayırlar. Onların ad, ata adı və soyadları aşağıdakı kimi qeyd edilmişdir. Ərizəçi1 və Ərizəçi2. Bu ad, ata adı və soyad ilə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsidə alıblar, həmçinin nikah haqqında şəhadətnamədə və digər sənədlərdə də Ərizəçi1 və Ərizəçi2 yazılmışdır. Bərdə rayon Aqrar İK-nın 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə X13, X14, X10 və Ərizəçi1 ibarət ailə üzvlərinə Bərdə rayonu Böyük Qəcər kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən onlara JN- 075A nömrəli 61023078 KOD-lu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 06 oktyabr 2016-cı il tarixli ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən çıxarışlara əsasən mülkiyyətlərinə 0,3499 və 0,9599 hektar kənd təsərrüfatı təyinaylı torpaq sahələri verilmişdir. Lakin həm Dövlət aktının 2-ci vərəqəsində, həmdə çıxarışlarda onlar, X10 olmağına baxmayaraq, səhvən soyadı Qarayev, adı Natiq, ata adı Mehman oğlu kimi, Ərizəçi1 olmağına baxmayaraq adı Kəmal kimi göstərilmişdir. Hazırda onlar ailə üzvülərinin hər biri paylarını məyyən etmək, hər birinin həmmin həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış almaq istəyirlər. Ancaq Torpağın mülkiyyətə verilməsinə dair JN 075A nömrəli, KOD 61023078 olan Şəhadətnamədə, həmçinin ********** və ********** qeydiyyat nömrəlii hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda adlarının, ata adlarının, soyadlarının düzgün qeyd edilməsi onlar üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Södlət Xidməti DƏDKR publik hquqi şəxsi 7 saylı Bərdə Əraziidarəsinə müraciət edib, lakin göstərilmişdir ki onalara və ailə üzvlərinə məxsus Bərdə rayonu Böyük Qəcər kəndində yerləşən 0,16 hektar həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN-075A saylı Şəhadətnmadə hansı səbəbdən səhv yazılması onlara məlum deyildir. Həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə Ərazi idarəsinin səlahiyyətinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırlaraq düzəldilməsi üçün aidiyyatı olaraq Məhkəməyə müraciət etməyin məqsədəuyğun olması bildirilmişdir. Onlar qeyd edilən şəhadətnamədə və çıxarışlarda adın, ata adının, soyadın düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmirlər. Ona görədə torpağın mülkiyyətə veirlməsinə dair Şəhadətnamdə və Çıxaışlarda məcbur olub məhkəməyə müraciət edirlər. Daha sonra Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-075 KOD 61023078 olan torpağın mülkiyyətə veriilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Böyyük Qəcər kənd sakinləri X7, X8, X2, X4, X3, X9 mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş RX ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X7 mülkiyyətinə Bərdə rayonu, Böyük Qəcər kəndində 0.3499 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş RX ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X7 mülkiyyətinə Bərdə rayonu, Böyük Qəcər kəndində 0.9599 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxxx 1989-cu ildə Bərdə rayonu, Hüseynbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 15313273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 01 iyul 1958-ci ildə Laçın rayonunda doğulmuşdur, Bərdə rayonu, Böyük Qəcər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş XVİ-JQ 422320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, atası X13, anası X11r. İş materiallarına əlavə edilmiş X-JQ 435907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 23 noyabr 1985-ci ildə doğulmuşdur, atası X13, anası X11r. İş materiallarına əlavə edilmiş AZ-İ 616556 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X10 28 yanvar 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Ramazanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2006 nömrəli, 21 noyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, RX ******* nömrəli Çıxarışda səhvən yazılmış X15 - Ərizəçi1 kimi oxunsun. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2007 nömrəli, 21 noyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, RX ******* nömrəli Çıxarışda səhvən yazılmış X1 Natiqə Mehman qızı kimi oxunsun. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2017 nömrəli, 22 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayonu, Böyük Qəcər kəndində yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinin **********06 nömrəli 02 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN 075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 075A KOD 61023078 olan şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 075A KOD 61023078 olan şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-548/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-548/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver