Məhkəmə qərarları › İş №2(021)-554/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-554/2022

22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-554/2022 22.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1087 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır, elektirik enrjisindən istifadəyə görə həmişə vaxtı-vaxtında sərf olunmuş elektirik enrjisinə görə ödənişlərini gecikdirmədən ödəmişdir. 07 aprel 2021-ci il tarixdə "xxxx" ASC-nin Bərdə Rayon Elektirik Şəbəkəsinin nümayəndələri onlar evdə olmadığı zaman yaşadıqları evə gələrək sayğaca baxış keçirmiş və 218685 nömrəli AKT tərtib etmişlər ki, “abonent sayğacdan kənar xətdən istifadə olunur” və bu səbəbdən də ona aid sayğaca 1087 manat cərimə hesablanmışdır. Hal-hazırda cavabdeh təşkilatın ondan 1087 manat məbləği istəməyi hüquqlarının pozulmasına və nəticə etibarı ilə ailəsinin yaşayış tərzinə mənfi təsir edə bilər. Heç bir yerdə işləmir, cavabdeh "xxxx" ASC-nin Bərdə Rayon Elektirik Şəbəkəsinin əməkdaşları tərəfindən qanunsuz hesabanmış 1087 manat cərimə borcunun yaranması etibrasız hesab olunmasına və bu məbləğin silinmaəsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verərək, müharibə dövründə məcburiyyət qarşısında qalıb sayğaca müdaxilə etdiyini və sayğacdan kənar xətt çəkdiyini, hazırda borcu ödəməyə imkanı olmadığını bildirərək borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1963-cü ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Xəqani küçəsi ev 12 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7484 saylı, 15 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Mehtiyev Rizvan Mehdi oğlu Bərdə şəhəri, Xəqani küçəsi 12 nömrəli evdə yaşayır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 1087 manat cərimə yazılmışdır. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli, 218685 saylı aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın qutusunun arxa tərəfindən xüsusi dəlik açılmışdır, kənar xətt çəkilərək, elektirik enerjisindən istifadə olunur. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş iddaya qarşı etirazda göstərilmişdir ki, 07 aprel 2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ”-ninstruktur tərkibində fəaliyyət göstərən Bərdə EŞ-nın əməkdaşları tərəfindən Bərdə şəhərində yaşayan elektrik enrjisi istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli “Smart Kart” tipli elektirik hesablama sayğacının yaşayış evini əhatə edən daş hasarın həyətə giriş darvazasının yaxınlığında divara quraşdırıldığı, sayğacın yerləşdiyi qutunun arxa tərəfindən divarın deşilərək elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə etdiyi müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmaqla İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının tələblərinə uyğun olaraq AKT R 218685 saylı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X10 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 07 aprel 2021-ci il tarixdə "xxxx"ASC-nin nümayəndələri H.Süleymanov, E.Abbasov və B.Musayev tərəfindən İddiaçı yaşadığı evə elektrik enerjisinin qeydə alınması barədə sayğaca baxış keçirilmiş, **********2 saylı istehlakçı kodu ilə qeydiyatda olan, İddiaçı oğlu barəsində “Elektrik Enerjisindən istifadə qaydaları”nın pozulması haqqında AKT R 218685 tərtib edilmiş həmin akt qanuni və əsaslıdır. Belə ki, həmin aktla sayğacın arxa qutusunun deşilərək kənar xəttlə bir-başa elektrik enerjisindən istifadə olunması və sayğaca edilmiş xarici müdaxilə aktı təsdiq edilmişdir. Həmçinin İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddiasına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı özü qanunsuz olaraq sayğaca müdaxilə edərək sayağacdan kənar xətt çməkdiyini etiraf etmiş, eləcə də borcun əsassız yazılmasını təsdiq edə biləcək hər hansısa bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı olması məhkəməyə sübut təqdim edə bilmədiyindən iddiası təmin edilməməlidir. Yuxarıda gösərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən bildirilən faktlar həqiqəti əks etdirmir və yazılmış cəriməni ödəməkdən yayınmaq məqsədi daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar