Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-557/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" ASC) qarşı “Borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 155 (bir yüz əlli beş) manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X2 xüsusi mülkiyyətində Bərdə rayon Mollagüllər kəndində fərdi yaşayış evi olmuşdur. Atası fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu üçün 16 dekabr 2022-ci il tarixli 181 nömrəli sərəncam ilə atası onun qəyyumluğuna verilmişdir. Həmin fərdi yaşayış evində işıq sayğacı vardır. Lakin İşıq idarəsinin əməkdaşları onların evinin önündə olan işıq sayğacına baxış keçirərək adına akt tərtib etmişlər və akta əsasən elektrik sisteminin sıradan çıxaraq sayğacdan enerji çıxmadığını, yenisi ilə əvəz olunmasının məqsədə uyğun olmadığını bildirmişlər. Lakin sayğaca heç vaxt müdaxilə etməmiş və sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməmişdir. İşıq idarəsinin əməkdaşları sayğacda problem olduğunu bildirərək yeni sayğac quraşdırmışlar. Lakin yeni işıq sayğacı da problemli olmuşdur. İşıq idarəsinin işçiləri onun işığa görə 155 manat məbləğində borcunun olduğunu bildirmişlər. Halbuki, bu Bərdə rayon İşıq idarəsinin əməkdaşlarının səhvidir. İşıq idarəsinin əməkdaşları onunla qərəzli davranaraq ondan pul qoparmaq, ona ziyan vurmaq üçün bu cür qurmalar qurub özlərinə çıxış yolu seçirlər. Hər ay davamlı olaraq işıq pulundan ödəmiş və onun heç bir zaman işığa görə 340 manat borcu ola bilməz. Hazırda isə onun evinə gələn işıq enerjisini kəsmək istəyirlər və ondan 155 manat cəriməni tələb edirlər. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur, habelə bu cərimə qanunsuz olaraq işıq idarəsinin işçilər tərəfindən yazılmışdır. Onun sayğaca müdaxilə onlunmasında heç bir günahı yoxdur. Buna görə də qanunsuz yazılmış 155 manat cərimənin silinməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, elektrik enerjisindən istifadəyə görə olan bütün borcunu ödəmişdir. Elektrik sayğacı sökülüb aparıldıqdan sonra yeni sayğac quraşdırılmış, lakin həmin sayğac da qüsurlu olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********00126 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu Mollagüllər kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2027-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi yaşayış evinə quraşdırılmış Viko M580 tipli, zavod nömrəsi ******* olan, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək quraşdırılmış Z-M600 tipli, zavod nömrəsi 21925033M2229170 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi isə M600 tipli, zavod nömrəsi 22081413M2400626 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-in enerji Satış şöbəsinin əməkdaşları Ə.Abdullayev, İ.Abdullayev və Ş.Allahverdiyev tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu Mollagüllər kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı elektrik hesablama sayğacının çıxış fazasının yuvasının yandığı, istismar üçün yararsız olduğu və sayğacın baxış keçirilən ana enerji sərfiyyat göstəricisinin 22161 kvt olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt R 304071 saylı akt tərtib edilmişdir. Aktda elektrik sayğacının müasir tipli sayğacla əvəz edilməsi və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi üçün götürülməsi barədə qeydiyyat aparılmışdır. Sayğacdan keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsi ilə ölçülərək 2.0 A amper, yəni 0.44 kvt təşkil etdiyi” barədə aktda müvafiq qeydiyyat aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacına baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktin müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 155,43 manat təşkil edən 1411,2 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və akt əsasında hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qüsurlu elektrik hesablama sayğacı Bərdə EŞ-in Sayğac quraşdırma üzrə texniki Tofiq Pənahov tərəfindən xx.xx.2023-cü il tarixli “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” müvafiq Protokol tərtib edilməklə yeni M600 tipli, zavod nömrəsi 22081413 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-in nəzarətçi mühəndisi tərəfindən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi oxunarkən sayğacın 58 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi və xx.xx.2023-cü il tarixdə sayğaca növbəti dəfə baxış keçirilərkən sayğacın keçən enerjinin miqdarını qeyd etmədiyi və bu səbəbdən sayğac göstəricisinin 58 kvt olmaqla dəyişməz qaldığı müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar İddiaçı barəsində “EElQ”nın tələblərinə uyğun olaraq Akt R 307426 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində “Sayğac laboratoriya şəraitində yoxlanılsın və yenisi ilə əvəz edilsin. Hesablanacaq məbləğ ödənilsin” qeydiyyatı aparılmışdır. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən sayğacın keçən enerjini qeyd etmədiyi müddət üçün yenidən hesablama aparılaraq dəyəri 113,12 manat təşkil edən 1146 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı Bərdə EŞ-in Proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən Abunə haqqında məlumatı təhlil etdikdə onun yeni sayğac quraşdırıldıqdan sonra 76 gün ərzində dəyəri 132,96 manat təşkil edən 1662 kvt saat miqdarında elektrik enerjisinin istehlak edildiyi müəyyən edilir. Orta gündəlik sərfiyyat 21,86 kvt saat (1662 : 76 gün = 21,86 kvt) təşkil edir. Elektrik hesablama sayğaclarında qüsurun xx.xx.2023-cü il tarixdən (son oxunma tarixi xx.xx.2023 - 31 gün 317 kvt s = 25,36 manat) yarandığı nəzərə alındıqda iddiaçının yaşadığı evdə xx.xx.2023-cü il tarixinə kimi olan 126 gün ərzində hesabat aparılaraq istehlak edilmiş, lakin qeydiyyata alınmamış elektrik enerjisinin miqdarı və dəyəri müəyyən edilməlidir. Sayğacın hesablama mexanizminin dayanması və nəticədə sayğacın keçən enerjinin miqdarını qeyd etməməsi barədə İddiaçı enerji təchizatı müəssisəsinə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı Bərdə EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən Abunə haqqında məlumatdan qüsurlu elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri xx.xx.2023-cü il tarixində oxunarkən 31 gün ərzində dəyəri 25,36 manat təşkil edən 317 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 58 kvt 4,64 manat dəyərində elektrik enerjisinin istehlakını qeyd etmişdir. 20 iyul 2023-cü il tarixli akt əsasında hesablama düzgün aparılmamışdır. İddiaçının qeyd olunan akta əsasən 155 manat deyil, 39,89 manat məbləğində borcu yaranır. Lakin akt qanunvericiliyin tələblərinə uyğun qaydda tərtib edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuşdur, Bərdə rayonu Mollagüllər kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 746 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Mollagüllər kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 2022-ci il tarixli, 181 nömrəli sərəncamından görünür ki, 03 mart 1945-ci il təvəllüdlü X2 övladı İddiaçı qəyyumluğuna verilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. 20 iyul 2023-cü il tarixli, R 304071 nömrəli aktdan görünür ki, X6 rayonu Mollagüllər kəndində yerləşən yaşayış evində quraşdırılmış işıq sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış fazasının yuvası yanıb, istismar üçün yararsızdır. Sayğac halhazırda keçən yükü qeyd etmir. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Həsən Fərəcova məxsus Bərdə rayonu Mollagüllər kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış 03576667 nömrəli VİKO tipli sayğac 21925033 nömrəli sayğacla əvəz edilmişdir. 02 noyabr 2023-cü il tarixli R 307426 nömrəli aktdan görünür ki, X6 rayonu Mollagüllər kəndində yerləşən yaşayış evində quraşdırılmış işıq sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonentə məxsus sayğacın çıxış yuvası yandığı üçün sayğac 304071 nömrəli akta əsasən dəyişdirilib yenisi ilə əvəz olunmuş və həmin 21925033 nömrəli sayğac 58 kvt yazıb dayanmış və keçən yükü qeyd etmir. Faktiki sayğacdan 2,0 amper yül keçir. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” 12 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Həsən Fərəcova məxsus Bərdə rayonu Mollagüllər kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış 21925033 nömrəli sayğac 22081413 nömrəli sayğacla əvəz edilmişdir. Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, X9 rayonu Mollagüllər kəndində yerləşən evini qidalandıran elektrik sayğacı vasitəsilə 2023-cü ilin ilin yanvar ayında 60 manat, fevral ayında 35 manat, mart ayında 24 manat, aprel ayında 45 manat, may ayında 25 manat, iyun ayında 28 manat, iyul ayında 27 manat, sentyabr ayında 23 manat, noyabr ayında 20 manat, dekabr ayında 20 manat dəyərində elektrik enerjisindən istifadəyə görə pul ödəmişdir. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, 20 iyul 2023-cü ildə baxış zamanı sayğacın çıxış fazasının yuvasının yanması, istismar üçün yararsız olması və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həsən Fərəcova əlavə sərfiyyat yazılarkən Akt komissiyası tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair tərtib olunmuş 20 iyul 2023-cü il tarixli R 304071 saylı akt əsasında Akt komissiyası tərəfindən hesablama 60 gün üçün aparılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının: 8.2-ci bəndinin tələbinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bərdə rayonu Mollagüllər kəndində yerləşən fərdi yaşayış evini qidalandıran elektrik sayğacının çıxış fazasının yuvasının yanması, istismar üçün yararsız olması aşkar edilmiş və sonuncuya 60 gün üçün 155,43 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Məhkəmə hesab edir ki, Akt komissiyası tərəfindən hesablamalar düzgün aparılmadığından, yəni hesablanmış məbləğ bir ay üçün deyil, 60 gün üçün aparıldığından hesablanmış məbləğ bir ay üçün hesablanmaqla iddiaçıdan tutulmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının 20 iyul 2023-cü il tarixli R 304071 saylı akta əsasən 155 manat deyil, 39,89 manat borcunun olduğunu bildirmişdir. Ona görə də iddia qismən təmin olunmalı, "xxxx" ASC tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli R 304071 saylı Akt əsasında Həsən Fərəcova hesablanmış 155,43 (bir yüz əlli beş manat 43 qəpik) manat məbləğində cərimənin məbləği azaldılaraq 39,89 (otuz doqquz manat 89 qəpik) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla qismən sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, R 304071 saylı Akt əsasında İddiaçı hesablanmış 155,43 (bir yüz əlli beş manat 43 qəpik) manat məbləğində cərimənin məbləği azaldılaraq 39,80 (otuz doqquz manat 80 qəpik) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-557/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-557/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver