Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-558/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2019-cu il tarixdə anadan olmuş X1 onun himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2019-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları vardır-15 dekabr 2019-cu il təvəllüdlü X2. Bərdə Rayon Məhkəməsinin 2(021)1051/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində qalmış, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı ondan hər ay, bir uşağa 100 (yüz) manat məbləğində aliment tutularaq Maraqlı şəxs xeyrinə verilmişdir. Maraqlı şəxs razılığı ilə xeyli müddətdir ki, uşaq onun himayəsində yaşayır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Həmçinin ərizəyə dəqiqləşmə verərək himayədə olma faktı kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə etirazının olmadığını bildirərək bildirdi ki, 01 noyabr 2023-cü il tarixdən uşaq atasının yanında qalır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV №413294 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 15 dekabr 2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı Maraqlı şəxs kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1051/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə 893 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 ata Ərizəçi alınıb ana Maraqlı şəxs verilməsi və Maraqlı şəxs himayəsində və yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Ərizəçi hər ay, bir uşağa 100 (yüz) manat məbləğində alimentin tutularaq cavabdeh Maraqlı şəxs verilməsi, qət olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)1051/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 ata Ərizəçi alınıb ana Maraqlı şəxs verilməsi və Maraqlı şəxs himayəsində və yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Ərizəçi hər ay, bir uşağa 100 (yüz) manat məbləğində alimentin tutularaq cavabdeh Maraqlı şəxs verilməsi qət olunmuşdur. Lakin 01 noyabr 2023-cü il tarixdən 15 dekabr 2019-cu il təvəllüdlü X2 ata Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 01 noyabr 2023-cü il tarixdən atası Ərizəçi himayəsində yaşadığından, 15 dekabr 2019-cu il təvəllüdlü X1 01 noyabr 2023-cü il tarixdən atası Ərizəçi himayəsində olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “şəxsin öhdədə olması faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilsin. 15 dekabr 2019-cu il təvəllüdlü X1 01 noyabr 2023-cü il tarixdən atası Ərizəçi himayəsində olması faktı müəyyən olunsun. İş üzrə ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-558/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-558/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver