Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-562/2022 16.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, Ərizəçi nümayəndəsi, eyni zamanda maraqlı şəxs X3 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi adına verilmiş JN 018F №-li, 61006038 Kodlu Torpağa Mülkiyyət X2 və mərhum anası X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə ona Bərdə rayonu, Əyricə kəndində 0.56 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona JN 018 №-li, 61006038 Kodlu Torpağın Mülkiyyət X23 Aktı verilmişdir. Sözügedən dövlət aktında onun ata adı yanlış olaraq “Əziz” kimi, mərhum anası X5 adı «Suqura» kimi qeyd olunmuşdur. Bu səbəbdən həmin torpaq üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Hesab edir ki, JN 018F №-li, 61006038 Kodlu Torpağa Mülkiyyət X1ra məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, eyni zamanda maraqlı şəxs X10 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X11 izahat verərək göstərmişdir ki, ərizəçi onun oğludur. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə onların ailə üzvlərinin adına Bərdə rayonu, Əyricə kəndində 0.56 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona JN 018 №-li, 61006038 Kodlu Torpağın Mülkiyyət X23 Aktı verilmişdir. Sözügedən dövlət aktında oğlunun ata adı yanlış olaraq “Əziz” kimi, mərhum qaynanası X5 adı «Suqura» kimi qeyd olunmuşdur. Ona görə də ərizənin təmin olunmasına etiraz etmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X13 ifadə verərək göstərmişlər ki, ərizəçinin atası ilə uzun müddətdir qonşuluqda yaşayırlar. Ərizəçinin atasının adı Cavanşir, babasının adı Əziz olmuşdur. O, 1997-cı ildə anadan olmuşdur. Cavanşirin anasının adı Suqra olmuşdur. X16 27 fevral 2010-cu ildə vəfat etmişdir. Ərizəçinin atasının adının «Əziz» deyil, Cavanşir, X4 adının X16 olması faktını təsdiq edirlər. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-018F №-li 61006038 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən Bərdə rayonu sakini X14 5 nəfər ailə üzvləri ilə birlikdə ümumi mülkiyyətinə 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 19 fevral 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 27 fevral 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan döğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X6, ana qrafasında anası kimi X11 qeyd edilmişdir. İş materiallarında olan tam orta təhsil haqqında A seriyalı 370329 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Əyricə kənd tam orta məktəbini 2014-cü ildə bitirmişdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, xx xxxxxxxx 1997-ci il tarixdə anadan olmuş Ərizəçi 07 oktyabr 2015-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü il tarixdə həqiqi hərbi xidmətdən təxris olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********86 nömrəli 17 noyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-018F saylı dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-018F KOD 61006038 saylı Dövlət aktının Ərizəçi və mərhum X9 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi və mərhum X7 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-018F KOD 61006038 saylı Dövlət aktının Ərizəçi və mərhum X9 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi və mərhum X7 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-018F KOD 61006038 saylı Dövlət aktının Ərizəçi və mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində BərdəRayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-562/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-562/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver