Məhkəmə qərarları › İş №2(021)-563/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-563/2025

11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-563/2025 11.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X21 iclas kаtibliyi, Cavabdeh1 və üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsinə və miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, reyestr 2V-1899 saylı, vərəsəlik işinin nömrəsi V-261/2014 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin; həmin şəhadətnamə əsasında Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın; Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli alqısatqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın; Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 ünvanda yerləşən mənzilin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına keçməsi barədə sənədləşmənin etibarsız hesab edilməsinə və anası X15 miras qalmış əmlaklardan payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh2 onun qardaşı, Cavabdeh1 bacısıdır. O, xx.xx.1962-ci ildə anadan olmuşdur. X2 mülkiyyətində Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 ünvanda mənzil və Bərdə rayonu, Lək kəndində 0,08 ha həyətyanı torpaq sahəsi olmuşdur. Anası xx.xx.2010-cu ildə vəfat etmişdir. Belə fikirləşirdi ki, analarından qalmış miras əmlaklar barədə nə vaxt olsa ərizə verər və bacı-qardaş arasında bərabər bölünər. Bu günlərdə mirasdan payının müəyyən edilməsi üçün notariusa müraciət edərkən ona məlum oldu ki, analarından miras qalmış Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 ünvanda mənzili Cavabdeh1 öz adına keçirmiş, Bərdə rayonu, Lək kəndində 0,08 ha həyətyanı torpaq sahəsini isə Cavabdeh2 öz adına keçirmiş və daha sonra Cavabdeh3 satmışdır. Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil Tikinti-istismar sahəsinin verdiyi 30 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum X16 adına olmuş Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 ünvanında yerləşən mənzil, xx.xx.2024cü il tarixdə Cavabdeh1 adına keçmişdir. “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariat işindən görünür ki, Cavabdeh2 ondan xəbərsiz Bərdə rayon, Lək kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini qəbul etmək üçün notariusa müraciət edib vərəsəlik şəhadətnaməsi almışdır. Həmin şəhadətnaməni alarkən Cavabdeh2 saxta arayış almışdır ki, guya anası Şərqiyyə Həsənovanın birinci növbə vərəsəsi özü və X8r. Tükəzban İsmayılova vəfat etdiyindən miras əmlaka tam yiyələnmiş və xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququnu qeydə aldıraraq ********** saylı çıxarış almışdır. DƏDKR phş-in 7 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mıktubundan görünür ki, Cavabdeh2 həmin miras əmlakı xx.xx.2024-cü il tarixli 4Ə-327 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmış və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına çıxarış verilmişdir. Qeyd edir ki, anasından qalmış miras əmlakı qəbul etməyi barədə “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etsə də oradan xx.xx.2023-cü il tarixli məktubla imtina verilərək mübahisə olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan Bərdə rayon Məhkəməsinin 2(021)-563/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X32 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və üçüncü şəxs X32 işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməməklə bağlı məhkəməyə əvvəlcədən lazimi qaydada məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsinin 13 sentyabr 2024-cü il tarixli 1346-05/69 saylı arayışından görünür ki, X40 02 noyabr 2010-cu ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 dekabr 2010-cu il tarixli 320 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2, mənzil 13-də yaşayır. İşdə olan Bərdə RİH-i Bərdə MTİS tərəfindən verilmiş 399 saylı arayışdan görünür ki, mərhumə X6 şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 saylı mənzildə qeydiyyatda olub, vəfat edib. İşdə olan Bərdə RİH-i Bərdə MTİS tərəfindən verilmiş 100 saylı arayışdan görünür ki, X7 şəhəri, Ü.Hacıbəyov küçəsi 2/13 saylı mənzildə yaşayır. İşdə olan Bərdə rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli АЗ № 008198 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1962-ci ildə Bərdə rayonunda doğulmuşdur. X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 3406/2023 saylı 27 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 02 noyabr 2010-cu il tarixdə vəfat etmiş anaları X15 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün 27 dekabr 2023-cü il tarixdə ərizə ilə Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 07 iyul 2014-cü il tarixdə mərhum X22 adına vərəsəlik işi açılmış və 29 noyabr 2023-cü il tarixdə müvafiq reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X22 vərəsələrinə verilmişdir. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi xahiş edilir. İş materiallarında olan vəkilin xx.xx.2024-cü il tarixli 32 saylı sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-4592/24 saylı məktubundan görünür ki, sorğuda qeyd edilən X16 adına olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Bərdə rayon 1 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 4Ə- 3-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 adına özgəninkiləşdirilməklə xx.xx.2008ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X16 adına olmuş Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü il tarixli, 2V-1899 və V-1900 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən vərəsəsi X13 olmuş, lakin onun vəfat etməsi ilə əlaqədar (xx.xx.2016) miras əmlakın ona çatası 2/1 hissəsi onun vərəsəsi, qardaşı Cavabdeh2 keçmişdir. Qeyd edilən əmlak xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə həmin əmlak xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş və hazırda xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsilə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bərdə RİH-i Bərdə MTİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 30 saylı məktubdan görünür ki, S.Zöhrabbəyov 5/1 saylı mənzil MTİS-in balansındadır, ev mərhumə X16 adına olub, vəfatından sonra xx.xx.2024-cü il tarixindən qızı Cavabdeh1 adına keçib. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 2421 saylı məktubundan görünür ki, X22 vəfatından sonra irs qalmış miras əmlaka dair verilmiş 29 noyabr 2023-cü il tarixli 2V-1899 reyestr nömrəli və 2V-1900 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətləri aidiyyatı üzrə göndərilir. İşdə olan X13 tərəfindən notariusa ünvanlanmış 08 iyul 2014-cü il tarixli ərizənin surətindən görünür ki, 02 noyabr 2010-cu ildə onun Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan anası X40 vəfat etmişdir. Miras əmlak torpaq sahəsi və yaşayış evindən ibarətdir. Ondan başqa vərəsəsi Cavabdeh2dur. Başqa vərəsələri yoxdur. İşdə olan Cavabdeh2 tərəfindən notariusa ünvanlanmış 08 iyul 2014-cü il tarixli ərizənin surətindən görünür ki, 02 noyabr 2010-cu ildə onun Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan anası X40 vəfat etmişdir. Miras əmlak torpaq sahəsi və yaşayış evindən ibarətdir. Ondan başqa vərəsəsi X8r. Başqa vərəsələri yoxdur. İşdə olan Bərdə RİHB-nın Qaradəmirçi kənd İƏV-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 saylı xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, arayış verilir Bərdə Notariat Kontoruna ondan ötrü ki, X40 02 noyabr 2010-cu ildə vəfat edərkən onunla birgə yaşamış aşağıdakı ailə üzvləri qalmışdır: 1.oğlu Cavabdeh2

2. qızı X13. İşdə olan AZ-İ 441651 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 02 noyabr 2010-cu ildə Bərdə rayonunda ölmüşdür. İşdə olan 19 iyun 2014-cü il tarixli arayışın surətindən görünür ki, X24 30 oktyabr 1960-cı ildə Bərdə rayonunda anadan olmuşdur. X4r. İşdə olan Bərdə rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə Bərdə rayonunda doğulmuşdur. X4r. İşdə olan Cavabdeh2 tərəfindən notariusa ünvanlanmış 29 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, 19 iyun 2016-cı ildə vəfat etmiş bacısı X1 miras qalmış Bərdə rayonu Lək kəndində yerləşən torpaq sahəsini qəbul edir. Ondan başqa vərəsəsi yoxdur və həmin əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” X27 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı ildə Bərdə rayonunda anadan olmuş və xx.xx.2016-cı il tarixdə Bərdə rayonunda vəfat etmiş X3 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixədək yoxlama aparılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, Tükəzban İsmayılovanın 1. X20 xx.xx.1953-cü ildə anadan olub, hazırda vəfat etmişdir. 2. X11 xx.xx.1982-ci ildə anadan olub. 3. X12 xx.xx.1983-cü ildə anadan olmuşdur. 4. X10 xx.xx.1991-ci ildə anadan olub. İşdə olan ƏMDX DƏDKR PHŞ-i tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və arayışdan görünür ki, Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsi X30 məxsusdur. Həmin hüquq ********** qeydiyyat nömrəsilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Bərdə rayonunun xüsusi notariusu Həsənzadə M.Ə. tərəfindən ƏMDK DƏDRX-in 7 saylı Ərazi İdarəsinə ünvanlanmış 336/2014 saylı 08 iyul 2014-cü il tarixli məktubun surətindən görünür ki, X13 və Cavabdeh2 02 noyabr 2010-cu ildə vəfat etmiş X5nın qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. İşdə olan səlahiyyətli orqanlara X36, X37 və X42 tərəfindən ünvanlanmış ərizələrin surətindən görünür ki, onlar mərhumə X13 tərəfindən miras qalmış əmlakı qəbul etməkdən və mirasdan pay almaqdan imtina etmişlər. İşdə olan 29 noyabr 2023-cü il tarixli 2V-1900 reyestr nömrəli və 1899 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X22 vərəsəsi Cavabdeh2 X22 vərəsəsi olan X3 xx.xx.2016-cı ildə vəfat etməsi ilə əlaqədar Şərqiyə Həsənovadan miras qalmış Bərdə rayonu, Lək kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ona çatası ½ hissələrdə miras payları almalıdır. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1964-cü ildə Bərdə şəhərində anadan olmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur. İşdə olan Bərdə rayon Xalq Məhkəməsinin 2-90 saylı 1998-ci il tarixli qətnamədən çıxarışın surətindən görünür ki, iddia təmin edilərək X25 X16 adına olub Bərdə şəhəri, R.Axundov küçəsi, bina 5, mənzil 1-də yerləşən 2 otaqlı evinə köçürülərək orada ona yaşamaq hüququ verilmişdir. İşdə olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışın surətindən görünür ki, Cavabdeh1 23 avqust 2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan Mənzildə uzun müddət yaşamış vətəndaşa order verilməsi haqqında Bərdə RİHB-nın 721 saylı 28 iyul 1998-ci il tarixli Sərəncamının surətindən görünür ki, X16 ərizəsi nəzərə alınaraq Bərdə şəhəri, R.Axundov küçəsindəki 5 saylı yaşayış evinin 2 otaqlı 27,6 kv.m olan 1 saylı mənzilinin orada 1968-ci ildən 3 nəfərdən ibarət ailə tərkibi ilə yaşayıb pasport qeydiyyatında olan X16 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1219 saylı 29 iyul 1998-ci il tarixli orderin surətindən görünür ki, Bərdə şəhəri, R.Axundov küçəsi yerləşən 2 otaqdan ibarət 27,6 kv.m mənzil X26 məxsusdur və ailə tərkibi oğlu 1955-ci il təvəllüdlü X18 və qızı X9 ibarətdir. İşdə olan ƏMDX DƏDKR PHŞ-i Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 35,8 kv.m sahədən ibarət mənzil Cavabdeh1 məxsusdur. İşdə olan ƏMDX DƏDKR PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin 25 dekabr 2024-cü il tarixli və 07 mart 2025-ci il tarixli məhkəmənin sorğularına cavab məktublarından görünür ki, X16 adına hazırda daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Habelə ünvan 6 ünvanda yerləşən mənzil Cavabdeh1 adına xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə DƏDKR PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. O cümlədən X22 adına olmuş Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və hüquqmüəyyənedici sənədlərin təsdiqli surətləri məktuba əlavə edilmişdir. İşdə olan ƏMDX DƏDKR PHŞ-i Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bərdə rayonu, Lək kəndi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. İşdə olan Satıcı Cavabdeh2 və Alıcı Cavabdeh3 arasında Bərdə Regional ASAN Xidmət Mərkəzində bağlanmış 22 fevral 2024-cü il tarixli 4Ə-327 reyestr nömrəli AN-İ ******* saylı notarial Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 57000 manat qiymətinə Cavabdeh3 satılması barədə tərəflər razılığa gəlmişlər. İşdə olan ƏMDX DƏDKR PHŞ-i Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bərdə rayonu, Lək kəndi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh3 məxsusdur. Məhkəmənin sorğusuna cavab olaraq Bərdə RİH-i Bərdə MTİS-i tərəfindən verilmiş 038 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, MTİ idarəsinin qeydiyyat kitabında S.Zöhrabbəyov 5/1 ünvanında 3 nəfər, X33, X43 və X25 qeyd olunmuşdur. Cavabdeh1 mənzilə aid 1219 saylı order təqdim etmişdir. Orderdə göstərilən X33 (anası) vəfat etmiş, ölüm şəhadətnaməsi təqdim edilmiş, X43 (qardaşı) vəfat etmiş, ölüm şəhadətnaməsi təqdim edilmişdir. Orderdə göstərilmiş Cavabdeh1 həmin sənədə əsasən 185 saylı forma 2 arayışı təqdim olunmuşdur. Bərdə rayon Məhkəməsinin sorğusuna cavab olaraq Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X40 barədə ƏN-in “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslərə dair yoxlama xx.xx.2024-cü il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.qızı-X17-1966 2.qızı-X13-1960 (ölüb xx.xx.2016) 3.qızı-Cavabdeh1-1964 4.qızı-X32-1970 5.qızı-İddiaçı-1962 Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Bundan başqa əqdlərin etibarsızlığı ilə bağlı məhkəmə onu da bildirir ki, 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddianın başlığında çıxarışın etibarsızlığı qeyd edilsə də xahiş etdi hissəsində çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsi olmaqla daha çox mülki münasibətlərin nəticəsi olduğundan və inzibati akt hesab edilmədiyindən, hazırki mübahisə isə mülki hüquq xarakerli münasibətlərdən yarandığından məhkəmə iddia tələbini çıxarışın etibarsız hesab edilməsi tələbi kimi qəbul etməklə həmin tələbə hüquqi qiymət verib iddianın təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülkihüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X31 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyrimüəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: - müdaxilənin hüquqi əsası olmalıdır; - müdaxilə ictimai maraqlara cavab verməlidir; - müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmin qərarda daha sonra göstərilmişdir ki, Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273- 1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273- 1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Məhkəmə iddia tələbi ilə bağlı iş materiallarına və toplanmış sübutlara əsasən onu qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilmiş ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 35,8 kv.m olan mənzil vaxtilə order əsasında mərhumə X16 adına olmuş, həmin evdə mərhumədən başqa oğlu, hazırki iddiaçının qardaşı mərhum X43 və mərhumənin qızı, iddiaçının bacısı olan hazırki iş üzrə cavabdeh Həsənova (Baxşəliyeva) Sevda Abbas qızı yaşamışdır. Daha sonra Bərdə RİH-i tərəfindən verilmiş 1219 saylı order əsasında həmin mənzildə qeydiyyatda olan iddiaçının anası və qardaşı olan 2 nəfər şəxs vəfat etdiyindən və bununla bağlı ölüm haqqında şəhadətnamələr təqdim edildiyindən Bərdə RİH-i Bərdə MTİS tərəfindən verilmiş 185 saylı forma 2 arayış və digər sənədlər əsasında həmin mənzilə hazırki iş üzrə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Yəni həmin mənzil vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyətinə keçməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 5/1 ünvanda yerləşən mənzilin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına keçməsi barədə sənədləşmənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə uğurludur və qismən təmin edilməlidir. Belə ki, X5ndan miras olaraq Bərdə rayonu, Lək kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi qalmışdır. X5 02 noyabr 2010-cu ildə vəfat etmişdir. İş materialları və toplanmış sübutlarla X22 vərəsələri olan övladları aşağıdakı şəxslər olmuşlar: Oğlu 1955-ci il təvəllüdlü X38 (hazırda vəfat edib) Qızı 1960-cı il təvəllüdlü İsmayılova (Həsənova) Tükəzban Abbas qızı (xx.xx.2016-cı ildə vəfat edib) Qızı 1962-ci il təvəllüdlü İddiaçı Qızı 1964-cü il təvəllüdlü Həsənova (Baxşəliyeva) Sevda Abbas qızı Qızı 1966-cı il təvəllüdlü X19 Qızı 1970-ci il təvəllüdlü X32 Cavabdeh2 X5nın digər vərəsələri barədə məlumat verməyərək və gizlədərək, notarius isə digər vərəsələrin olub-olmamasını araşdırmadan və vərəsəlik işinin açılması barədə bütün vərəsələri məlumatlandırmadan 2014-cü il tarixdə mirasın qəbulu barədə ərizə verilməsinə baxmayaraq naməlum səbəbdən üzərindən uzun illər keçdikdən sonra, yəni 29 noyabr 2023-cü il tarixdə 2V-1899 və 2V-1900 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsinə payını tanımış və həmin şəhadətnamə əsasında cavabdeh xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu qeydə aldırmış, daha sonra isə tərəflər arasında 22 fevral 2024-cü il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti olan Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsi 57000 manat qiymətinə Cavabdeh3 satılmışdır və Cavabdeh3 daşınmaz əmlaka mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə reyestrdə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, X5nın övladı, qanun üzrə birinci növbə vərəsəsi olan hazırki iş üzrə İddiaçı çatacaq miras payı nəzərə alınmadan və gizlədilməklə mübahisə predmeti olan Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmiş, o isə qısa müddət sonra həmin sahəni Cavabdeh3 satmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, baxmayaraq ki, hazırki iş üzrə Cavabdeh3 vicdanlı alıcı qismində çıxış etmişdir, lakin Konstitusiya Məhkəməsi Plenumunun sonuncu qərarına və Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən vərəsə rəsmi şəkildə mirasdan imtina etməmişsə ona çatacaq miras payı müddətdən asılı olmayaraq qanunla qorunur və vərəsənin mülkiyyəti hesab edilir. Mülkiyyət hüququ ilə bağlı mübahisələrə isə iddia və kəsici müddətlər tətbiq edilmir. Məhkəmə qeyd edir ki, qanunun bu tələbi mülkiyyət hüququnun fundamental insan hüququ olmaqla hər zaman qorunmasının vacibliyi ilə izah edilir. Məhkəmə hesab edir ki, iş üzrə mərhumə Şərqiyə Həsənovanın qanun üzrə birinci növbə vərəsəsi olan İddiaçı məlumat verilmədən və xəbərdar edilmədən Cavabdeh2 iddiaçının payını gizlədərək ondan xəbərsiz əmlakı ilk öncə öz adına rəsmiləşdirmiş, daha sonra alqı-satqı müqaviləsi bağlamaqla həmin əmlakı başqa şəxsə satmışdır, bu hal isə iddiaçının miras payının itirilməsinə səbəb olmuşdur ki, bu da mübahisə predmeti olan daşınmaz əmlakın qanunsuz özgəninkiləşdirilməsi ilə nəticələnmişdir. Həmçinin, hazırki işdə vərəsənin miras payı onun mülkiyyəti hesab edildiyindən hazırki iddiaya əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddət də tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Bərdə rayonu, Lək kəndində yerləşən miras qalmış 0,08 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, reyestr 2V-1899 və 2V-1900 saylı, vərəsəlik işinin nömrəsi V-261/2014 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr”; həmin şəhadətnamələr əsasında Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış; Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli və həmin əmlakdan iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Lakin, məhkəmə iddia tələbinin iddiaçının anası X15 miras qalmış əmlakdan payların müəyyən edilməsi (bölünməsi) hissəsində konkret olaraq payları göstərməyərək bu vəzifənin notariusa aid olduğunu qeyd edir. Buna görə həmin hissəyə münasibət bildirməyə zərurət görmür. Belə ki, mərhumə Şərqiyə Həsənovanın vərəsələri yuxarıda qeyd edilmişdir. Onlardan bəziləri isə vəfat etmişdir, həmin şəxslərin vərəsələrinin də müəyyən edilməsi və işə cəlb edilməsi hazırki məhkəmə işinin baxış müddətinin həddindən artıq uzanmasına, süründürməçiliyə, prosessual qənaət prinsipinə zidd olmaqla prosessual müddətin pozulmasına səbəb olacaq. Məhkəmə onu da xüsusilə qeyd edir ki, hazırki qətnamə mərhumə Şərqiyə Həsənovadan miras qalan Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsinə vərəsələrin paylarının notarius tərəfindən müəyyən edilməsi üçün əsasdır. Bundan başqa MM-in 384.0.4-cü maddəsində göstərilir ki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Həmçinin, hazırki tələbə MM-in 354.1-ci maddəsindəki müddət tətbiq edilmir. Çünki, hazırki iddia tələbi iddiaçı olan vərəsənin miras payından, yəni mülkiyyət hüququndan irəli gəlir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, reyestr 2V-1899 və 2V-1900 saylı, vərəsəlik işinin nömrəsi V-261/2014 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr”; həmin şəhadətnamələr əsasında Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış; Cavabdeh2 ilə Cavabdeh3 arasında notariusda bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin və X5ndan miras qalmış Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsində İddiaçı vərəsəlik payı müəyyən edilsin. (Hazırki qətnamə X5ndan miras qalmış əmlaka notarius tərəfindən vərəsələrin payları müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.) İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar