Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-567/2024 09.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Qarayeva Pərvanə Əhməd qızının katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz yazılmış 340 manat cərimə məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, onun xususi mülkiyyətində Bərdə şəhər Bahadur Hacıyev küçəsində fərdi yaşayış evi olmuşdur. Qeyd etdiyi fərdi yaşayış evində işıq sayğacı var. Lakin İşıq idarəsinin əməkdaşları onun evinin önündə olan işıq sayğacına baxış keçirilərək adına akt tərtib etmişlər və akta əsasən elektrik sisteminin sıradan çıxaraq sayğacdan enerji çıxmadığını, yenisi ilə əvəz olunması məqsədə uyğun olduğunu bildirdilər. Lakin o, sayğaca heç vaxt müdaxilə etməmiş və sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməmişdir. İşıq idarəsinin işçiləri onun işığa görə 340 manat məbləğində borcunun olduğunu bildirirlər. Halbu ki bu Bərdə rayon İşıq idarəsinin əməkdaşlarının qurmasıdır. İşıq idarəsinin əməkdaşları onunla qərəzli davranırlar. O, hər ay davamlı olaraq işıq pulundan ödəmiş və onun heç bir zaman işığa görə 340 manat borcu ola bilməz. Hazırda isə onun evinə gələn işıq enerjisini kəsmək istəyirlər və ondan 340 manat cəriməni tələb edirlər. Halbuki, onlar həmin evdə yaşamırlar və heç zaman o evdə yaşayış olmamışdır. Göstərilənləri nəzərə alaraq idiiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehlə barışıq sazişi bağladıqlarını, sazişə əsasən "xxxx" ASC tərəfindən yazılmış 340 manat borc məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilir, həmin məbləği ödəməyi öhdəsinə götürür, cavabdeh isə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X2 barışıq sazişini məhkəməyə təqdim edərək, iddiaçı ilə barışıq sazişi bağlayaraq, razılığa gəldiklərini bildirdi. Məhkəmə tərəfləri dinlədikdən sonra onların təqdim etdikləri barışıq sazişinə dair ərizələrini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, bu razılığın qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişini təsdiq etməklə rəsmiləşdirdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. [281] Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: İddiaçı, iddia tələbini dəyişərək cavabdeh tərəfindən "qanunsuz yazılmış 340 manat məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 100 manat (bir yüz) müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissəhissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisinden istifadəyə görə Enerjitechizatı müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli Akt R 310155 №-li akta əsasən hesablanmış 340 (üç yüz qırx) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 100 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və 240 (iki yüz qırx) manat borc məbləğinin silinməsini öhdəsinə götürür. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-567/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-567/2024
09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver