Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-577/2024 08.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, İddiaçı və Cavabdeh -nin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı Cavabdeh-yə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh-yə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yazılmış 619.1434 manat borc və 49.77manat immigrant borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirib, iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh-nin nümayəndəsi X2 məhkəmə iclasında mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh-yə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-29-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh-yə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-577/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-577/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver