Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-578/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-118A KOD 61000118 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarına əsasən ona Bərdə rayonu, Şahvəllər kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-118A KOD 61000118 olan şəhadətnamədə almışlar. Həmin şəhadətnamədə adı Ərizəçi olduğu hada X1 qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-118A KOD 61000118 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, ərizəçinin qardaşı oğludur. Ona kənd ərazisində həyətyanı torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçi bibisidir. Bibisinə həyətyanı torpaq sahəsi verilməsi barədə şəhadətnamədə səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-118A KOD 61000118 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il 19 yanvar tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Şahvəlilər kənd sakini X2 mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 1001 saylı, 12 avqust 2021-ci i tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1978-ci idə anadan olmuş, atası X7, anası X3r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, Şahvəilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17414131 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 18 oktyabr 1991-ci ildə doğulmuşdur, Bərdə rayonu Şahvəlilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 07 aprel 1987-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şahvəllər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 142 nömrəli, 13 avqust 2021-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi Bərdə rayonu, Şahvəllər kəndində yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********606 nömrəli 24 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 118A nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-118A, KOD 61000118 şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X2 adına verilmiş JN-118A, KOD 61000118 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 adına verilmiş JN-118A, KOD 61000118 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-578/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-578/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver