Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-59/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X22 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi), Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1995-ci il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1995-ci il tarixdə X9 və 01.10 1997-ci il tarixdə X10 anadan olmuşdur. X12 02.01,2018-ci il tarixdə ölmüşdür. X17 anadangəlmə əqli gerilik xəstəlyindən əziyyət çəkir. Bir çox müalicə müəssəsisələrində müayinə və müalicə olunsa da, sağalmamışdır. Son dövrlərdə xəstəlyi şiddətlənmişdir. Öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. xx.xx.1995-ci il təvəllüdlü X5 qəyyumluqlarına verilməsinə dair Maraqlı şəxs Başçısının Aparatına etdikləri müraciətə İcra Hakmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 3/165 saylı məktubla cavab verilmişdir ki, "sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və öz vəzifələrini icra etməyə qadir olmayan 18 yaşdan yuxarı şəxslərin qəyyumluğa verilməsi məhkəmənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnaməsi əsasında təyin edilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət edə bilərsiniz”. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ərizə üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cü ildə Bərdə rayonu Mollaəhmədli kəndində anadan olmuşdur, Bərdə şəhəri Sabir küçəsi ev 15-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 22 iyul 1995-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Sabir küçəsi ev 15-də qeydiyyatdadır. Maraqlı şəxs Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6634 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri, Sabir küçəsi ev 15-də yaşayır. Ailə üzvləri: oğlu-1995-ci il təvəllüdlü X4 və qızı- 1997-ci il təvəllüdlü X6 ibarətdir. Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, X9 22 iyul 1995-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X12, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, X9 birinci dərəcəli əlildir. Maraqlı şəxs Başçısı aparatının 28 fevral 2023-cü il tarixli 3/165 nömrəli məktubundan görünür ki, Ərizəçi qızı X5 qəyyumluğa verilməsi ilə bağlı Maraqlı şəxs Başçısı aparatına müraciət etmiş, sonuncuya övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 19 noyabr 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə İdarəsinin Ruhi-Əsəb Xəstəxanasının ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 X14 Şöbəsinin 24 dekabr 2024-cü il tarixli 959 saylı rəyindən görünür ki, “xx.xx.1995ci il təvəllüdlü X9 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı- 10cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. -X2 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı- 10-cu baxış) F70.1 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşüb və onu idarə edə bilmir. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.1-ci maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 320.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olundu ki, X1 onun məhkəmə iclasında iştirakını qeyrimümkün edir. Azərbaycan Respublikasının MPM-nin: 321.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi oğlu X7 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi, Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi 22 iyul 1995-ci ildə anadan olmuş oğlu X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-59/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-59/2025
25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver