Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-590/2024 30.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı oğunun, İddiaçı və iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı oğunun, Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, X6 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış ünvan 1 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhər sakinidir. X2, anası X3r. X25 xx.xx.2014-cü il tarixdə, anası Lala Mənsimova isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 2 bacı, 2 qardaş olmuşlar: Cavabdeh2, Cavabdeh1, X7, X15. İlham Mənsimov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ata və anası vəfat etməmişdən öncə onların ünvan 1 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evləri olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşamış, oradan istifadə etmişlər. Fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə atasının adına olmuş və Seriya RX N0722549 saylı Çıxarış verilmişdir. Anası vəfat etdikdən sonra atası yenidən 01 aprel 1998-ci il tarixdə ailə həyatı qurmuş, lakin ailə münasibətlərini bərpa edə bilmədikləri üçün aralarında bağlanmış nikahları 14 fevral 2012-ci il tarixdə pozulmuşdur. Atası ilə X14 birgə nikah dövründə övladları olmamışdır. Atası vəfat etməmişdən öncə o, ailə üzvlərilə birlikdə bir müddət atasına məxsus olan evdə yaşamışdır. Daha sonra qardaşı onlarla yola getmədiyi üçün onları evdən qoymuş və o, atası ilə birlikdə evdən çıxaraq bir müddət başqa bir evdə yaşamışlar. Lakin bir neçə ay sonra yenidən atasına məxsus olan evə atası ilə birlikdə qayıdaraq orada yaşamağa başlamışlar. Hazırda da atasına məxsus olan fərdi yaşayış evində uzun zamandır ki, yaşayır. Hazırda o, X2na məxsus olan fərdi yaşayış evini rəsmi olaraq adına rəsmiləşdirmkək istəyir. Bununla bağlı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, 31 avqust 2015-ci il tarixdə 2V-302 reyestr nömrəsilə qeydiyyata alınmış Vərəsəlik hüququ haqqında Şəhadətnamə alınmışdır. Qanun üzrə vərəsəsi X15 olmuşdur. Halbuki o da atasının vərəsəsidir. X9suzluq edərək Vərəsəlik şəhadətnaməsi almışdır. İlham Mənsimov vəfat etdikdən sonra fərdi yaşayış evi onun oğlu Cavabdeh3 adına sənədləşdirilmişdir. Bunun üçündə X6 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab olunmasını və miras qalmış əmlakın vərəsələr arasında bölünməsini istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə verərək, mülki iş üzrə iddiaçı qismində cəlb olunmalarını xahiş etmişdirlər. Daha sonra iddiaçılar iddia həcminin artırılması barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin də etibarsız hesab edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı oğu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, 2003-cü il tarixdən ata evindən çıxmışdır və həmin vaxtdan sonra orada yaşamamışdır. Evin kommunal xərclərinin ödənilməsində iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 bildirdi ki, miras əmlakda əvvəldən mərhum qardaşı İlhamın ailəsi yaşayıb. Qardaşı İddiaçı oğu kirayədə yaşayır. Əvvəllər səhhəti yaxsı idi, işləyib kirayə pulun ödəyirdi. İndi mübahisələndirilən miras əmlakda cavabdeh torpaq sahəsindən ayırıb ev tikdirib yaşayır köhnə evi isə kirayə verir. Qardaşı isə evsiz qalıb. Məhkəmə iclasında Cavabdeh3 oğu bildirdi ki, İddiaçı oğu 2003-cü il tarixdən mübahisələndirdiyi evdən çıxmışdır. Babası Mənsimin sağlığında və vəfatından sonra da həmin evdə onun atası və ailəsi yaşamışdır. Evin bütün kommunal xərclərini özləri çəkmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İ-ИE №911360 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə olunmuş AЭ №386958 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X15 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə olunmuş AZ-T №225458 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə olunmuş AZ-T №169504 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Arayışdan görünür ki, X10 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Arayışdan görünür ki, X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX №0722549 nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak X5 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsələri X11r. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 31 avqust 2015-ci il tarxili ********** saylı arayışına və ƏMDKY DƏDRX-nin 7 sayl ərazi idarəsinin 25 avgust 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********56-10301 reyestr nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən 122 kvm ümumi sahədən 2 otaqlı yaşayış evindən ibarətdir. Qeyd: miras əmlakın 1/1 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsələri oğlu Cavabdeh3dur. Səhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bardə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X12 verilmiş **********56- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa asasən Bərdə şəhər Natavan küçəsində istifadəsində olan 0.016 ha torpaq sahəsində yerləşən 26 nömrəli ümumi sahəsi 122 kv.m yaşayış sahəsi 58.8 kv/m, yardımçı sahəsi 63.2 kv/m. 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Qeyd: miras əmlakın tam hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,01595 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak Cavabdeh3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivindən vəkil sorğusana verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivində 69 saylı fondda mühafizə edilən Bərdə rayon ZDSİK-nin fond sənədləri yoxlanıldı, Bərdə şəhər Natavan küçəsi ev-26-ın sakini X1 ailə tərkibi barədə heç bir məlumat əldə olunmadı. İş materiallarına əlavə olunmuş İddiaçı müraciətinə əsasən Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2498 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş, 20 iyun 2014-cü il tarixdə vəfat etmiş atanız X5 vəfatından sonra irs qalmış miras əmlaka dair Bərdə regional "ASAN-xidmət" mərkəzində notariat ofisi tərəfindən 31 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə almış digər vərəsə tərəfindən onun mirası faktiki idarə etməyi barədə sənəd təqdim edilmədiyindən və ya ona da onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət olunmadığından onun adının atanızın miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak X5 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olmuşdur. X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhumun 4 övladı olmuşdur. İddiaçılar Mənsim Mənsimovun övladlarıdır. X1 vərəsələrindən mərhum X15 qanun üzrə vərəsəliyi qəbul etmək üçün ərizə ilə notariat kontoruna müraciət etmiş, Notariat orqanı tərəfindən xx.xx.2015-ci il tarixdə mərhum X12 vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın 1/1 hissəsinə verilmişdir. X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X6 vərəsəsi oğlu Cavabdeh3 qanun üzrə vərəsəliyi qəbul etmiş və Notariat orqanı tərəfindən xx.xx.2023-ci il tarixdə mərhum Mənsimov X16 Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın tam hissəsinə verilmişdir. Hazırda mübahisə predmeti olan ünvan 2 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak Cavabdeh3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İddiaçılar tərəfindən isə həmin miras əmlak nə faktiki idarə olunmuş, nə də ki, notariat ofisinə mirasın qəbul edilməsi barədə müraciət olunmuşdur. Məhkəmə qeyd edir ki, miras vərəsə tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verilməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlanılmaqla qəbul edilir. Hazırki mübahisə predmeti olan miras əmlakı da X15 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. X15 isə vəfat etdikdən sonra ondan qalan miras əmlakı oğlu Cavabdeh3 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. İddiaçılar isə Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində uzun zamandır atasına məxsus evdə yaşadığını qeyd etsə də, məhkəmə iclas zalında etiraf etdi ki, 2003-cü il tarixdən həmin evdən çıxmışdır və evin heç bir kommunal xərclərində iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin məcəllənin 1273-1-cı maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçılar Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürdüyündən idddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı oğunun, Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-590/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-590/2024
30.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver