Məhkəmə qərarları › İş №2(021)-594/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-594/2025

07.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-594/2025 07.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X38 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı Qüdrət oğlunun, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, vəkili Vəkil2, üçüncü şəxs X8 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhər 6̇ Saylı Dövlət Notariat Kontoruna, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X39 7 saylı Bərdə Ərazi İdarəsinə və X10 qarşı "Alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 tərəfindən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun mərhum atası X11 doğma dayısı oğludur. Atası Qürbət uzun illər Bərdə kökəltmə birliyinin müdiri vəzifəsində işləmiş və Ələsgər isə ona yaxın adam olaraq mərhum atası Qürbətin avtomobilini idarə etmişdir. Mərhum atası 1999-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra Ələsgər dəfələrlə ona bildirmişdir ki, onun adına Bərdə rayonu Qaradağlı kəndində olan torpaq sahəsini mərhum Qürbət almışdır və həmin vaxtlarda rəhbər vəzifədə olduğundan Ələsgərin adına rəsmiləşdirmişdir. Cavabdeh Ələsgər bununla bağlı dəfələrlə ona müraciət etmiş və nəhayət 2009-cu ilin fevral ayının 13-də həmin sənədləri gətirib Bərdə 1 saylı notariat ofisində ona bağışlama müqaviləsi vermişdir. Bundan sonra qohum olduğundan Ələsgərə heç bir söz deməmiş və sənədlər Ələsgərdə qalmışdır. Yaxın günlərdə Ələsgər ona zəng edərək bildirmişdir ki, həmin torpağa görə onu Bərdə Rayon Prokurorluğuna çağırmışlar və bildirmişlər ki, torpağı başqa adama verməlidir. O, bundan sonra Ələsgərlə söhbət etmiş və məsələnin nədən ibarət olduğunu soruşmuşdur. Ələsgər ona bildirmişdir ki, onunla məcburi olaraq alqı-satqı müqaviləsi bağlayıb yeri başqa adama verirlər. Həmin torpaq onun atasından miras qalmışdır və Ələsgər yaxın qohum olduğundan və mərhum atasına yaxın etibarlı adam olduğundan həmin torpağa mülkiyyət sənədləri almamışdır. Belə ki, qanunvericiliyə əsasən həmin torpaq sahəsi ona bağışlandığından fikirləşmişdir ki, nə vaxt olarsa həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilər. Bir həftədir ona məlumat vermişlər ki, həmin torpaq sahəsinin Ələsgərlə saxta alqı-satqı müqaviləsi bağlanaraq başqasının adına rəsmiləşdirilməsi mövcuddur. Ələsgərdən sənədləri tələb edərkən o sənədləri Yaqub adlı şəxslə alqı-satqı müqaviləsi bağlandığından ona təqdim etdiyini bildirmişdir. Həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də həmin sənədlər ləğv edilməlidir. Bu gün Ələsgər məhkəmədə qorxusundan alqı-satqı müqaviləsinin onun tərəfindən verilmədiyini və yaxud mərhum atası Qürbət tərəfindən alınmadığını bildirəcək. Amma həqiqət budur ki, Ələsgər hansı səbəbdən həmin torpağa dair ona bağışlama müqaviləsi verdiyini izah edə bilməyəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək Cavabdeh1 tərəfindən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, AN1 ******* nömrəli alqı-satqı müqaviləsinin və onun doğruduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və Cavabdeh1 məhkəmə üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, 1988-ci ildə torpaq islahatı gedəndə onun atası Qürbət oradan 0.08 ha torpaq sahəsini alaraq öz mülkiyyətinə rəsmiləşdirib, digər 0.08 ha torpaq sahəsini aldıqda isə, hazırkı Cavabdeh1 razılığı ilə onun adına rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi şəxsən onun iştirakı ilə bağlanmışdır. Həmin torpaqda neçə illərdir bağ salmış, lakin ev tikməmişdir. Sözügedən mübahisəli torpaq sahəsində ağacların əkilməsi, bağın salınması onun təşəbbüsü ilə olmuş, ağacların pulunu o vermişdir. Həmin torpaq sahəsinin hasarlanması, o cümlədən, orada olan bağın salınması onun qardaşı Müİddiaçı tərəfindən aparılmışdır. Həmin torpaq sahəsində Yaqub Məmmədovun evi olmamışdır. Cavabdehin adından qardaşı oğlu Şahid etibarnamə alaraq, Cavabdeh1 əvəzinə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehə təzyiqlər edərək həmin torpaqla bağlı onu Bərdə Rayon Prokurorluğuna və Bərdə RPŞ-nə çağırmışlar. Müəyyən şəxslər var ki, həmin torpağı onun əlindən almaq istəyirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının göstərdiklərini təsdiq edərək göstərdi ki, nümayəndəsi olduğu İddiaçı qeyd etdiyi kimi onun atası mərhum Qürbət Əhmədovdan miras qalan Bərdə rayonu Qaradağlı kəndində 0.08 ha torpaq sahəsi bağışlanma müqaviləsi əsasında 2009-cu ildə Cavabdeh1 tərəfindən ona bağışlanmışdır. Lakin mülkiyyət hüquqi verən sənəd alınmamışdır. Son dövrdə isə Cavabdeh1 təzyiqlər göstərilib və Cavabdeh1 adından etibarnamə alınmaqla, alınmış etibarnamə əsasında həmin torpaq alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə X8 adına rəsmiləşdirilmişdir. 2009-cu ildə Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi müqavilə əsasında bağışlandığı halda yenidən həmin torpaq 2024-cü ildə alqı-satqı müqaviləsi əsasında X2. Notariat kontorunda vahid reyestr olduğu halda, vahid elektron sistem olduğu halda bir əmlaka həm bağışlanma müqaviləsi, həm də alqı-satqı müqaviləsi bağlanmışdır. Bütün olan hadisələr, həmin torpağa mülkiyyət hüququ verən çıxarışın alınması, sonradan xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh1 olunan təzyiqlər əsansında baş vermişdir. Belə ki, Cavabdeh1 onun qardaşı Şirin və onun oğlu Şahid tərəfindən Ələsgər Səmədovun evinə dövlət notariusu gətirərək ondan etibarbnamə almış və Cavabdeh1 əvəzindən alqı-satqı müqaviləsi bağlayaraq qeyd olunan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini X3. Bunlar qeyri-qanuni aparılmış əməliyyatlardır, qeyri-qanuni bağlanmış müqavilədir və bununla da hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqları pozulmuşdur. Alqı-satqı müqaviləsinin 14-cü bəndində qeyd edilmişdir ki, alqı-satqı xərclərini satıcı çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid heç bir ödəniş etmədiyini bildirmişdir. Notariat materiallarında bir qəbz var ki, həmin qəbzdə məbləğ 9880 manat qeyd edilmişdir. Qeyd olunan pulu guya Elbəyi almışdır. Sonuncuya verdiyi suala cavab olaraq bildirmişdir ki, bankda şəxsiyyət vəsiqəsindən başqa sənəd verməmişdir. 120 manat pul Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu tərəfindən yol verilmiş pozuntudur. Notarius 120 manat sadələşmiş vergi tutmuş, bunu əmlak Bərdə rayonunda olduğu halda Abşeron rayon və Sumqayıt şəhəri üzrə sadələşmiş 0,5% əmsalı ilə hesablamışdır. Hansı ki, həmin məbləğ yerli əmsallar 120 manat deyil, kifayət qədər böyük məbləğ edir. Notarius Vergi Məcəlləsinin 220.8 və 154-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, Notariat kontoru tərəfindən daşınmaz əmlakdan Ələsgərin istifadə etməsi, yəni 3 il istifadə etməsi barədə arayış tələb etməli idi. Lakin notarius arayışı tələb etməmiş, Elbəyinin guya 9880 manat pulu alması barədə qəbzi materiala əlavə etmişdir. Ancaq notariat işinə əlavə edilib ki, notariusun filan saylı məktubuna əsasən. Alqı-satqı zamanı alıcı pulu depozitə qoyur, satıcı isə notariusun xüsusi məktubu ilə gedib pulu depozitdən götürür. Notarius alqı-satqı müqaviləsində göstərir ki, satıcı pulu X41 filialından götürməlidir. Lakin 9880 manat pulun götürülməsi haqqında qəbzdən görünür ki, satıcı pulu Zəfər filialından götürmüşdür. Notarius haqqında qanunda nəzərdə tutulmuşdur ki, notariusun hesabı hansı filialdadırsa, əməliyyat həmin filialda aparılmalıdır. Filialın da fərqli olması zidiyyətli məqamdır. Elbəyi 10000 manat pulu gətirib Ələsgərə verdiyini bildirsə də, qəbzdən görünür ki, o bankdan 9880 manat götürmüşdür. Belə çıxır ki, Elbəyi 120 manat pulu öz cibindən qoyaraq Ələsgərə vermişdir. Əgər qoymuş olsaydı deyərdi. Ələsgərin bu müqavilədə ümumiyyətlə iradə ifadəsi olmamışdır. Alqı-satqı müqaviləsindəki imza ilə həmin qəbzdə olan imza eynilik təşkil etmir. Fərqli-fərqli oxşar imzalardır. “Elektron Notariat” İnformasiya sistemi haqqında əsasnamə mövcuddur. 12 oktyabr 2021-ci ildə təsdiq olunmuşdur. Notarius müqavilədə qeyd edir ki, həmin əsasnaməyə əsasən qısa vaxt rejimi ərzində “Elektron Notariat” İnformasiya sistemindən məlumat götürüldü, yəni arayış və məktub. Notariat Kontoru notariat hərəkətlərini həyata keçirərkən qısa vaxt rejimində “Elektron Notariat” İnformasiya sesteminə inteqrasiya olunaraq oradan daşınmaz əmlak haqqında bütün məlumatları götürür. Notarius tərəfindən Forma 1 arayışının hansı qaydada əldə edilməsi də şübhə doğurur. Çünki 2023-cü ildə müdafiə etdiyi İddiaçı tərəfindən bağışlama müqaviləsi ilə bağlı Bərdə Notariat Ofisinə sorğu verilmiş, Bərdə Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Cavabdeh1 İddiaçı verdiyi bağışlama müqaviləsi “Elektron Notariat” İnformasiya sisteminə inteqrasiya olunmuşdur və hazırda qüvvədədir. Forma 1 arayışı verilərkən Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu tərəfindən yuxarıda qeyd etdiyi əsasnamənin tələbləri bilərəkdənmi və ya Yaqub Məmmədov tərəfindən edilən təsir səbəbilə pozulmuş və bu əsasla da alqı-satqını reallaşdırmışlar. Şahid səs yazında olan səsin ona məxsus olmadığını bildirsə də, məhkəməyə təqdim etdiyi, həmin vaxt orada olan şahid təsdiq etmişdir ki, səs yazısı aparılan zaman Şahid orada olmuşdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirdi və göstərdi ki, qeyd olunan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Özü könüllü olaraq mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Son zamanlar qardaşı Şirin onu məcbur etmişdir ki, həmin torpağı Yaqub adlı şəxsə versin. Qardaşı Şirinin deməsinə görə guya Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi səhvən onun adına rəsmiləşdirilib, həmin torpaq başqa adamındır və o torpağı qaytarmalıdır. Onun evinə notarius dəvət etmişlər, onun xəbəri olmadan nə ediblər, necə ediblər bilmir. Lakin o həmin torpağı başqa adama satmamışdır. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini keçmiş Sovet İttifaqı dövründə gənc ailələrə vermişlər. Notariat kontoruna gedib kiminləsə Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpağa dair alqı-satqı müqaviləsi bağlamamışdır. Bağışlanma müqaviləsini özü könüllü etmiş və həmin torpağı İddiaçı bağışlamışdır. Heç kim ona təsir etməmişdir. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha olan torpağı heç kimə satmamış və o torpağa görə heç kimdən pul almamışdır. Qardaşı X5 ona dəfələrlə təzyiq və təsir edərək həmin torpağı ondan tələb etmişlər. Torpağı 2009-cu ildə İddiaçı bağışlamışdır. Etibarnamə vermək üçün heç bir yerə getməmiş, torpağı heç kimə satmamışdır. X12 görməmiş, ondan pul almamışdır. Onu polis şöbəsinə, prokurorluğa çağırmışlar, onun arxasınca sahə rəisini göndərmişlər və izahatını almışlar ki, guya həmin 0.08 ha torpaq sahəsi onun qardaşı Şahin Ağayevin olmuşdur. Guya o həmin torpağı mənimsəmiş, öz mülkiyyətinə rəsmiləşdirmiş və hazırda qaytarmır. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun öz mülkiyyətində olmuş və onu da hazırkı iş üzrə İddiaçı bağışlanma əsasında vermişdir. Torpağı satmaq niyyəti olmamışdır. Satmaq niyyəti olsaydı, onun adından Şahid verilmiş etibarnaməni ləğv etdirməzdi. Şahid deməmişdir ki, onun torpağını satsın. Həmin torpağa görə ona heç kim pul verməmişdir. Şahid onlara gəlməmişdir, çünki onlar küsülüdürlər. X34 torpaq alqı-satqısına dair heç bir telefon danışıqları olmamışdır. Etibarnaməni o vermişdir. Elbəyi atası ilə evinə gəlmiş, əl çəkməmişlər ki, etibarnamə verməlidir. Torpağın kimə satıldığını bilməmişdir. Yaşı ilə əlaqədar onun yadından çıxmışdır ki, torpağı İddiaçı bağışlamışdır. Qardaşı oğlu Şahid ona pul verməmişdir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında 3-cü şəxs X8 nümayəndəsi (vəkil) Nümayəndə göstərdi ki, nümayəndəsi (vəkili) olduğu X15 tam qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamışdır. Qanuni qaydada notariat ofisində alqı-satqı etmiş və hazırki mübahisədən heç bir məlumatı olmamışdır. Həmin torpaq sahəsini öz həyətyani sahəsini genişləndirmək məqsədi ilə almışdır. Torpaq sahələri, yəni Yaqub Məmmədovun özünə məxsus torpaq sahəsi və alqı-satqı əsasında aldığı sözügedən mübahisəli torpaq sahəsi bir hasarın içində yerləşir. 3-cü şəxs X8 özünə məxsus torpaq sahəsində evi var. X42 daimi orada yaşamır. Belə ki, daimi yaşayış yeri Bakı şəhəridir. Mütəmadi olaraq Bərdə şəhərinə gələrkən həmi evə gedib-gəlir. X8 Bakıda hansı ünvanda yaşadığı ona məlum deyil. Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri məlumdur. X8 ünvanını dəqiq bilmir. X15 hansı tarixdə Bərdə rayonu Qaradağlı kəndində yerləşən evi almışdır deyə bilmir. Cavabdeh1 mübahisəli torpaqla əlaqədar Bərdə RPŞ-nə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından onun heç bir məlumatı yoxdur. Mübahisəli 0.08 ha torpaq sahəsində ağacları X32 əkmişdir. Əgər Ələsgərə hədə-qorxu olunmuşdursa o səhəri gün hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, lakin etməmişdir. Bundan əlavə Ələsgər etibarnamə verərəkən arvadı da yanında olmuş və öz razılığını ifadə etmişdir. Hansı ki, əgər orada hansısa təsir və təziq olsaydı cavabdehin arvadı ən azından öz etirazını bildirə bilərdi. İddiaçının təmin olunmmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" X39 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə məktub göndərərək ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini qeyd edərək, sözügedən iddia tələbinə dair qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Cavabdeh1 onun əmisidir. Əmisi Cavabdeh1 torpaq sahəsini satmaq istəmiş, ondan xahiş etmişdir ki, Bakı şəhərinə getsin və ona öz adından verdiyi etibarnamə əsasında torpağını satıb, pulunu alıb gətirib ona versin. O da Bakı şəhərinə getmiş, notariat kontorunda alqı-satqı edib pulu gətirib əmisi Cavabdeh1 vermişdir. Əmisi ona zəng edib deyəndə ki, torpağı satmasın, o artıq torpağı sataraq Bərdə şəhərinə qayıtmışdır. Ona etibarnamə verilmişdir ki, gedib Cavabdeh1 məxsus torpağı satıb pulunu gətirib Cavabdeh1 versin. O da gedib qeyd olunan 0.08 ha torpaq sahəsini alqı-satqı əsasında satıb, onun dəyərini alıb gətirib əmisi Cavabdeh1 vermişdir. 0.08 ha torpaq sahəsini 10000 (on min) manata satmışdır. Pulun onun tərəfindən alınmasına dair qəbz yoxdur. 10000 manatı gətirib əmisi Cavabdeh1 evində özünə vermişdir. 10000 manat hansı əskinaslardan olduğu dəqiq yadında deyil, 50 və 100 manat nominallarından ibarət olan əskinaslar idi. Alqı-satqı müqaviləsi Bakı şəhərində 6 saylı Dövlət Notariat Ofisində bağlanmışdır. Alqı-satqı müqaviləsinin nəyə görə Bakı şəhərində 6 saylı Dövlət Notariat Ofisində bağlanması barədə heç nə deyə bilmir. Alıcı Bakı şəhərində yaşamışdır. Onun 3-cü şəxs X15 ilə heç bir qohumluq və ya digər yaxınlıq əlaqəsi yoxdur. Satılan torpağın pulunu Bakı şəhərində "xxxx" ASC-nin filialından almışdır. 0.08 ha torpaq sahəsini alqı-satqı etdiyi gün torpağın pulunu gətirib Cavabdeh1 vermişdir. İddiaçı ilə telefonla danışarkən demişdir ki, buyur Yaqub əmi ilə danış, əmimlə yox və əgər həmin 0.08 ha torpaq sahəsi iddiaçının olubsa və iddiaçıya bağışlanıbsa bu günədək niyə öz adına rəsmiləşdirməmişdir? Cavabdeh1 öz mülkiyyətində olan 0.08 ha torpaq sahəsini X3. Forma 1 arayışının olub- olmamasından onun xəbəri olmamışdır. Bir gün ərzində ona Cavabdeh1 tərəfindən etibarnamə verilmiş, o da sabahısı gün gedib Bakı şəhərində torpağı alqı-satqı edərək başqa adama satıb pulunu gətirib Cavabdeh1 vermişdir. Torpağın alqı-satqısı ilə bağlı sənədləşmə necə olub bilmir. Onu Notariat kontorunda necə ediblər, nə cür ediblər bilmir. Əmisi Cavabdeh1 ona etibarnamə verərkən o əmisinin evində, onun yanında olmuşdur. Notariusun əməkdaşı evə gəlmiş, əmisi Ələsgər və arvadı razılıq vermişlər ki, əmisi Ələsgər ona etibarnamə versin. Cavabdeh1 etibarnaməni öz razılığı ilə vermişdir. Evdə olarkən əmisi Cavabdeh1 etibarnaməni gətirib ona vermişdir ki, onun torpağını satsın. Özü Bərdə Rayon Su Artezian idarəsində elektrik quraşdırıcısı işləyir. Bakı şəhərinə iş günü deyil, həftənin altıncı, bazar günü getmişdir. 0.08 ha torpaq sahəsinin alqı-satqısına görə heç kimdən pul almamışdır. Üç əmisi var, atası pensiyaçıdır. Torpağın satılması əmisi Cavabdeh1 öz razılığı ilə olmuşdur. Əmisi ilə atası arasında söhbət olmuşdur ki, 0.08 ha torpaq sahəsi satılsın. 0.08 ha torpaq sahəsini Bakıda 10000 manata satmış, Notariusun depozitinə 10000 manat pul qoyulmuş, alqı-satqı olunmuş və o Yaqub Məmmədovla birlikdə gedib pulu çıxarmışlar. Banka sənəd təqdim edib pulu almış, nə sənədi idi bilmir, anlayışı yoxdur. Çünki onun bu alqı-satqı müqaviləsinin bağlanmasında heç bir xeyri olmamışdır. Əvvəllər əmisi Cavabdeh1 ilə münasibətləri yaxşı olmuşdur, hazırda danışmırlar. Əmisi tərəfindən ona verilmiş etibarnamənin ləğv edilməsindən xəbəri var. Bildiyi qədər səbəb o olub ki, həmin 0.08 ha torpaq sahəsi əvvəllər hazırkı İddiaçı olmuşdur. Hazırda Bərdə rayonu Qaradağlı kəndində torpaqın bir sotu neçə manatadır bilmir. Heç kimə deyə bilməz torpağını sat və ya satma. Əmisi Cavabdeh1 Bərdə RPŞ-nə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından heç bir məlumatı yoxdur. Bu barədə atasının məlumatının olub-olmaması barədə heç nə deyə bilmir. Torpağın alqı-satqısından aldığı pulu əmisi Cavabdeh1 ikilikdə vermiş, yanlarında başqa adam olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 göstərdi ki, İddiaçı Qurbət oğlunu tanıyır, qohumdurlar. İddiaçı Bərdə rayonu Qaradağlı kəndində 0.08 ha torpaq sahəsinin olmasından xəbəri yoxdur. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun qardaşı Cavabdeh1 mülkiyyətində olmuş, Ələsgər həmin 0.08 ha torpaq sahəsini X3. Həmin torpaq sahəsinə bitişik digər torpaq sahəsində X10 məxsus ev yerləşir. Evlə mübahisəli 0.08 ha torpaq sahəsi bir hasarın içərisində yerləşir. Orada həyətin hasarlanması, həmin torpaq sahəsində olan bağın salınması və evin inşası hazırkı iş üzrə İddiaçı Qurbət oğlunun əmisi tərəfindən edilmişdir. 0.08 ha torpaq sahəsində olan bağın bağbanına İddiaçı əmisi il ərzində 2000 manat zəhmət haqqı verir. Ona isə ayda 150 manat qarovul pulu verir. İddiaçı bir dəfə də olsun həmin bağa gəldiyini görməmişdir. İddiaçı ona heç vaxt pul verməmişdir. İddiaçı əmisi X16r. Sonuncu Cavabdeh1 bibisi oğludur. 0.08 ha torpaq sahəsi X14 idi və ona görə də həmin torpaq sahəsinə ağaclar əkərək bağ salmışdır. Şahid onun oğludur. Cavabdeh1 oğlu Elbəyiyə etibarnamə verəndə o da orada olmuşdur. 0.08 ha torpaq sahəsinin sənədləri qardaşı Cavabdeh1 olmuş, həmin torpaq sahəsinin sənədlərini oğlu Elbəyiyə qardaşı Cavabdeh1 özü vermişdir. Müqavilənin harada bağlanmasından və torpağın satılması üçün nə qədər pulun alınıbverilməsindən onun heç bir məlumatı yoxdur. Qardaşı Ələsgərin barəsində Bərdə RPŞ-nə şikayəti o vermişdir. Cavabdeh1 0.08 ha torpaq sahəsini qeyri-qanuni əldə etiyinə görə şikayət etmişdir. Əslində, həmin torpaq sahəsi X17 məxsus olmuşdur. X26 ondan xahiş etmişdir ki, Cavabdeh1 barəsində şikayət etsin. Orada yerləşən fərdi yaşayış evi və mübahisəli 0.08 torpaq sahəsi bir hasarın içində olduğundan və həmin ev onun mülkiyyətində olduğundan o Cavabdeh1 barəsində şikayət etmişdir. Cavabdeh1 həmin 0.08 ha torpağı satmağa görə X6 pul almışdır. Nə qədər pul almasından məlumatı yoxdur. Mamed Əhmədovu axırıncı dəfə 2023-cü ildə görmüşdür. Ona pul ödəməsini karta köçürmələr vasitəsi ilə edir. Sovet İttfaqı mövcüd olan vaxtı X26 Azərbaycan SSR Yungül Sənaye nazirinin müavini vəzifəsində çalışmışdır. Həmin dövrdə Bərdə rayonu “Moskva” kolxozunun sədri X13 vasitəsi ilə özü üçün torpaq sahələri almış və dayısı oğlanlarının adına rəsmiləşdirmişdir. X15 bilmişdir ki, həmin torpaq sahəsi Mamed Əhmədova məxsusdur və bilmişdir ki, həmun 0.08 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir, onun adına rəsmiləşdirilmişdir. Qardaşı Cavabdeh1 etibarnaməni könüllü olaraq onun oğlu Şahid vermişdir. Sonradan etibarnamənin verilməsi ilə bağlı heç bir narazılıq bildirməmişdir. Satılan 0.08 ha mübahisəli torpağın yanında ev var və hər ikisi bir hasarın içindədir. Hazırda həm ev, həm də torpaq sahəsi X8 mülkiyyətindədir. Cavabdeh1 oğlu Şahid etibarnamə verərkən orada nə Bərdə RPŞ-nin nə də Bərdə Rayon Prokurorluğunun nümayəndəsi və ya əməkdaşı olmamışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən İddiaçı Qurbət oğluna bağışlanmasından onun məlumatı olmamışdır. X26 zəng edib qardaşı oğlu İddiaçı demişdir ki, sabah gedib sözügedən 0.08 ha torpaq sahəsini Şirin Ağayevin adına rəsmiləşdirsin. İddiaçı də demişdir ki, “baş üztə əmi, sabah edərəm”. Sabahısı gün İddiaçı nə fikriləşmişdirsə qalmaqal yaratmış və rəsmiləşdirmə işi alınmamışdır. Sonra nə cür etdi deyə bilmir, həmin torpaq sahəsi İddiaçı öz adına rəsmiləşdirilmişdir. Mamed müəllim zəng etmiş və onu də əlaqələndirmişdir. Sahib, o və Mamed müəllim üçü telefonla danışmışlar. Mamed müəllim İddiaçı demişdir ki, “əgər istəyirsənsə evi torpaqla birlikdə və həmin 0.08 ha torpaq sahəsini verim sənə”. Sahib Əhəmədzadə də öz növbəsində bildirmişdir ki, “xeyr əmi, istəmirəm, mənim ona gücüm çatmaz”. Belə olan halda Mamed Əhmədov demişdir ki, “onda mən oranı satıram, çünki mənim borcum var”. Orda olan ev, torpaq sahəsi ilə birlikdə onun başqa qardaşının adına, həmin 0.08 ha torpaq sahəsi isə Cavabdeh1 adına rəsmləşdirilmişdir. Digər qardaşının adına olan ev və torpaq sahəsi sonradan onun adına rəsmiləşdirilmişdir. X26 mobil telefon vasitəsi ilə qardaşı oğlu İddiaçı demişdir ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən və Cavabdeh1 adına rəsmiləşdirilmiş, ona məxsus 0.08 ha torpaq sahəsini X18 adına rəsmiləşdirsin. Yəni, ümumilkdə həm ev torpaq sahəsi ilə birlikdə, həm də sözü gedən 0.08 ha torpaq sahəsi rəsmiləşdirilsin onun adına, o da öz növbəsində X8 adına rəsmiləşdirməli idi. Mamed müəllimlə Yaqub Məmmədovun arasında borc və pul məsələsi olub-olmamasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 göstərdi ki, əri Cavabdeh1 qardaşı Şirin Ağayev və onun oğlu Şahid onları aldadaraq onlardan etibarnamə almışlar. Onlar hec kimə etibarnamə verməmişlər. 0.08 ha torpaq sahəsi ərinin mülkiyyətində olmuş, həmin torpağı da əri bir neçə il əvvəl İddiaçı hədiyyə etmişdir. X15 adında şəxsi tanımır, onların qonşuluğunda belə bir adam yaşamır. Şahid onlara gəlmiş və bildirmişdir ki, “bu sənədlərə qol çəksinlər”. Ancaq nə sənəd olduğunu bilməmişlər. Onların kiməsə etibarnamə vermək və ya torpaq sahəsi satmaq niyyətləri olmamışdır. O, dəfələrlə Şirin Ağayevi qapıdan qovmuşdur. Onlar heç kimdən pul almamış və pul görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, İddiaçı onun qardaşı, Ələsgərlə Şirin isə atasının dayısı uşaqlarıdır. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi rəhmətlik atasının torpağı olmuşdur. Cavabdeh1 atasının şəxsi sürücüsü işləmişdir. İki torpaq sahəsi olduğundan atası həmin torpaqlardan birini Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin torpaq hazırda İddiaçı məxsusdur. İddiaçı tapşırığı ilə torpağın kənarına hasar çəkmiş, ağaclar əkmişdir. Torpağa gilas, alma, armud, alça ağacları əkmişdir. Sahib ağacları suvarmaq üçün torpağa Tərtər suyu çəkmişdir. X25 torpağının yan tərəfində torpaq sahəsi var. X35 orada görməmişdir. Yaqub müəllimi bir dəfə qardaşıgilə daxil olanda görmüşdür. Qardaşı şəhərdə olur, Yaqub müəllimlə qonşudur. Hasarı onun çəkdiyini Yaqub müəllim bilmişdir. Belə ki, Yaqub müəllim qardaşıgildən çıxanda qapıda onunla qarşılaşmış, onunla görüşmüş və bildirmişdir ki, məhləyə hasar çəkirsiniz xeyirli olsun. Sahibin pulu ilə torpağa dəmirdən qapı yığmışdır. Sahibin işi çox olduğundan çatdıra bilməmiş, bütün işləri ona tapşırmışdır. O, səhhəti ilə bağlı Bakı şəhərində olmuş, qayıtdıqdan sonra torpağa başqa dəmir qapı qoyulduğunu görmüşdür. Yəqin ki, dəmir qapını Yaqub müəllim qoymuşdur. Yaqub müəllimin həyətində olan evi də atası inşa etdirmişdir, ancaq Yaqub müəllimin həmin evi kimdən aldığını bilmir. Sahibin torpağına hasarı 2018-ci ildə çəkdirmişdir. İddiaçı həyətində ev yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 göstərdi ki, Cavabdeh1 qardaşıdır. Sonuncu xəstədir, müalicə olunur. X31 Ələsgərin barəsində polis və prokurorluq orqanlarına şikayət vermiş, qardaşı ilə birlikdə o da polisə, prokurorluğa getmiş, izahat vermişlər. Səhəri gün gəlib məcbur edib Ələsgərdən etibarnamə almışdır. İndi də oğlu deyir ki, Ələsgərə 10000 manat pul vermişdir. Əslində isə, onlar Ələsgərə bir manat da olsa pul verməyiblər. Ələsgər deyir ki, torpağı Sahibə verib, Şirin Ağayev isə deyir ki, torpağı Sahibə vermə, Mamed müəllimə ver. Ələsgər etibarnamə verəndə orada olmamışdır. Ancaq polisə, prokurorluğa Sahiblə bir yerdə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərdi ki, Cavabdeh1lə qonşudur. Ələsgərin yaşadığı evdə olarkən sonuncunun qardaşı Şirin və başqa bir nəfər şəxs ora gəlmişdir. Səhv etmirsə həmin şəxs ASAN xidmətdə işləyirdi. Şirin demişdir ki, “etibarnamə ver, sənəddə səhvlik var, aparıb onu düzəldim”. Onlar gələndə axşam saatları idi. Gələn şəxslər Şirinlə notariusda işləyən oğlan olmuşdur. Həmin oğlan onu tanımışdır, Saatlıdandır. Ələsgəri telefonla danışdırmışlar və etibarnamə bu formada verilmişdir. Həmin vaxt Elbəyi orada olmamışdır. Mübahisəli torpaq sahəsi Bərdə rayonu Qaradağlı kəndində yerləşir, torpağı tanıyır, həmin torpağa mişar daşı da daşımışdır. Mişar daşını hasar çəkilməsi üçün aparmışdır. Hasarı Müsahib çəkdirmiş, ancaq pulunu Sahib vermişdir. Həyətdə ağac əkilmişdir, ağacları Sahibgil əkmişdir. 7-8 maşın mişar daşı aparıb boşaltmış, pulunu Sahib vermiş, ancaq hasarın hörülməsini Müsahib həyata keçirmişdir. Həmin torpaq əvvəldən Sahibin olmuşdur. Sahibin atası ilə yaxın olduğuna görə bilmişdir ki, torpaq Sahibindir. Yaqub Məmmədovu tanıyır. Cavabdeh1 atasının əmisi oğludur. İddiaçı ilə də qohumdurlar. Etibarnamə veriləndə Ələsgər onlarda olmuşdur. Ələsgər xəstə olduğuna görə yaxşı danışa bilməmişdir. Ona görə də telefonda çəkiliş edilərkən sözləri bir neçə dəfə təkrar etdirmişlər. Həmin vaxt darıxdığından siqaret çəkmək üçün çölə çıxmışdır. Ələsgərə vərəq verilmiş, sözləri oradan oxumuşdur. Ələsgər etibarnaməni öz xoşu ilə verməmiş, Şirin deyirdi ki, bunu etməlisən. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 vəsatəti əsasında ikinci dəfə məhkəmə iclasında dindirilmiş Şahid məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, onun səs yazısından məlumatı yoxdur. Alqı-satqıda o iştirak etmiş, etibarnaməni ona Cavabdeh1 vermişdir. Torpağın alqı-satqısına görə 10000 manat pul almış, əlavə heç bir ödəniş etməmişdir. Cavabdeh1 etibarnaməni alıb Bakı şəhərinə gedərkən sonuncudan pul almamışdır. 10000 manat pulu Bakı şəhərində Kapital Bankdan almış, lakin hansı filialdan aldığı yadında deyil. Bankdan pulu şəxsiyyət vəsiqəsini təqdim edərək götürmüşdür. 10000 manat bütöv pul götürmüş, pulu gətirib Ələsgərin qapısının ağzında özünə vermişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinə iki dəfə getmiş, ancaq tarixləri yadında deyil. Notariat ofisinə birinci dəfə alqı-satqı üçün getmiş, lakin ikinci dəfə nə üçün getdiyi yadında deyil. İkinci dəfə torpağı alan şəxs, yəni Yaqub Məmmədov onu çağırmışdır ki, torpağı geri qaytarmaq istəyir. Yaqubun torpağı qaytarmasının səbəbi o olmuşdur ki, Sahib demişdir ki, torpaq onundur. Lakin sonradan razılaşmamışlar. Yaqub müəllim onu çağırmışdır ki, “gəl torpağı qaytarıram”. İkinci dəfə torpağı qaytarmaq üçün gedəndə 10000 manat pulu aparmamışdır. Yaqub müəllim demişdir ki, pulu özü alacaq. Ələsgər ona etibarnamə verdiyindən Yaqub pulu ona vermiş, o da gətirib Ələsgərə vermişdir. Onun heç bir sənəddən, səs yazısından xəbəri yoxdur. Əmisi Ələsgər onu yaşadığı evə çağırmış və bildirmişdir ki, gedib torpağını satıb pulunu gətirsin. Ələsgərə deməmişdir ki, gedir onun sənədini gətirməyə, belə bir danışıqları olmamışdır. O, Ələsgərə deməmişdir ki, onu həbs edəcəklər. Səs yazısında olan səs ona məxsus deyil. Ələsgərin mülkiyyətində olan torpaq sahəsinin Sahibə bağışlanmasından məlumatı olmamışdır. Onun heç nədən xəbəri olmamış, satan Ələsgər, alan isə Yaqub olmuşdur. O, nümayəndə kimi alqı-satqıda iştirak etmişdir. Onunla əmisi və əmisi arvadı arasında heç bir söhbət olmamışdır. Alqı-satqı olan günü 10000 manat pulu depozitdən götürüb, gətirib Ələsgərə vermişdir. Pulu götürəcəyi bankı tanımamış, Yaqub müəllimlə birlikdə getmişdir. Həmin gün Bərdə rayonuna qayıtmış və axşam pulu Ələsgərə vermişdir. Pulu Ələsgərə qapısının ağzında vermiş, sonuncu heç bir narazılığını bildirməmişdir. Təqribən bir ay olar-olmaz Ələsgər ona demişdir ki, gedib torpağı qaytarsın. Bu barədə Yaquba bildirmiş və torpağı qaytarmaq üçün Bakı şəhərinə getmişdir. Yaqub torpağı qaytarmaq istəsə də, qarşı tərəf razılaşmamış, torpağı məhkəmə yolu ilə qaytaracaqlarını bildirmişlər. Alqı-satqı müqaviləsində olan imza ona məxsusdur. Müqaviləni bağlayanda oxumamışdır. Ələsgər ona demişdir ki, torpağı Yaqub Məmmədova satacaq. Mübahisəli torpaq sahəsini tanımış, torpaq Mamed müəllimin olmuş, həmin torpağa həmişə atası və atasının əmisi oğlu nəzarət etmişlər. Torpağın qiyməti ilə bağlı yəqin ki, özləri razılaşmışlar. Ona demişlər ki, 10000 manat pul gətirəcək. Yəqin ki, 9880 manat pulun üstünü Yaqub müəllim düzəldib 10000 manat etmiş, həmin pulu gətirib təklikdə Ələsgərə vermişdir. 9980 manat pulu qəbul etməsi barədə qəbzdə olan imza ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 göstərdi ki, səs yazısında olan səs onun səsidir. O, Ələsgər ilə qonşudur, səs yazısı Ələsgərin evində aparılmışdır. Onun qaz açarı Ələsgərgildə olmuş, onu almaq üçün getmiş, qabaqcadan zəng etmişdir ki, açarı almağa gəlir. O, həyət qapısından içəri girəndə Şahid arxasınca içəri daxil olmuşdur. Orada mübahisə olduğundan oturub açarı gətirmələrini gözləmişdir. Ələsgər Elbəyidən sənəd tələb etmiş, Elbəyi də Bakı şəhərinə sənədi gətirməyə getdiyini bildirmişdir. Pul məsələsinə gələndə Elbəyi Ələsgərə ona pul verdiyini bildirmiş, Ələsgər isə “sən mənə nə vaxt pul vermisən” demişdir. Həmin vaxt evdə Ələsgər, arvadı, onların nəvəsi, o və Elbəyi olmuşdur. Mübahisə əsasən Elbəyi ilə Ələsgərin arasında getmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuşdur, Bərdə rayonu Gərənə kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh1 xx.xx.1964-cü ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuşdur, Bərdə rayonu Gərənə kəndində qeydiyyatdadır. AZE seriyalı 15585552 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1965-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi ev 2A-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 2246 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Gərənə kəndində yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. 13 fevral 2009-cu il tarixli, notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 11 fevral 2009-cu il tarixli 875 saylı arayışına və 11 fevral 2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********88 olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan və Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. -Özgəninkiləşdirilən daşınmaz əmlakı tərəflər 10000 (on min) manata qiymətləndirmişlər. -Bu müqavilə rəsmiləşdirilərkən göstərilən daşınmaz əmlak ipoteka (girov) qoyulmamış, üzərində məhkəmə mübahisəsi yoxdur. 09 noyabr 2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı - Cavabdeh1 Bərdə rayonu Qaradağlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini alıcı - X10 10000 (on min) manata satmışdır. Satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyən edici sənədə əsasən satıcı Cavabdeh1 məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,08 ha. -Daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı - X15 ilə satıcı - Cavabdeh1 nümayəndəsi Şahid arasında bağlanmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, alqı-satqı müqaviləsi üzrə X15 tərəfindən xx.xx.2024-cü il tarixli x-2346 nömrəli məktuba əsasən 10000 (on min) manat pul alqı-satqı üzrə 410400G**********107 nömrəli hesaba mədaxil edilmişdir. 09 noyabr 2024-cü il tarixli KB24 № ******* olan qəbzin kötüyündən görünür ki, 9880 manat pulu xx.xx.2024-cü il tarixdə Şahid qəbul etmişdir. 09 noyabr 2024-cü il tarixli 0D1 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid xx.xx.2024-cü il tarixli, 4E 1539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Milli Gəlirlər Departamentinə 120 manat məbləğində rüsum ödəmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən Cavabdeh1, etibar edilən Şahid harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınmaz əmlakı üzərində sərəncam verməyi, eləcə də adına daşınmaz əmlak almağı və hədiyyə qəbul etməyi, bununla bağlı istənilən müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi, dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi etibar etmişdir. -Etibarnamə xx.xx.2025-ci il tarixədək etibarlıdır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, imzası təsdiq edilən şəxs - X27 birgə nikah dövründə əldə edilmiş qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********88 olan çıxarışa əsasən əri Cavabdeh1 məxsus olan, Bərdə rayonu Qaradağlı kəndi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin satılmasına etiraz etmir. “Elektron notariat” X4 vasitəsilə “X7” AQİS-dən xx.xx.2024-cü ildə çap edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 ilə X29 arasında nikah xx.xx.1994-cü ildə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra qadına Ağayeva soyadı verilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X20 tərəfindən çap edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. “Elektron notariat” X1 xx.xx.2024-cü ildə çap edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 Bərdə Regional "ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə Ağcabədi Regional "ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 3i ünvanında qeydiyyatda olan Şahid verilmiş və reyestrdə 7E-15587 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə vermişdir. 13 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeyd olunan torpağa görə yeni çıxarış verilmişdir. Cavabdeh Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini 13 fevral 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır. Torpağın iddiaçıya bağışlanması barədə müqavilə olsa da, sonuncu torpağı öz adına rəsmiləşdirməmiş, həmin torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmamış, sözügedən torpaq sahəsi Cavabdeh1 mülkiyyətində qalmaqda davam etmişdir. Cavabdeh onu təmsil edən etibarnamə üzrə nümayəndəsi Şahid vasitəsilə Bərdə rayonu Qaradağlı kəndində yerləşən və mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsini 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 10000 (on min) manata satmışdır. Bakı şəhəri 6 saylı Notariat Ofisində alqı-saqı müqaviləsi bağlanarkən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X20 tərəfindən çap edilmiş arayışla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzrəində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1 və 139-1.1.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.6-cı maddəsinə görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İşin hallarından görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olmuş, sonuncu qeyd olunan torpaq sahəsini notariat orqanında bağlanılmış (etibarnamə ilə nümayəndəsi Şahid vasitəsilə) alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X10 10000 manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X20 tərəfindən arayış alınmış, həmin arayışda xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Göründüyü kimi, Cavabdeh1 üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamış torpaq sahəsini etibarnamə üzrə nümayəndəsi (təmsilçi) vasitəsi ilə satmış, alıcı X15 isə dəyərini notariusun depozit hesabına ödəyərək həmin torpaq sahəsini almışdır. Üçüncü şəxs X8 daşınmaz əmlakı vicdanlı əldə etməsini təkzib edən hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 qardaşı oğlu Şahid etibarnamə verərkən təsirə və təzyiqə məruz qaldığını, qardaşı Şirin Ağayevin onun barəsində polis və prokurorluq orqanlarına şikayət etdiyini, məcburiyyət qarşısında Şahid etibarnamə verdiyini bildirmiş, torpağının satılmasına görə ona pul verilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qardaşının onunla bağlı polis və prokurorluq orqanına şikayət etməsi şəxsə qarşı təsir və təzyiq kimi qiymətləndirilə bilməz. Hər bir halda edilmiş müraciət (şikayət) müvafiq orqanlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh öz iradə ifadəsinə uyğun olaraq Şahid etibarnamə vermiş və sonuncu da ona verilmiş etibarnamə əsasında Bərdə rayonu Qaradağlı kəndində yerləşən və cavabdehin (etibar edənin) mülkiyyətində olan 0,08 ha torpaq sahəsini Yaqub Məmmədova satmışdır. MM-nin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd olunan maddənin tələbindən də görünür ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Cavabdeh1 Şahid etibarnamə verərkən ona şəxsən özünə və ya əmlakına real təhlükə yarada bilən məcburetmə (təsir, təzyiq) göstərilməsini və məhz həmin məcburetmənin nəticəsində sözügedən etibarnaməni verməyə məcbur olmasını müəyyən etmək mümkün deyildir. Cavabdehin qardaşı Şirin Ağayevin onun barəsində müxtəlif inzibati orqanlara etdiyi müraciətlər isə tamamilə qanunvericiliyə uyğun olan müraciətlər olduğundan, Şirin Ağayevin həmin hərəkətləri nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər olduğundan, onun həmin hərəkətləri MMnin 339.4-cü maddəsinin məzmununa əsasən, məcburetmə sayılmır. MM-nin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə cavabdehin torpağın satışından ona pul verilməməsi ilə bağlı dediklərinə qiymət verərək hesab edir ki, cavabdeh bununla bağlı pul tələbi ilə aidiyyəti şəxslərə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu hal alqı-satqının etibarsızlığına səbəb ola biləcək hal kimi nəzərə alına bilməz. Cavabdehin torpağın satışından nümayəndəsi Şahid tərəfindən ona pul verilməməsi ilə bağlı sübut kimi məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında dinlənilmiş səs yazısı ilə bağlı məhkəmə qeyd edir ki, həmin səs yazısının əldə edilmə mənbəyi məlum olmadığından, o cümlədən, səs yazısında olan danışıqlar anlaşılmaz olduğundan, iddianın mahiyyəti ilə bağlı anlaşılan sübutlar əldə etmək mümkün olmadığından məhkəmə qeyd olunan səs yazısını sübut növü kimi qəbul etməmişdir. Ümumiyyətlə, qeyd edilməlidir ki, satıcı Cavabdeh1 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması ilə hüquqlarının pozulmasını, həmin müqavilənin onun iradə ifadəsi olmadığını hesab edirdisə, sözügedən müqavilənin ləğvi və ya etibarsızlığı tələbi ilə özü məhkəmədə iddia qaldıra bilərdi. Lakin o belə bir iddia ilə məhkəməyə müraciət etməmiş, həmin müqavilənin bağlanılması ilə hüquqlarının pozulduğunu hesab edən, 13 fevral 2009-cu il tarixli, Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə hədiyyə alan şəxs İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 ilə (təmsilçisi Şahid vasitəsilə) üçüncü şəxs X8 arasında bağlanılmış 09 noyabr 2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanıldığından alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilməməlidir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında tələb təmin edilmədiyinə görə, onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi haqqında tələb də təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhər 6̇ Saylı Dövlət Notariat Kontoruna qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X39 7 saylı Bərdə Ərazi İdarəsi və X15 olmaqla, "Alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar