Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-600/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X9 iclas kаtibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh və üçüncü şəxslər X15 və X7 qarşı “09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, onlar Bərdə rayon sakinləridir. X4, anaları isə X16r. Onlar 4 uşaq olmuşlar. X39 29 sentyabr 1989-cu il tarixdə, anaları Çiçək Fərəcova isə 01 may 2003-cü ildə, qardaşları X20 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Ataları vəfat etməmişdən öncə xüsusi mülkiyyətində ünvan 2 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi vardır. Qeyd etdiyi torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X40 kitabında A № 200280 nömrə ilə uçota alınmış, sahəsi 635,96 kv.m olan fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. Sözügedən plan və ölçü sənədində ata adı səhv yazıldığından bununla bağlı məhkəməyə müraciət etmiş, ərizəsi əsasında Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1411/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, X30 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X21 məxsus olması faktı müəyyən edilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və həmin sahə üzərində inşa edilmiş fərdi yaşayış evində o, bacıları ilə birlikdə qalmış və istifadə etmişdir. Hazırda evin bütün kommunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o, Bərdə şəhər C.Cabbarlı küçəsi 30 nömrəli evdə yaşadığı üçün mirası o qəbul etmişdir. Onun qeydiyyat ünvanı ünvan 3 küçəsi ev 30-dur. X54 Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş məktubda hər iki ünvanın eyni ünvan olması qeyd edilmişdir. İndi isə miras qalmış fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Bununla bağlı notariusa müraciət etdikdə adına sənədləşdirməkdən imtina etdilər. Səbəb olaraq mirası qəbul etmə müddəti ötürülmüşdür. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon məhkəməsinin 2(021)-297/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə tələbi təmin edilmişdir. Lakin qətnamədən maraqlarına toxunmuş hazırki iş üzrə cavabdeh mərhum qardaşının həyat yoldaşı Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2292/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Qətnamənin ləğvinə səbəb isə anaları Çiçək Fərəcovanın 01 may 2003-cü ildə vəfat etdikdən sonra onun vərəsəsinin qardaşı X20 olduğunu bildirərək qardaşının adına fərdi yaşayış evinə 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi alınmışdır. Qardaşı vəfat etdikdən sonra isə vərəsəsi yoldaşı Cavabdeh olmuşdur. Bunlardan isə sadəcə məhkəmə zamanı məlumatı olmuşdur. Qeyd edir ki, vərəsəlik şəhadətnaməsi saxta yolla alınmışdır və buna görə hüquqları pozulmuşdur. Buna görə sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsini və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsini istəyir. Daha sonra iddiaçılardan İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-600/2024 saylı qərardadı ilə X15 və X17 üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Cavabdeh məhkəməyə hakimə etiraz ərizəsi göndərərək iş üzrə hakim və katibin məhkəmə işindən kənarlaşdırılması və iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(021)-600/2024 saylı qərardadı ilə hakimə etiraz baxılmamış saxlanılmışdır. Cavabdehin nümayəndəsi və iş üzrə üçüncü şəxs olan Aygün Fərəcova məhkəməyə yenidən vəsatət göndərərək əvvəl vermiş olduğu etirazın təmin edilməsi, iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertiza keçirilməsi və rəy verən ekspertlərin dindirilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki qərardadında həmin məsələlərə qiymət verdiyindən sonuncu məhkəmə baxış iclasında yerində müşavirə edərək məhkəmə iclas protokoluna qeyd edilməklə vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı1 və İddiaçı2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və üçüncü şəxslər Aygün və Günay Fərəcovalara məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1953-cü ildə Bərdə rayonunda doğulmuşdur. ünvan 5 ünvanında yaşayır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1953-cü ildə doğulmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə ünvan 6 ünvanında yaşayır. İşdə olan АЗ № 060223 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1953-cü ildə Bərdə rayonunda doğulmuşdur. X6, anası X16r. İşdə olan АЗ № 060224 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1953-cü ildə Bərdə rayonunda doğulmuşdur. X6, anası X16r. İşdə olan АЗБ № 066122 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə Bərdə rayonunda doğulmuşdur. X6, anası X16r. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X24 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,96 kv.metr torpaq sahəsi ayrılmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X26 xx.xx.2003-cü ildə Bərdə rayonunda xroniki damar çatmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2003-cü ildə 101 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X31 xx.xx.1989-cu ildə Bərdə rayonunda hipertaniya səbəbindən vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.1989-cu ildə 150 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X20 xx.xx.2020-ci ildə Bərdə rayonunda dəqiqləşdirilməmiş beyindaxili qansızma səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 165 nömrə ilə qeyd edilmişdir. X54 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3012/2023 saylı məktubdan görünür ki, 29 sentyabr 1989-cu ildə vəfat etmiş atası ünvan 7 ünvanında qeydiyyatda olmuş X10 miras qalmış əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı vərəsələrlə arasında ixtilaf olduğunu bildirmişdir. Odur ki, miras qalmış əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2292/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-297/2023 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı1 maraqlı şəxslər Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna, İddiaçı3 və İddiaçı2 qarşı “miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə Laçın rayonunda doğulmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1998-ci ildə doğulmuşdur. X54 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli 88 saylı məktubdan görünür ki, 01 may 2003-cü ildə vəfat etmiş X11 barəsində vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edilməsi zəruri hesab edilmişdir. 29 sentyabr 1989-cu ildə vəfat etmiş X18 barəsində açılmış 19 mart 2023-cü il tarixli V-234 reyestr nömrəli vərəsəlik işi ilə əlaqədar zəruri sənədlərin kserosurətləri aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş X27 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən X10 miras qalmış fərdi yaşayış evi və torpaq sahəsini miras olaraq qəbul etməsi və başqa vərəsələrinin olmaması qeyd edilmişdir. Məktuba əlavə edilmiş Bərdə RİHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyi və DİN ASAN-Bərdə tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı1 ünvan 8 ünvan S.Vurğun 30 olub sonradan ünvan dəyişdirilərək C.Cabbarlı 24-dür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2023-cü il tarixli 05Q/76-196/12 saylı arayışdan görünür ki, xx.xx.1912-ci ildə Bərdə rayonunda doğulmuş və xx.xx.1989-cu ildə Bərdə rayonunda vəfat etmiş X18 barəsində ƏN-in “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıda qeyd olunan məlumatlar aşkar edilmişdir: 1.Oğlu: İddiaçı1 (xx.xx.1956) 2.Qızı: X28 (xx.xx.1961, vətəndaşın verdiyi məlumata görə vəfat edib)
3. Qızı: X29 (xx.xx.1964, vətəndaşın verdiyi məlumata görə vəfat edib) İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Bərdə RİHB-nın Bərdə şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 36 saylı məktubdan görünür ki, ünvan 2-da yaşamış X18 aşağıdakı ailə üzvləri vardır: 1.X26-yoldaşı xx.xx.2003-cü ildə vəfat etmişdir. 2.X32-oğlu-xx.xx.1956. 3.İddiaçı3-qızı-xx.xx.1953. 4.İddiaçı2-qızı-xx.xx.1953. 5.X20-oğlu-xx.xx.2020-ci ildə vəfat edib. ünvan 9 ünvanında yaşamış X1 aşağıdakı ailə üzvləri qalmışdır.
1. Cavabdeh-yoldaşı
2. X15-qızı-xx.xx.1998.
3. X17-qızı-xx.xx.1998. Bərdə rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusuna əsasən tələb olunan sənədlər məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki: X28 xx.xx.1961-ci ildə Bərdə rayonunda doğulmuş, X6, anası X16r; İddiaçı1 xx.xx.1956-cı ildə Bərdə rayonunda doğulmuşdur, anası X16r; X29 xx.xx.1964-cü ildə Bərdə rayonunda doğulmuşdur, atası X34, anası X16r; Fərəcova Həmaya xx.xx.1953-cü ildə Bərdə rayonunda doğulmuşdur, anası X16r; Fərəcova Samaya xx.xx.1953-cü ildə Bərdə rayonunda doğulmuşdur, anası X16r; X20 xx.xx.1957-ci ildə Bərdə rayonunda doğulmuşdur, anası X16r. İşdə olan Bərdə şəhər İmamzadə Məscidi dini icması tərəfindən verilmiş 04 saylı arayışdan görünür ki, Bərdə rayon sakini, C.Cabbarlı küçəsində yaşamış, müvəqqəti olaraq Rusiyanın Kemerov şəhərində vətəndaşlığın qəbul etmiş 1961-ci il təvəllüdlü mərhum X33 xx.xx.2008-ci ildə orada vəfat etmiş, Bərdə şəhərinə gətirilərək Alaçadırlı kənd qəbiristanlığının şimal hissəsində dəfn edilmişdir. İşdə olan qəbirin fotoşəklindən Balaş Dadaş oğlunun xx.xx.2008-ci ildə vəfat etməsi görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Bərdə rayon məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sorğu ilə əlaqədar Bərdə rayonu 1 saylı dövlət notariat ofisində 09 iyun 2012-ci il tarixdə 2V-467 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. İşdə olan 2V-467 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 may 2003-cü ildə vəfat etmiş X11 vərəsəsi Bərdə şəh., M.Ə.Rəsulzadə küçəsi, ev 29-da qeydiyyatda olan oğlu X12r. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmanət Bankının Bərdə filialının 013 nömrəli əmanət kassasında olan əmanət pulu və onların faizindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2024-cü il tarixli məhkəmə mühəndis texniki ekspertizasının rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə Bərdə şəhər sakini X51 (Firiş) oğluna keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№200280 saylı Torpaq sahəsinin plan və ölçü sənədinə verilmiş 635,96 kv.metr torpaq sahəsi ilə naturada istifadəçilik vəziyyəti arasında konfiqurasiya fərqi və koordinat uyğunsuzluğu olduğundan mütəxəssis rəyi naturaya uyğun hazırlanmışdır. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçı və cavabdehlərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə sənəd üzrə 635,96 kv.metr həyətyanı torpaq sahəsi verilsə də, hal-hazırda onların istifadəsində 0,15 ha torpaq sahəsi vardır və ünvan 12 ünvanda yerləşir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və təqdim edilmiş adlı siyahıda qeyd edilən şəxslərin pay hüququ tanına bilər. Faktiki olaraq naturada 3 fərdi yaşayış evi və 1 köməkçi tikili mövcuddur. Torpaq sahəsi üzərində inşa edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə aparılmış ekspertiza xərci 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X3 ailə üzvləri və qanun üzrə birinci növbəli vərəsələri övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, X28 (bəzi mənbələrdə X33), X29, X12r. X3 arvadı X26 01 may 2003-cü ildə, övladı X20 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. X1 isə ailə üzvləri və birinci növbəli vərəsələri hazırki iş üzrə Cavabdeh, üçüncü şəxslər olan övladları Fərəcova Aygün və X13rıdır. İş üzrə tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından və işdə olan qeydiyyat şöbəsinin və dini icmanın dəfn barədə arayışlarından və qəbir şəklindən X33 (bəzən bu şəxs X28 ilə eyniləşdirilir) və X14 vəfat etməsi görünsə və qeyd edilsə də bu haqda ölüm şəhadətnaməsi və ya ölüm haqqında akt qeydindən çıxarışlar (arayışlar) olmadığından iş materiallarından X18 övladları olan adları çəkilən şəxslər, yəni birinci növbəli vərəsələrin vəfat edib-etməməsini müəyyən etmək mümkün deyil və bu halın araşdırılması ayrıca mülki mühakimə (iddia) icraatının predmetidir. Belə olan halda məhkəmə hesab edir ki, miras payları bölünüb müəyyənləşdirilərkən X10 miras qalmış əmlakdan X28 (bəzi mənbələrə görə X33) və X19 çatacaq miras (vərəsəlik) payları açıq saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X20 vəfat etdiyindən X2 oğluna çatacaq miras payından irsi transmissiya qaydasında onun vərəsələri olan Cavabdeh, X17 və X15 da vərəsəlik qaydasında miras payı əldə etmək hüququna malikdirlər. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının və mütəxəssisin verdiyi rəydən görünür ki, bölünməsi tələb olunan torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yoxdur. İddiaçı isə sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin bölünərək orada vərəsələrin paylarının müəyyən edilməsi hissəsini göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddianın həcminin azaldılmış hissəsində qismən təmin edilərək X2 miras qalmış əmlak olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X21 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün ayrılmış (ünvan 1 ünvanında yerləşən) 635,96 kv.metr torpaq sahəsi vərəsələr arasında bölünərək paylar müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, vərəsələrin miras payları aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, miras qalmış torpaq sahəsinə sağ qalan vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 3/18 hissədə miras (vərəsəlik) payları, Cavabdeh, X17 və X5 hər birinin isə 1/18 hissədə miras (vərəsəlik) payları tanınmalıdır. Miras qalmış torpaq sahəsindən X28 (bəzi məlumatlara görə X33) və X14 hər birinə çatacaq 3/18 hissədə miras payları isə açıq saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin predmeti olan miras əmlakın, yəni əmanət olan pulun miqdarının nə qədər olması və hansı valyutada olması iş materialları ilə müəyyən edilmir. Belə olan təqdirdə həmin məbləğin vərəsələr arasında miras paylarına uyğun bölünməsi qeyri-mümkündür. Həmçinin, həmin əmanətin X11 vərəsəsi olan mərhum X20 tərəfindən əldə edilməsindən uzun illər, yəni 12 ildən artıq bir müddət keçmişdir və məhkəmə güman edir ki, həmin əmanət olan pul məbləği artıq xərclənmişdir. Həmçinin, hazırki işdə mülki mübahisənin predmeti X2 miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünərək onların paylarının müəyyən edilməsindən ibarət olduğundan 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi hazırki işdə heç bir mühüm rol oynamır və bu tələbin təmin edilməsinə zərurət qalmır. Çünki, həmin şəhadətnamə X10 miras qalmış əmlakın vərəsələr arasında bölünərək onların paylarının müəyyən edilməsinə heç bir hüquqi maneə törətmir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, geri qalan 40 manatı isə Cavabdeh tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. X2 miras qalmış əmlak olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X21 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün ayrılmış (ünvan 1 ünvanında yerləşən) 635,96 kv.metr torpaq sahəsi vərəsələr arasında bölünərək həmin torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 3/18 hissədə miras (vərəsəlik) payları, Cavabdeh, X17 və X5 hər birinin isə 1/18 hissədə miras (vərəsəlik) payları tanınsın; Miras qalmış torpaq sahəsindən vərəsələrdən X28 (bəzi məlumatlara görə X33) və X14 hər birinə çatacaq 3/18 hissədə miras payları isə açıq saxlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, geri qalan 40 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Fuad Babaşov