Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-608/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qаrşı "əssasız hesablanmış borcun Abonent hesabından silinməsi" tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövr üçün ona su təchizatına və tullantı suların axıdılmasına görə əsassız hesabladığı cəmi 145,20 manat borcun **********000 nömrəli Abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildən hal-hazıradək həyat yoldaşı X5 və qızı X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh ASC-nin sturuktur bölməsi olan Bərdə Sukanal sahəsi tərəfindən onun ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab fakturada göstərilir ki, o və ailə üzvlərinin (cəmi 3 nəfər) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə (yəni 3 gün ərzində) işlətdikləri su sərfiyyatına görə 145,20 manat borcu yaranmışdır və həmin borcu xx.xx.2023-cü il tarixədək ödəməlidir. Daha sonra isə Cavabdeh ASC-nin sturktur bölməsi olan Bərdə Sukanal sahəsi 145,20 manatı onun **********000 nömrəli Abonent hesabında da borc kimi daxil etmişdir. Cavabdeh ASC-nin öz struktur bölməsinin şəxsində bu hərəkətlərini istehlakçı hüquqlarının pozulması, ondan 145,20 manat ödəniş etməyinin tələb edilməsini isə qanunsuz tələb hesab edir. Belə ki: Cavabdehin 145,20 manat borcu olması barədə ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab fakturada göstərilənlərə əsasən güya onunla Cavabdeh ASC-nin struktur bölməsi olan Bərdə Sukanal sahəsi arasında 47900949 nömrəli Müqavilə bağlanmışdır. Abonent kodu isə **********000-dır. Bildirir ki, onunla Cavabdeh ASC arasında nə də onun sturuktur bölməsi olan Bərdə Sukanal sahəsi arasında hər hansı bir müqavilə o cümlədən də xx.xx.2023-cü il tarixli, 47900949 nömrəli müqavilə bağlanmamışdır. Ona **********000 nömrəli Abonent kodu verilməsindən xəbəri yoxdur, ona Abonent kitabçası verilməmişdir. Su sərfiyyatına görə 145,20 manat borcu olması barədə ünvanına göndərilmiş hesab faktura ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətin struktur bölməsi olan Bərdə Sukanal sahəsinə getmiş və həmin müqavilənin surətinin ona verilməsini istəmişdir. Bu zaman Bərdə Sukanal sahəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli, ********* nömrəli "Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan “Müqavilə"nin surətini vermişlər. Həmin müqavilədə onun imzası, həmçinin cavabdehin imzası və möhürü yoxdur, ailə tərkibi isə 4 (dörd) nəfər göstərilmişdir. Cavabdehin sturuktur bölməsi olan X6 rəhbərliyi bu saxta müqavilənin hansı məqsədlə tərtib edildiyini ona heç nə ilə izah edə bilməmiş, qanunsuzluğu aradan qaldırmaq və 145,20 manat əsassız hesablanmış borcun Abonent hesabından silinməsini təmin etmək əvəzinə ona “məhkəməyə müraciət etsən də, uduzacaqsan, yaxşısı budur əlavə xərcə düşmə, pulu ödə” məsləhətini verməklə kifayətlənmişdir. Su sərfiyyatına görə 145,20 manat borcu olması barədə ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli Hesab faktura da göstərilənlərə əsasən güya həmin borcu xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövrdə, yəni 3 gün ərzində istifadə etdiyi su sərfiyyatına görə yaranmışdır. Bu isə tamamilə yalan və həqiqətə uyğun olmayan bir şeydir. 3 günə bu qədər su sərfiyyatını 3 nəfərlik deyil, 13 nəfərlik ailə də eda bilməz. Ən əsası o, cavabdeh “Azərsu" Açıq Səhmdar Cəmiyyətin sturuktur bölməsi olan X6 su təchizatı xidmətindən, ümumiyyətlə, istifadə etmir və cavabdeh tərəfindən onun evinə içməli su xətti və tullantı suları axıtmaq üçün xətt çəkilməmişdir. Yaşadıqları əraziyə su xətti 2009-cu ildə Bərdə rayonu Qaradağlı icması adlanan bir qurum tərəfindən plastik borularla çəkilmişdir. (Həmin vaxtlar bu ərazi Qaradağlı kəndinə aid olub) Lakin bir neçə il sonra borular xarab olduğuna görə sakinlər pul yığıb öz vəsaitləri hesabına onun təxminən 500 metrlik hissəsini dəyişdiriblər. Dəyişdirilməmiş qalan hissədə borular çirkab suların axıdıldığı su arxının içərisi ilə gedir, həm də torpaq altında deyildir. Odur ki, arxadakı çirkab sular, məişət tullantıları, çirkli uşaq pampresləri və s. tullantıların qarışığı cavabdehin balansında olan su borusunun saysızhesabsız dəlmə-deşiklərindən boruya daxil olur, nəticədə içməli su adı ilə onlara verilən su üfunət qoxuyur. Bu səbəbdən də Səttərxan küçəsi ev 25/B ünvanında yaşadıqları 3 ayda o və ailə üzvləri həmin sudan qətiyyən istifada etmirlər, suyu Gərənə kəndi ərazisindəki arteziandan böyük su qabları ilə gətirərək istifadə edirlər, tullantı suları isə həyətlərindəki quyuya axıdırlar. Cavabdeh ASC ilə onun arasında bağlanmış qanuni müqavilə olmadığından və cavabdeh mübahisənin məhkəmədən kənar həllindən imtina etdiyini nümayiş etdirdiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə bununla da istehlakçı hüquqlarılnın qorunması üçün məhkəmə müdafiəsindən istifadə etməyə məcburdur və məhkəməyə bu müraciətini əsaslı olmaqdan başqa həm də qanuni hesab edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında evə 2023-cü ildə köçdüklərini, sudan istifadə etdiklərini, lakin suyun keyfiyyətsiz su olduğunu bildirmiş, sudan istifadəyə yenicə başlamalarına baxmayaraq 145,20 manatlıq borcun əsassız olaraq yazıldığını, hazırda cavabdeh təşkilatda 144 manat cərimə borcu göstərildiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5491 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, Bərdə şəhəri, Səttərxan küçəsində ailə üzvləri olan həyat yoldaşı X5 və qızı X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Abonent kartından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ərzində işlətdikləri 240 m3 su sərfiyyatına görə cəmi 144,00 manat cərimə borcu hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 47900949 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qupuna aid olan fiziki şəxlərlə bağlanan Müqavilə”nin 1.1-ci maddəsinə əsasən Cavabdeh ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 2.2-ci maddəsinə əsasən isə AR Tarif (qiymət) Şurasının Cavabdeh ASCnin “Sudan istifadə və tullantı suların axıdılması xidmətləri üzrə istehlakçı qurplarının tariflərinin və təsnifatının təsdiq edilməsi” barədə qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1m3 içməli suya görə hesablaşma ƏDV ilə 0,60 manat və istehlakçıdan qəbul edilən 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,00 manat müqabilində aparılır. İş materiallarında olan hesab fakturadan görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 145,20 manat cərimə borcu hesablanmışdır. İş materiallarında olan şəkillərdən yolun kənarı ilə su borusunun uzandığı və onun ətrafında məişət tullantılarının olduğu görünür. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli məktuba əsasən su təchizatı xidmətindən istifadəyə görə bağlanmış müqavilə, sudan qanunsuz istifadəyə görə tərtib edilmiş akt və abonentin şəxsiyyət vəsiqəsinin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan 111223 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı mənzilində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı İddiaçı məxsus evin su xəttinə müqaviləsiz qoşulduğu aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ASC-yə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövr üçün ona su təchizatına və tullantı suların axıdılmasına görə əsassız hesabladığı cəmi 145,20 manat borcun **********000 nömrəli Abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarının: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.6. hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; 4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; 5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya yazılmış borcun həqiqiliyi və səbəbi, borcun miqdarı əsaslandırılmır, həmçinin iş materiallarında olan 14 noyabr 2023-cü il tarixli müqavilədə istehlakçı bölümündə İddiaçı adı qeyd edilsə də imza yerində imtina qeyd edilmişdir. Cavabdeh təşkilat məhkəməyə iddiaçının 144 manat həcmində su sərf etməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. İş materialına əlavə edilmiş abonent kartından isə borcun məbləğinin 144 manat olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdeh təşkilat tərəfindən iddiaçıya yazılmış 144 manat borc onun hesabından silinməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа Avropа İnsаn Hаqlаrı Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı adına hesablanmış 144 manat cərimə borcu onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-608/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-608/2024
11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver