Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-647/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi3 iştirakı ilə, Ərizəçi3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 Mirzəhməd qızı və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı 02.11.2021-ci il tarixli çıxarışda ünvan 3-də 0.0345 ha torpaq sahəsində yerləşən 84.8 kv.m mənzilin mülkiyyətçi “X7” münasibətdə “Ərizəçi3” oğluna məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 02.22.2021-ci il tarixli Şəhadətnamədə onun adı Ərizəçi3 olduğu halda ” X14” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, mənzilin satılması, girov qoyulması hallarında çətinliklə üzləşirlər. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Mirzəhməd qızı ərizə verərək, onların ərizəçi qismindən çıxarılmalarını xahiş etmişdirlər. Belə ki, onlara münasibətdə çıxarış düzgün qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1988-ci ildə anadan olmuşdur iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1985-ci ildə anadan olmuşdur İş materiallarına əlavə edilmiş Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 10 saylı 05.01.2022-ci il tarixli Arayışdan görünür ki, X2 şəhər Koroğlu küçəsi ev №64 –də yaşayır İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 77 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0345 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.8 kv.m olan fərdi yaşayış evi Ərizəçi1 adına hüququ rəsmiləşdirilmişdir. Yerləşdiyi torpaq sahəsinin hüququ sahibləri 4/12 hissə payla Ərizəçi2 , 3/12 hissə X5, 1/12 hissə payla Ərizəçi3, 4/12 hissə pay olmaqla Ərizəçi1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon X4 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə Fərəcova Sehran Mirzəmməd qızına fərdi yaşayış evi tikdirmək üçün Bərdə şəhərində 345.55 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0050 KOD- 61004018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 28.07.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 4.10 ha torpaq sahəsi Bərdə rayon Hüseynallar kənd sakinləri X23 oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 01.11.2021-ci il tarixli X18 Hüququ Haqqında şəhadətnamədən görünür ki, 27.09.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsələri arvadı- Ərizəçi1, oğlu- Ərizəçi3 və qızı- Ərizəçi2dır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 29.10.2021-ci il tarixdə X9 verilmiş **********77-10301 ryestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa Elektron Notariat İnformasiya sistemindən əldə edilmiş 01.11.2021-ci il tarixli **********AD33301 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0345 ha olan torpaq sahəsinin X9 məxsus olan hissəsindən ibarətdir. Həmçinin vərəsələrin hər biri miras əmlakdan 1/3 irs almalıdır. İş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN XİDMƏT” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1968-ci il tarixdə Ağdam rayonu Çəmənli kəndində anadan olmuş Ərizəçi1 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiyası sistemində həmin şəxsə dair yoxlama 25.10.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir :
1. Əri : X15 ( 03.08.1961, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən 01.10.2009-cu il tarixli 246 saylı ölüm akt qeydi qeydə alınıb )
2. Oğlu : X12 ( 25.11.1993, vətəndaşın verdiyi məlumata görə 25.11.1993-cü il təvəllüdlü Əmrahov Tərlan vəfat edib , lakin ölümü qeydə alınmayıb )
3. Qızı : Ərizəçi2 ( xx.xx.1988 )
4. Oğlu : X13 ( 09.07.1991, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 23.02.2002-ci il tarixli 40 saylı ölüm haqqında akt qeydi qeydə alınıb )
5. Oğlu : Ərizəçi3 ( xx.xx.1985 ) İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 30.11.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışdan ailə üzvü olmayan X5 adının çıxarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 77 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda yalnışlıq olaraq Ərizəçi3 adı - X3 qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 77 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda hüquq sahibinin Ərizəçi3 olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışında X14 yazısının Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
Ərizə təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 77 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, 02.11.2021-ci il tarixli çıxarışda qeyd olunmuş mülkiyyətçi ” X21” yazısının Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qamət Əbilov