Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-657/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 oğlunun, Ərizəçilər X3, Ərizəçi5, Ərizəçi4 Mənaf oğlunun və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızının, Ərizəçi3 Mənaf oğlunun, Ərizəçi4 Mənaf oğlunun və Ərizəçi6 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızı, Ərizəçi3 Mənaf oğlu, Ərizəçi4 Mənaf oğlu və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN-0027 KOD 61004048 olan Dövlət aktının onlara- Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızına, Ərizəçi3 Mənaf oğluna, Ərizəçi4 Mənaf oğluna və Mustafayeva (Səmədova) Samirə Mustafa qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızı, Ərizəçi3 Mənaf oğlu, Ərizəçi4 Mənaf oğlu və Ərizəçi6 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarına əsasən onlara Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızına, Ərizəçi3 Mənaf oğluna, Ərizəçi4 Mənaf oğluna, Mustafayeva (Səmədova) Samirə Mustafa qızına Bərdə rayonu, Hüseynalılar kəndində 3.33 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0027, KOD 61004048 olan Dövlət aktı da almışlar. Həmin dövlət aktında payşılardan Səmədova Naibə Rza qızının atasının adı səhvən “Mehman qızı” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən qeyd edilən torpaq üzərində sahiblik və istifadə hüququnu həyata keçirsələr də sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 0027 KOD 61004048 olan dövlət aktının onlara Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızına, Ərizəçi3 Mənaf oğluna, Ərizəçi4 Mənaf oğluna, Mustafayeva (Səmədova) Samirə Mustafa qızına məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçilər X5, Ərizəçi5, Ərizəçi4 Mənaf oğlu və Ərizəçi1 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi3 Manaf oğlu və Mustafayeva (Səmədova) Samirə Mustafa qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçi Məmmədov Namiq Nizami oğlunun iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iştirak edən ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610040** JN ***7 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Hüseynalılar kənd sakinləri Səmədov Mənaf Pənah oğlunun, Ərizəçi2 Fərhad qızının, Ərizəçi3 Mənaf oğlunun, Səmədov Mehman Mənaf oğlunun, Ərizəçi5 Mehman qızının və X1 mülkiyyətinə 3.33 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Vİ-JQ 454052 saylı, 24 iyun 1997-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 Mənaf oğlu ilə X16 arasında bağlanmış nikah 22 iyun 1997-ci il tarixdə 10 saylı akt qeydi ilə qeydiyyata alınmışdır, nikahdan sonra arvada Səmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 432164 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx xxxxxx 1977-ci ildə doğulmuşdur, atası X13, anası X12r. İş materiallarına əlavə edilmiş AZ-275157 nömrəli nikah haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 Mənaf oğlu ilə X4 arasında nikah 04 oktyabr 1997-ci ildə 17 nömrəli akt qeydi ilə bağlanmış, nikahdan sonra arvada Səmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş X8 xx xxxx 1980-ci ildə Xaşmaz rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 Mənaf oğlu xx xxxxxx 1975-ci ildə Bərdə rayonunda doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 2/51, m 51 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1939-cu ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Fərhad qızı xx xxxxxx 1946-cı ildə Gəncə şəhərində doğulmuş, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 Rza qızı xx xxxxxx 1977-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 Mənəf oğlu xx xxxxxx 1972-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 nömrəli, 06 yanvar 2022-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi4 Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********38 nömrəli 10 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi4 Mənaf oğlu JN 0027 nömrəli dövlət aktında səhfin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 0027 KOD 61004048 Dövlət aktının Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızına, Ərizəçi3 Mənaf oğluna, Ərizəçi4 Mənaf oğluna, Ərizəçi6, Ərizəçi5 Mustafa qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Səmədov Mənaf Pənah oğlunun, Ərizəçi2 Fərhad qızının, Ərizəçi3 Mənaf oğlunun, Səmədov Mehman Mənaf oğlunun, Ərizəçi5 Mehman qızının, X1 adına verilmiş JN 0027 KOD 61004048 Dövlət aktının Ərizəçi1, Səmədova Böyükxanım Fərhad qızına, Ərizəçi3 Mənaf oğluna, Ərizəçi4 Mənaf oğluna, Ərizəçi6 və Ərizəçi5 Mustafa qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1, Ərizəçi2 Fərhad qızının, Ərizəçi3 Mənaf oğlunun, Səmədov Mehman Mənaf oğlunun, Ərizəçi5 Mehman qızının, X2 adına verilmiş JN 0027 KOD 61004048 Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Mənəf oğluna, Ərizəçi6 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-657/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-657/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver