Məhkəmə qərarları › İş №2(021)-661/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-661/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-661/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi ilə İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əsassız olaraq hesablanmış 432 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Qeydiyyat İdarəsinin 28 fevral 2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı 20 yanvar 2022-ci il tarixdə vəfat etmiş və bu barədə 17 fevral 2022-ci il tarixdə 186 sayla qeydiyyat aparılmışdır. Məhkəmə iddiaçının ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquqi varisliyə yol verilmədiyindən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin tələbində göstərilir ki, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquqi varisliyə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar