Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-678/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 Heydər oğlunun və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Heydər oğlunun və Ərizəçi2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 Heydər oğlu və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-153 saylı Dövlət Aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 saylı qərarına əsasən DTXK-nın Bərdə rayon Torpaq Şöbəsi tərəfindən ona və ailə üzvlərinə Bərdə rayon Mollaisalar kəndində 2.03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN-153 saylı Dövlət Aktında texniki səhv olaraq Ərizəçi1 ata adı Heydər, Ərizəçi2 soyadı Nəsibova kimi qeyd olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər, lakin ona məhkəməyə müraciət etmələri bildirilmişdir. Hazırda bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 Heydər oğlu ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxilmasini mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Bərdə rayon Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayon Mollaisalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1965-ci ildə Bərdə rayon Mollaəhmədli kəndində anadan olmuşdur. Bərdə rayon Mollaəhmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA №1606814 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 04.09.1995-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE №09303572 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 02.07.1994-cü ildə Bərdə rayon Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayon Mollaisalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Kolayır kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 05 saylı 07 yanvar 2022-ci il tarixli arayışdan görünür ki,həqiqətən ərazinin Mollaisalar kənd sakini AZE № ******** nömrəli vəsiqədəki Ərizəçi2 JN-153 KOD-61011028 nömrəli dövlət aktındakı X5 ilə eyni adamdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 360606 saylı çıxarışdan görünür ki, Ərizəçi1 Heydər oğlu ilə Ərizəçi2 07.09.1993-cü il tarixdə 16 saylı akt qeydi ilə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- 492078 saylı Arayışdan görünür ki, X8 04.09.1995-ci ildə Bərdə rayonu Mollaisalar kəndində anadan olmuşdur. Atası Ərizəçi1 , anası X1r. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-153 saylı JN-153 KOD-61011028 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02.10.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 2.03 ha torpaq sahəsi Bərdə rayon Mollaisalar kənd sakinləri Ərizəçi1 Heydər oğlunun, X2, X3, X4 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 10.01.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Nəsibov X6 mülkiyyət hüququna dair JN-153 saylı JN-153 KOD-61011028 saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, həmin sənədlərdə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-153 saylı JN-153 KOD-61011028 saylı Dövlət Aktında yanlışlıq olaraq Ərizəçi1 ata adı – “ Ərizəçi1 Heydər oğlu”, Ərizəçi2 soy adı “ X11 “ kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-153 saylı JN-153 KOD-61011028 saylı Dövlət Aktında Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın Mülkiyyətə verilməsinə dair JN-153 KOD- 61011028 saylı Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-153 saylı JN-153 KOD-61011028 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi -“Ərizəçi1 Heydər oğlu ” yazısının Ərizəçi1, ”X5” yazısının Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-678/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-678/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver