Məhkəmə qərarları › İş №2(021)-700/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-700/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-700/2022 29.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X28 katibliyi, Ərizəçi2, maraqlı şəxs həmçinin Ərizəçi1 və maraqlı şəxs X11 nümayəndəsi X5, maraqlı şəxs X12 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 01 fevral 1997ci il tarixli 186 saylı qərarı ilə onlara Bərdə rayon Qazıqurdalı kəndində verilmiş 0,16 ha torpaq sahəsinə verilmiş JN-224A KOD-61009005 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 01 fevral 1997-ci il tarixli 186 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 0,16 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN- 224A KOD-61009005 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə də verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin adınadır. Halhazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Hazırda onlara verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onun adında, adı qeyd olunmuş digər şəxsin ata adında və cinsində səhvlik baş vermişdir. Belə ki, onun adı Hüseynova(Şahsuvarova) Mehri Aydın qızı olduğu halda adı və cinsim səhv olaraq X3, ata adı Ərizəçi2 olduğu halda ata adını və cinsini Ərizəçi2 Hidayət oğlu kimi qeyd edilib. Onun adının və cinsinin, digər adı olan şəxsin ata adında və cinsinin JN-224A KOD-61009005 saylı Torpağa mülikiyyət şəhadətnaməsində düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-224A KOD-61009005 saylı Torpağa mülkiyyət şəhadətnaməsində olan yanlışların düzgün qeyd edilməsini istəyirlər. Çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 və maraqlı şəxs X11 nümayəndəsi X15 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X22 izahat verərək göstərmişdir ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 01 fevral 1997-ci il tarixli, 186 saylı qərarı ilə onların ailə üzvlərinin adına Bərdə rayonu, Qazıqurdalı kəndində 0,16 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 224 A №-li, 61009005 Kodlu Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamədə Ərizəçi1 soyadı, adı və cinsi səhvən X3, Ərizəçi2 ata adı və cinsi səhvən Ərizəçi2 Hidayət oğlu kimi qeyd olunmuşdur. Ona görə də ərizənin təmin olunmasına etiraz etmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Elşad Rəcəb oğlu və X30 ifadə verərək göstərmişlər ki, Ərizəçi1 soyadı, adı və cinsinin Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X3, Ərizəçi2 ata adı və cinsinin isə səhvən Ərizəçi2 Hidayət oğlu kimi qeyd edildiyini təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-224A №-li 61009005 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1997-ci il tarixli 186 nömrəli qərarına əsasən Bərdə rayonu Qazıqurdalı kənd sakinləri X4, Ərizəçi2 Hidayət oğlunun, X6, X7 və X8 ümumi mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan XİV-ЖГ 422493 saylı 10 oktyabr 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx xxxxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan Vİ-ЖГ 491881 saylı 26 mart 1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 01 mart 1980-cı ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan İX-ЖГ 267090 saylı 18 fevral 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 12 fevral 1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ 473268 saylı 03 avqust 1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 və X19 01.07.1956-cı ildə 29 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Şahsuvarova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 556761 saylı 19 mart 2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 və X17 19.03.2019-cu ildə 04 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 622374 saylı 04 fevral 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 10 yanvar 2011-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X31, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 627268 saylı 01 dekabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 31 oktyabr 2015-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X31, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan orta təhsil haqqında attestatın surətindən müəyyən olunur ki, X17 2006-cı ildə Bərdə rayonu G.Əsədov adına Türkmən kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-55 saylı 11 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayon X16 01 fevral 1997-ci il tarixli 186 saylı qərarı ilə Bərdə rayon Torpaq Şöbəsinin 18 avqust 2003-cü il tarixdə Qazıqurdalı kəndində yaşayan X4 adına verilmiş JN:224A həyətyanı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi2 səhv olaraq Ərizəçi2 Hidayət oğlu kimi və X2 olaraq X3 yazılmışdır. Əsas: Ərizəçi2 AZE № 0******* 24.10.2010- cu ildə Bərdə RPŞ tərəfindən verilən şəxsiyyət vəsiqəsidir. Əsas: X17 XİV № 422493 10.10.1989 Bərdə rayonu Qaradəmirçi kəndi xalq deputatları sovetliyi tərəfindən verilən doğum haqqında şəhadətnamədir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 43 saylı 28 fevral 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, rayon Dövlət Arxivində 85 saylı fondda mühafizə edilən Qaradəmirçi İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin Qaradəmirçi kəndi üzrə 1990-1995-ci illər üzrə 7 saylı Təsərrüfatbaşına kitabın 516 saylı şəxsi hesabına əsasən, 1996-2000-ci illər üzrə 7 saylı təsərrüfatbaşına kitaba əsasən, ailə tərkibi: ata-X18, ana-Ərizəçi2, oğul-X26, oğul-X24, qız-X17 qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-224A, KOD 61009005 saylı şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X4, Ərizəçi2 Hidayət oğlunun, X6, X7 və X8 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-224A KOD 61009005 saylı şəhadətnamənin X9, Ərizəçi2, X13, X14 və X10 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X4, Ərizəçi2 Hidayət oğlunun, X6, X7 və X8 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-224A KOD 61009005 saylı şəhadətnamənin X9, Ərizəçi2, X13, X14 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar