Məhkəmə qərarları › İş №2(021)-721/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-721/2022

20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-721/2022 20.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi2 qızının, Ərizəçi5 və Ərizəçi4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi2 qızı, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1 və X12 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə onlara Bərdə rayon Şatırlı kəndində verilmiş 0.08 ha torpaq sahəsinə verilmiş JN-031A KOD-61022018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən ailə üzvlərinə Bərdə rayon Şatırlı kəndində 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-031A KOD- 61022018 saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə yanlışlıq olaraq Ərizəçi2 qızının ata adı qeyd olunmamış, Ərizəçi5 soyadı “X4”, Ərizəçi4 soyadı “X7”, X1, adı, cinsiyyəti “X9” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçilər Ərizəçi1 və X12 onların ərizəçi qismindən çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi2 qızı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi5 Ərizəçi4 məhkəmə iclasının yeri və vaxtı barədə əlumatlandırılsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1971-ci ildə Bərdə rayon Qaraqoyunlu kəndində anadan olmuşdur. Bərdə rayon Şatırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 oğlu 15.12.1958-ci ildə Bərdə rayon Şatırlı kəndində anadan olmuşdur. Bərdə rayon Şatırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1998-ci ildə Bərdə rayon Şatırlı kəndində anadan olmuşdur. Bərdə rayon Şatırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.2000-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ № 323879 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X12 arasında nikah 12.05.2019-cu il tarixdə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində 536 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Kərəmli, avada Kərəmli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.06.2019-cu il tarixli Arayışdan görünür ki, Ərizəçi4 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş Bərə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.06.2019-cu il tarixli Arayışdan görünür ki, Ərizəçi5 22.08.1996-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 18.06.2019-cu il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-031A saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-031A KOD- 61022018 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Bərdə rayon Şatırlı kənd sakinləri Ərizəçi1, “Ərizəçi2”, X2, X3 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş qəbzlərdən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyətə verilməsinə dair JN-031A KOD-61022018 saylı Şəhadətnamədə yanlışlıq olaraq Ərizəçi2 ata adı qeyd olunmamış, Əvəzli Şəhriyar Malik oğlunun soyadı “İsmayılov” Əvəzli Novruz Malik oğlunun soyadı “İsmayılov” kimi qeyd edilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN-031A KOD-61022018 saylı Şəhadətnamədəki –“Ərizəçi2”, X4 və X7 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2, Əvəzli Şəhriyar Malik oğluna və Əvəzli Novruz Malik oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyətə verilməsinə dair JN-031A KOD- 61022018 saylı Şəhadətnamədə “Ərizəçi2”, X4 və X7 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2, Əvəzli Şəhriyar Malik oğluna və Əvəzli Novruz Malik oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyətə verilməsinə dair JN-031A KOD-61022018 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçilər “Ərizəçi2”, X4 və X7 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2, Əvəzli Şəhriyar Malik oğluna və Əvəzli Novruz Malik oğluna məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar