Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-736/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı illə onlara Bərdə rayonu, Lənbəran kəndində yerləşən 4.26 ha torpaq sahəsinə verilmiş JN773 nömrəli KOD 61000048 torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması və onun soyadının, cinsinin Ərizəçi olaraq düzgün yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayonu X15 12 yanvar 1999-cu il tarixli 01 saylı qırarı ilə ona və ailə üzvlərinə birlikdə Bərdə rayonu Ləmbəran kəndində yerləşən 4. 26 ha torpaq sahəsi verilmişdir. Qey etdiyi 4.26 ha torpaq sahəsinə JN-773 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktıda verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında səhvlik baş vermişdir. Beləki onun soyadı və cinsi Ərizəçi olduğu halda soyadı və cinsi səhvən X1 yazılmışdır. Onun adının JN-773 KOD 61000048 saylı dövlət aktında düzgün yazlması və səhvin düzəlməsi üçün Azərbaycan Respublikasının Əmlak Dövlət Komitəsinin Yanında Daşnmaz Əmlakın Reyestr Xidmətin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X21 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, ərizəçinin qohumudur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, Ərizəçi ilə qonşuluqda yaşamaqla bərabər qohumdurlar. Onlara verilmiş torpağın sənədində Sədəf xanım kişi kimi qeyd edilmiş, X17 yazılmışıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, Ərizəçi adına olan torpağın sənədində səhvlik olmuşdur, buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-773 KOD 61000048 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri X3, X4, X5, X2 və X9 mülkiyyətinə 4.26 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 10 mart 1951-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 26 dekabr 1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 01 mart 1958-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 574 nömrəli, 30 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağın mülkiyyət hüququna dair N 773 KOD 61000048 nömrəli dövlət aktında qeyd edilmiş X17 ilə Ərizəçi eyni şəxsdir. İş materiallarına əlvə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş XVİ-JQ 260230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1991-ci ildə doğulmuşdur, atası X16, anası X11r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X21 7 saylı Bərdə Ərazi İdarəsinin **********55 nömrəli 02 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 773 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X21 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-773 KOD 61000048 olan dövlət aktının X12, X13, X14, X6 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-773 KOD 61000048 olan dövlət aktının X12, X13, X14, X6 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-736/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-736/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver