Məhkəmə qərarları › İş №2(021)-739/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-739/2022

14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-739/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X12 katibliyi, Ərizəçi, maraqlı şəxs X4 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610060** JN ***7 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “Ərizəçi Möhübbət” qızına münasibətdə “Ərizəçi” qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinzə Bərdə rayon Aqrar islahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə 2.08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610060** JN ***7 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətindədir. Buna baxmayaraq onlara Dövlət aktı verərkən səhfən dövlət aktında onun ata adı “Yusif” əvəzinə “Möhübbət” kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsüyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X10 izahat verərək göstərmişdir ki, ərizəçi anasıdır. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə onların ailə üzvlərinin adına Bərdə rayonu, Qaraməmmədli kəndində 2,08 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 0067 №-li, 61006048 Kodlu Torpağın Mülkiyyət X23 Aktı verilmişdir. Sözügedən dövlət aktında anasının ata adı “Yusif” olduğu halda, yanlış olaraq “Möhübbət” kimi qeyd olunmuşdur. Ona görə də ərizənin təmin olunmasına etiraz etmir. Maraqlı şəxs X8, X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxslər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X9 ifadə verərək göstərmişlər ki, ərizəçinin ata adının «Möhübbət» deyil, “Yusif” olması faktını təsdiq edirlər. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0067 №-li 61006048 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən Bərdə rayonu Qaraməmmədli kənd sakinləri X6, Ərizəçi Möhübbət qızının, X5 və X1 ümumi mülkiyyətinə 2,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1129 saylı 10 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair JN-0067 saylı Dövlət aktında yazılan Ərizəçi Möhübbət qızı ilə Ərizəçi eyni şəxsdir. İş materiallarında olan 31 oktyabr 1986-cı il tarixli İİİ-ДВ 840854 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 06 oktyabr 1986-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 08 fevral 1962-ci il tarixli АЗ 076942 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, VƏrizəçi xx xxxxxx 1962-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X15, ana qrafasında anası kimi X11 qeyd edilmişdir. İş materiallarında olan 31 oktyabr 1985-ci il tarixli İİİ-ЖГ 458027 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə VƏrizəçi 31 oktyabr 1985-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Ağdam rayon Maarif işçiləri evinin 12 nömrəli diplomundan müəyyən olunur ki, VƏrizəçi 1981-ci dərs ilində bir illik biçim-tikiş (dərzilik) kursunu bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********26 nömrəli 29 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0067 saylı dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0067 KOD 61006048 saylı Dövlət aktının X8, Ərizəçi, X7 və X3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X6, Ərizəçi Möhübbət qızının, X5 və X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0067 KOD 61006048 saylı Dövlət aktının X8, Ərizəçi, X7 və X3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X6, Ərizəçi Möhübbət qızının, X5 və X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0067 KOD 61006048 saylı Dövlət aktının X8, Ərizəçi, X7 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində BərdəRayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar