Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-740/2022 21.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 , Ərizəçi3, Ərizəçi4,Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-024A KOD 61022048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə sənədləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, ərizəyə əlavə olunmuş JN-024A KOD 61022048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçilərdən Ərizəçi4 adı səhv yazılmaqla, Ürbabə kimi qeyd olunmuşdur. Digər mülkiyyətçilərin ad, ata adı və soyadları düzgün qeyd olunmuşdur. Ərizəyə əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 yaşayış yeri Tərtər rayonu Sarıcalı kəndidir. Həmçinin Ərizəçi4 Bərdə rayonunda yaşaması barədə yaşayış yerindən arayış ərizəyə əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəllər eyni tərəflər, eyni əsas və eyni tələb üzrə ərizəçilərin ərizəsi Bərdə rayon məhkəməsinə daxil olmuş, Bərdə rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli, 2(021)-485/2022 saylı qərardadına əsasən ərizəçilər Ərizəçi1 və Ərizəçi5 ərizəsinə əsasən, ərizənin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Ərizəçi4 Məhəmməd qızı faktiki olaraq Tərtər rayonuna gəlin köçməklə orada yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Belə ki, ərizə verilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, JN-024A KOD 61022048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi4 Məhəmməd qızının adı səhv qeyd olunduğuna görə ərizə onun adından, yaşadığı yer üzrə Tərtər rayon məhkəməsinə verilməlidir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 , Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152, 309-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-740/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-740/2022
21.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver