Məhkəmə qərarları › İş №2(021)-742/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-742/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-742/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-233B saylı KOD-61002018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara-Ərizəçi1, X9, X3, Ərizəçi2 məxsus olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli 09 saylı qərarına əsasən onlara- Ərizəçi1, X9 (ölmüşdür), X3 (ölmüşdür), Ərizəçi2 Bərdə rayonu Böyük Göyüşlü kəndində 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-233B saylı KOD- 61002018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də almışlar. Həmin torpaq onların sahibliklərində və istifadələrində olsa da mülkiyyətləri üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, şəhadətnamədə payçılardan Ərizəçi2 adı səhvən “X13“ kimi qeyd edilmişdir. Bununla bağlı DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət edilsələr də məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-233B saylı KOD-61002018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara-Ərizəçi1, X9 (ölmüşdür), X3 (ölmüşdür), Ərizəçi2 məxsus olması faktına dair məhkəmə aktına ehtiyacları vardır. Qeyd edilənlər kənd icra nümayəndəsinin arayışında, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14, X15 və X1 ifadə verərək göstərmişlər ki, Ərizəçi2 adının X13 olması faktını təsdiq edirlər. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-233A №-li KOD- 61002018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Böyük Göyüşlü kənd sakinləri Ərizəçi1, X5, X2 və X6 ümumi mülkiyyətinə 0,49 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-233B №-li KOD- 61002018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Böyük Göyüşlü kənd sakinləri Ərizəçi1, X5, X2 və X6 ümumi mülkiyyətinə 0,19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş İX-ЖГ-297084 saylı 24 mart 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1965-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X4 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, Ərizəçi1 ilə Ərizəçi2 28 may 2000-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Böyük Göyüşlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş 01 may 2003-cü il tarixli AZ-İ 363706 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 07 mart 2003-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Ərizəçi1, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 26 aprel 2019-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 25 iyul 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 68 saylı 05 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN: 233A, kod ********) texniki səhv olaraq Ərizəçi2 adı Tahirə yazılmışdır. Ərizəçi2 ilə X13 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 69 saylı 05 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN: 233B, kod ********) texniki səhv olaraq Ərizəçi2 adı Tahirə yazılmışdır. Ərizəçi2 ilə X13 eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********80 nömrəli 15 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 JN-233A və JN-233B saylı şəhadətnamələrdə adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-233A KOD 61002018 saylı və JN-233B KOD 61002018 saylı şəhadətnamələrin Ərizəçi1, X9, X3 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi1, X5, X2 və X6 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-233A KOD 61002018 saylı və JN-233B KOD 61002018 saylı şəhadətnamələrin Ərizəçi1, X9, X3 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1, X5, X2 və X6 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-233A KOD 61002018 saylı və JN-233B KOD 61002018 saylı şəhadətnamələrin Ərizəçi1, X9, X3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar