Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-742/2023 18.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh*, Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh* və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh* və “X*” nəzdində yaradılmış Cavabdeh2 MMC-nin hərəkətlərinin qanunsuz sayılmasına və 28 noyabr 2022-ci il tarixli, 2359/22 nömrəli bildirişə əsasən 20 dekabr 2022-ci il tarixdə, saat **:00-da keçiriləcək hərracların nəticələrinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə barışdığını, cavabdehə qarşı olan iddiasından imtina etdiyini və işə baxılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi üzrə başlanmış 2(02*)-4277/2022 saylı mülki işin icraatına MPM-nin 26*.0.4-cü maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, MPM-in 26*.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və MPM-in 260, 262, 263, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh* və Cavabdeh2 MMC-yə qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair 2(02*)-742/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-742/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-742/2023
18.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver