Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-743/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Sovet qızına, X10, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Sovet qızı, X13, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0066 KOD 61000088 olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X13, Ərizəçi4 və Ərizəçi5 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarına əsasən onlara- X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi4 və Ərizəçi5 Bərdə rayonu, Soğanvedilər kəndində 3,16 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0066 KOD 61000088 olan dövlət aktı almışlar. Həmin torpaq onların sahibliyində və istifadəsində olsa da mülkiyyətləri üzərində sərəncam hüququmuzu həyata keçirə bilmirlər, belə ki, Dövlət Aktında payçılardan Əliyeva Zeynəb Əliqulu qızının adı səhvən X16 kimi qeyd edilmişdir. Bununla bağlı DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət etmələri tövsiyyə edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0066 saylı, KOD-61000088 saylı Dövlət aktının onlara X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktına dair məhkəmə aktına ehtiyacları var. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi2, X10, Ərizəçi4 və Ərizəçi5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2, X6, Ərizəçi4 və Ərizəçi5 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, ərizəçinin qonşusu və qohumudur. Onlara ailə üzvüləri ilə birlikdə pay torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə ərizəçi Ərizəçi1 və şahidin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0066 KOD 61000088 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 04 dekabr tarixli 04 saylı qərarına əsasən Bərdə rayonu Soğanverdilər kənd sakini Əliyeva Zeynab Əliqulu qızının, Ərizəçi1, Ərizəçi2 Sovet qızını, X6, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə 3.16 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Soğanverdilər kənd inzibatti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 saylı, 12 yanvar 2022-ci i tarixli arayışdan müəyyən olunur ki, X17 ilə X12 eyni şəxsdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx xxxxxxxx 1965-ci ildə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxx 1992-ci ildə doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadırlar. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxx 1963-cü ildə Tərtər rayonu Seyidimli kəndində doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Sovet qızı xx xxxxxx 1967-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 13205572 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 07 mart 1963-cü ildə Biləsuvar rayonu, Səmədabad kəndində doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tərtər rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 871 nömrəli 13 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Hacılələ oğlu xx xxx 1963-cü ildə Tərtər rayonu, Seyidimli kəndində aanadan olmuşdur, atası X1, anası X5r. İş materiallarında olan Bərdə rayonu, Qeydiyyat Şöbəsnin 959-05/69 saylı, 03 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Əliyeva Zeynəb Əliqulu qızının nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayonu, Qeydiyyat Şöbəsnin 943-05/69 saylı, 28 iyul 2021ci il tarixli arayışdan müəyyən olunur ki, X12 05 aprel 2014-cü ildə Bərdə rayonu, Soğanverdilər kəndində ölmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********87 nömrəli 13 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 0066 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0066, KOD 61000088 şəhadətnamənin X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Əliyeva Zeynab Əliqulu qızının, Ərizəçi1, Ərizəçi2 Sovet qızının, X6, Ərizəçi4 və Ərizəçi5 adına verilmiş JN-0066, KOD 61000088 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Əliyeva Zeynab Əli qızının, Ərizəçi1, Ərizəçi2 Sovet qızının, X6, Ərizəçi4 və Ərizəçi5 adına verilmiş JN-0066, KOD 61000088 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-743/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-743/2022
12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver