Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-752/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı2, Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxs X6 Xidmət Mərkəzində notariat ofisi cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsin”nə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1, maraqlı şəxs X6 Xidmət Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh bağışlanmış Bərdə şəhəri, ünvan 1 ünvanında olan evin X6 Xidmət Mərkəzinin notariat ofisində 3M 182 reyster nömrəsi ilə təsdiq edilmiş bağışlanma müqavilələrinin etibarsız hesab edilməsinə və 150 manat ödənilən dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 məhkəməyə ərizə təqdim edirək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi X3 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, İddiaçı2 tərəfindən iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxs X6 Xidmət Mərkəzində notariat ofisi cəlb edilməklə Cavabdeh qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsin”nə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- **********, büdcə təsnifatının kodu ********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-752/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-752/2025
01.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver