Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-757/2025 01.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi “X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu xx.xx.1995-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.1995-ci ildə doğulmuş X7 anadangəlmə əqli zəif olmaqla ikinci qrup əlildir. O, özünü idarə edə bilmir. Mirəliyə dövlət tərəfindən verilən pensiya kartının alınmasında və sosial məsələlərin həllində çətinliklərlə üzləşir, hazırda övladı çox çıxılmaz vəziyyətdədir, mütamadi olaraq onun qulluğunda dururlar, yeməyini bilmir, yataqda özünü idarə edə bilmir, həyətdə vətəndaşlarla mübahisə edir, çətin vəziyyətdə yaşayır, övladının sğalıb cəmiyyətə inteqrasiya olması mümkün deyildir, ona görə də onun fəaliyyət qabliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyacı vardır. Onun fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi onun adına olan pensiya sənədlərinin və sosial məsələnin həlli üçün lazımdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, övladının daima yardıma ehtiyacı vardır, özünə qulluq etməsi mümkün deyil, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1960-cı ildə doğulmuşdur. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 28 may 1997-ci ildə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X1 Sistemi sosial müavinat və təqaüd haqqında arayışından görünür ki, X7 İİ qrup əlilliyə görə müavinat alır. İş materiallarında ollan 027/U nömrəli tibbi kartadan çıxarışdan müəyyən olunur ki, X5 yüngül dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X4 adına verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, X7 hərbi xidmətə yararsız hesab olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X7 “Keçirilmiş üz sinirinin sağ tərəfli neyropatiyası” diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4875 saylı, 25 noyabr 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Babək küçəsi 14-də yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-757/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş 170 saylı 14 mart 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, X7 yüngül dərəcəli kəmağıllıq xəstəlik əlamətləri az ifadəli olması səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətindədir. X7 hal-hazırda fəaliyyət qabliyyəti olan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin oğlunun fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X4 fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Belə olan təqdirdə müvafiq ekspert rəyinə əsasən fəaliyyət qabiliyyətli olması müəyyən edilmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəçi X2 ərizəsi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizəçi X2 (Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi oğlu X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-757/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-757/2025
01.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver