Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-766/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X26 oğlunun, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 İmamaverdi qızının, Mədədova (Həsənova) Mətanət Kamran qızının, Ərizəçi3 və Əliyeva (Həsənova) Fatma Kamran qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 İmamaverdi qızı, Mədədova (Həsənova) Mətanət Kamran qızı, Ərizəçi3 və Əliyeva (Həsənova) Fatma Kamran qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-008A KOD 61000078 olan Dövlət Aktının və JN-0054 KOD 61000078 olan Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 İmamaverdi qızı, Mədədova (Həsənova) Mətanət Kamran qızı, Ərizəçi3 və Əliyeva (Həsənova) Fatma Kamran qızı ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar istehsalat komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən onlara X12, Ərizəçi1, X4, Ərizəçi3 və Əliyeva Fatma Kamran qızına Bərəd rayonu Mustafağalı kəndində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-008A KOD-61000078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə alıblar. Bərdə rayonu Aqrar istehsalat komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən onlara X12, Ərizəçi1, X4, Ərizəçi3 və Əliyeva Fatma Kamran qızına Bərəd rayonu Mustafağalı kəndində 2,27 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-0054 KOD-61000078 olan torpağın mülkiyyət hüququna dair dövlət aktı alıblar. Qeyd edilən torpaq sahələri onların sahibliyində və istifadələrində olsada torpaq üzərində olan sərəncam hüquqlarını həyata keçirdə bilmirlər. Beləki torpağın mülkiyyətə verilməsinə dair JN-008A KOD-61000078 saylı sənəddə və JN-0054 KOD- 61000078 saylı sənəddə X8 adı səhvən X2, Ərizəçi1 adı səhvən Ərizəçi1 İmam qızı kimi, Ərizəçi3 adı səhvən X3 qeyd olunmuşdur. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-008A KOD-61000078 olan şəhadətnamənin və Torpağın mülkiyyət hüququna dair JN-0054 KOD- 61000078 olan dövlət aktının onlara X12, Ərizəçi1, X4, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacları var. Qyed edilənlər şəxsiyyət vəsiqələrində, doğum haqqıdnda şəhadətnamələrində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Mədədova (Həsənova) Mətanət Kamran qızına, Ərizəçi3 və Əliyeva (Həsənova) Fatma Kamran qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, laki onlar məhkəməyə gəlməmişlər. Məhkəmə işə ərizəçilər Mədədova (Həsənova) Mətanət Kamran qızının, Ərizəçi3 və Əliyeva (Həsənova) Fatma Kamran qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X24 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir. Torpağın sənədində adları, soyadları və ata adları səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir. Torpağın sənədində soyadları səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir. Torpağın sənədində soyadları səhv qeyd edilib. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə hüququna dair JN-0054 KOD 61000078 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Mustafaağalı kənd sakini X9, Ərizəçi1 İmam qızının, X1, X10 və X6 mülkiyyətinə 2.77 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə hüququna dair JN-008A KOD 61000078 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il 31 avqust tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Mustafaağalı kənd sakini X9, Ərizəçi1 İmam qızının, X1, X10 və X6 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Mustafaağalı kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 103 nömrəli, 25 aprel 2022-ci il tarixli arayışdan müyyən olunur ki, Ərizəçi1 İman qızı ilə Ərizəçi1 Hüsən qızı, X15 ilə X17, X16 ilə Ərizəçi3 eyni şəxsdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Mədədova Mətanət Kamran qızı xx xxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxx 1989-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1957-ci ildə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15140202 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 06 mart 1980-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09533601 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 02 sentyabr 1977-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08468888 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 27 iyul 1956-cı ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materialında olan İİİ-JQ 353799 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə, Ərizəçi1 19 dekabr 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Xİİ-JQ 358073 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1987-ci ildə doğulmuşdur, atası X17, anası Ərizəçi1dır. İş materiallarında olan XİV-JQ 371195 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Həsənova Fatma Kamran qızı xx xxxxx 1989-cu ildə doğulmuşdur, atası X17, anası Ərizəçi1 İmammverdi qızıdır. İş materiallarında olan AZ 606084 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1957-ci illdə doğumuşdur, atası X13, anası X5r. İş materiallarında olan X-JQ 428026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx xxxx 1985-ci ildə doğulmuşdur, atası X17, anası Ərizəçi1 İmammverdi qızıdır. İş materiallarında olan AZ-İ 744645 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki X17 27 dekabr 2016-cı ildə ölmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********27 nömrəli 29 dekabr 2021-ci il tarixli məktubundan və **********18 nömrəli 10 dekabr 2021-ci il tarrixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 Kamran oğlu JN 0054 Dövlət Aktında, JN 008A nömrəli Şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-008A, KOD 61000078 Torpğın mülkiyyət hüququna dair şəhadətnamənin, JN 0054, KOD 61000078 torpağın mülkiyyətə veriməsinə dövlət aktının Ərizəçi1 İmamaverdi qızına, Mədədova (Həsənova) Mətanət Kamran qızına, Ərizəçi3, Əliyeva (Həsənova) Fatma Kamran qızına, X12 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X9, Ərizəçi1 İmam qızının, X1, X10, X6 adına verilmiş JN-008A, KOD 61000078 Torpğın mülkiyyət hüququna dair şəhadətnamənin, JN 0054, KOD 61000078 torpağın mülkiyyətə veriməsinə dövlət aktının Ərizəçi1 İmamaverdi qızına, Mədədova (Həsənova) Mətanət Kamran qızına, Ərizəçi3, Əliyeva (Həsənova) Fatma Kamran qızına, X12 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9, Ərizəçi1 İmam qızının, X1 və X10, X6 adına verilmiş JN-008A, KOD 61000078 Torpğın mülkiyyət hüququna dair şəhadətnamənin, JN 0054, KOD 61000078 torpağın mülkiyyətə veriməsinə dövlət aktının Ərizəçi1, Mədədova (Həsənova) Mətanət Kamran qızına, Ərizəçi3, Əliyeva (Həsənova) Fatma Kamran qızına və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-766/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-766/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver