Məhkəmə qərarları › İş №2(021)-791/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-791/2022

14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-791/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Hümbətova (Əliyeva) Aygün Arif qızının iştirakları ilə, Ərizəçi Hümbətova (Əliyeva) Aygün Arif qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Hümbətova (Əliyeva) Aygün Arif qızı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-111 KOD-61005028 saylı Dövlət Aktında qeyd edilmiş X20 X8, X21 Hümbətova (Əliyeva) Aygün Arif qızı kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Hümbətova (Əliyeva) Aygün Arif qızı ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon Şorəlli kəndində yaşayır. X7 08.12.2020-ci il tarixdə, anası X9 05.05.1999-cu il tarixdə vəfat etmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN-111 KOD-61005028 saylı Dövlət Aktına əsasən X14, X3, X2, X15, X10 və X11 mülkiyyətinə 2.67 ha torpaq sahəsi verilmişdir. Həmin Aktda atasının ata adı Qurban olduğu hada Qərib, onun öz adı isə Aygün olduğu halda Aygül kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Hümbətova (Əliyeva) Aygün Arif qızı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Hümbətova (Əliyeva) Aygün Arif qızı xx.xx.1980-cı ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X-JQ № 262592 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxxxxx 1980-cı ildə anadan olmuşdur. X7, anası X6r. İş materiallarına əlavə edilmiş Vİ-JQ № 496506 saylı Nikahin bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X29 arasında nikah 26.10.1998-ci il tarixdə Bərdə rayon VVAQ Şöbəsində 174 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hümbətov, avada Hümbətova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İX-JQ № 495696 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 26 iyun 1984-cü ildə anadan olmuşdur. X7, anası X6r. İş materiallarına əlavə edilmiş İİ-AZ № 036914 saylı Nikahin bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X22 arasında nikah 31.01.2003-cü il tarixdə Bərdə rayon VVAQ Şöbəsində 18 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xİ-JQ № 352751 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 18 noyabr 1985-ci ildə anadan olmuşdur. X7, anası X6r. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1298 saylı 09.12.2021-ci il tarixli Arayışdan görünür ki, X26 08.12.2020-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində vəfat etmişdir. Vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: X4, Hümbətova (Əliyeva) Aygün Arif qızı, X17, X25. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-111 KOD- 61005028 saylı Dövlət Aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 2.67 ha torpaq sahəsi Bərdə rayon Şorəlli kənd sakinləri X20, X3, X2, X18, X10 və X11 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə “X5”AQİS-dən Çıxarışdan görünür ki, X28 20.03.1940-cı ildə anadan olmuş, X13 ilə rəsmi nikahda olmuş, 08.12.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə “X5”AQİS-dən Çıxarışdan görünür ki, X13 11.12.1954-cü ildə anadan olmuş, X28 ilə rəsmi nikahda olmuş, 05.05.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********46 nömrəli 22.12.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-111 saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyətə verilməsinə dair JN-111 KOD-61005028 saylı Dövlət Aktında yanlışlıq olaraq X14 ata adı -“X34” və X15 adı “X30” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-111 KOD- 61005028 saylı Dövlət Aktındakı -“X34” və “X30” yazılarının müvafiq olaraq mülkiyyətçi - X23 və X24 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-111 KOD- 61005028 saylı Dövlət Aktında -“X34” və X30” yazılarının müvafiq olaraq X23 və X24 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-111 KOD-61005028 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi -“X34” və X30” yazılarının müvafiq olaraq X23 və Əliyeva (Hümbətova) Aygün Arif qızına məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar